*(Bu yazı "İrəli" dərgisinin üçüncü sayısından alınmışdır. Dərgini endirmək üçün aşağıdakı linkə tıxlayın)
https://app.Box.Com/s/935qa0rwhsx82op1mu7xu7ebh0gugy99
Bir çoxumuz "nə sağçıyam nə solçu, millətçiyəm millətçi" sloqanını eşidmişik. Ama aksyialarda minlərcə milli fəal və aadi insanın ürəgindən çıxan bu haray nəyi anlatır, nəyi qəsd edir? Biz millətçi dediğimizdə kimi nəzərə alır, kimləri bu yoldan uzaq bilirik? Güney Azərbaycanda varolan kütləvi hərəkəti analiz edir gələcək üçün yol xəritəsi cızmaq, bu hərəkətin mahiyətini bilmədən imkansızdır və əgər Güney Azərbaycan "milli" hərəkəti deyiriksə, "milli" sözün nə anlam daşıdığı və "milliyətçiligin" nə olduğunu bilməliyik.
Milliyətçilik?
Sergio Leone-nin "Yaxçı, Pis, Çirkin" (The Good, the Bad and the Ugly) filmi, "milliyətçiligin" hünər dünyasında olan bəlki ən uyğun göstərcəsidir! İnsan övladları aynı sayıda kromozomları olsada, zatları(fitərtləri) bəəzən yaxçı, bəəzən pis, bəəzən də çirkin olur. Milliyətçilikdə belədir. Bəəzən siyasi fəallar nasyonalizmi öz şəxsi düşüncələrilə yalnış təfsir edir, əmələ keçir və təbiətən də nasyonalizmin təərif və ilkələrilə minlər kilometr uzaqda olan sonuclara varırlar. İlginc şəkildədə bu sonucları, nasyonalizmdir deyə anlatır, milliyətçiligin yeni versiyasını sunurlar! Ancaq, təəriflər-normalar bəllidir və bunlarla qabağa getməliyik. Yoxsa misal üçün, nasyonalizmi racism ilə eyni tutmaq yaxud milliyətçiliyi faşism kimi təqdim etmək, ən yaxçı halında, savadsızlığın zirvəsidir.
Milliyətçilik siyasi ədəbiyatda 18ci əsirdən bəri varolan modern bir kansept və bir siyasi, ictimai, iqtisadi sistem (düşüncə) olaraq istəgi bir millətin mənafeyini təəmin etməkdir. Bu hədəfə çatmaq və onu saxlamaq üçündə ana topraqda (vətəndə) milli dövlət yaratmağı önərir, bir millət öz müqəddəratını təəyin etmək haqqına dayanaraq, özü özünə hükümət etəməlidir deyir (1). Siyasi-ictimai açıdan nasyonalizmin yapı və ilkələrini bilmək üçün genəldə 3 paradaym vardır. Birincisi nasyonalizmi insanın fitərtindən qaynaqlanan və tarix boyu millətlər içində yaşayan bir təbii pədidə bilir. İkincisi, nasyonalizmi bir dinamik fenomen bilir, zaman sürəcində millətin milli simvollara olan zehni bağlantısı əsasında yenilənməsinə inanır. Üçüncüdə nasyonalizmi modernismə dayalı dəyərləndirir, nasyonalizmi yeni ictimai bir pədidə bilərək, modern (çağdaş) camiənin ictimai-iqtisadi payaları olmazsa nasyonalizm yaşayabilməz deyir (2). Milltət isə, ortaq dəyərlər (dil, kültür, tarix, topraq, ekonomi, etnik və...) Əsasında birləşən bir istiqrarlı (stable) toplumdur (3).
Ancaq, bu təəriflərdə balaca fərqlərin olmasından dolayı nasyonalizmədə fərqli şəkillər veriləbilir. Bu şəkillərin ən önəmli ikisi sivil (civic) ya liberal nasyonalizm, və etnik nasyonalizmdir (4). 1950ci illərdə Hans Kohn liberal nasyonalizmi təərif edir, onu qərbi nasyonalizm və etnik nasyonalizmidə şərqi nasyonalizm adlandırır. Gərçi sonralar və özəlliklə 1980-ci illərdən bəri bu təəriflər və ayırmalara da tənqidi baxışlar çoxalmışdır (5). Liberal nasyonalizmdə millət dil, kültür, tarix, topraq, ekonomi, etnik və... Əsasında dəyil bəlkə azadlıq, eşitlik, müsaməhə (tolerantlıq), fərdi hüquq və... üçün birlikdə yaşamaq istəyən topəlum kimi təəriflənir (6). Ancaq, bir çox araşdırmalara istinadən Liberal nasyonalizm ümumiyətlə milli dövlət qurulduqdan sonra formalaşır və gələcək milli dövlətin yapısı kimi qullanılır (7).
Etnik nasyonalizm (etno-nasyonalizm) daha çox etnik faktoruna dayanır. Nasyonalizmin bu forması, ümumiyətlə məğlub millətlər (ikinci şəhrvənd kimi sayılan millətlər) arasında özünü göstərir. Bu toplumlarda nasyonalizm kültür, dil, din və... Kimi ortaq dəyərləri saxlamaq və asimilasyona qarşı mucadilə kimi qullanılır. Tarix boyu dominant millətlərin basğısına məəruz qalmış millətlər öz milli dövlətlərini qurmaq üçün ümumiyətlə etnik nasyonalizmə dayalı hərəkət etmişlər (8). Vurğulamağı gərəkir yuxarıda qeyd olan ifadələrdən əlavə nasyonalizm üçün digər təəriflərdə vardır o cümlədən dini-nasyonalizm, sol-nasyonalizm və... (9).
Millətçilik yoxsa Milliyətçilik?
Nasyonalizm (həm etnik həm Liberal) Türkiyə Türkcəsində milliyətçilik və Azərbaycan (Quzey) Türkcəsində millətçilik sözcüklərilə izahlanır. Millətçilik, Türkiyə Türkcəsində bir çox yerdə nasyonalizm anlamını daşısada bəəzən yazılarda "millətin istəgini istəmək" və popolizm kimi, bəəzən də ümmətçilik məənasında yazılır. Gərçi bunlar yayqın dəyildirlər və genəldə millətçilik nasyonalizmə qarşılıq qullanılır. Ama Quzey Azərbaycanda milliyətçilik daha çox "Liberal nasyonalizm" olaraq işlədilir. Quzey Azərbaycanda "Azərbaycançılıq" kələməsilədə deyilən milliyətçilik, Azərbaycanda yaşayanları bir vahid millət kimi görür (Azərbaycan milləti) və Türkləri Azərbaycan millətinin bir parçası kimi nəzərə alır. Güney Azərbaycan Türkcəsi və Güney Azərbaycan siyasi fəallarına gəldikdə, bir böyük kəsim millətçilik və milliyətçilik sözcüklərini eyni bilir, nasyonalizm anlamında (həm etnik həm Liberal) qullanır.
Güney Azərbaycan milli hərəkəti, etnik nasyonalizm yoxsa Liberal nasyonalizm?
Dünyanın hər bir yeri kimi Güney Azərbaycanda da fərqli siyasi-ictimai baxışları olanlar vardır. Birisi özünü solçu bilir, birisi qadın fəalı, birisi bəşər haqları və... Bir bölümdə özlərini milli fəal kimi təərif edir, bu adla çalışırlar. Adını Güney Azərbaycan milli hərəkəti qoyan tərpənişin təəriflədiği ilkə, yol və hədəfə baxdıqda bu hərəkətin ana istəgi bir cümlədə yekonlaşabilir: "Azərbaycanda yaşayan millətin səadəti". Ancaq bu hərəkətin bəlki taysız olan güclu özəlliyi də elə burda ortaya çıxır. Güney Azərbaycan milli hərəkətində nasyonalizmin hər iki formasınıda görmək olur. Yer və zamanından asılı, milli fəallar özlərini bəəzən etnik-nasyonalist və bəəzən də Liberal-nasyonalist kimi təqdim edirlər.
Azərbaycanda yaşayan Türk millət illərdir etniki təbyizlər (ayrı seçgiliklər) altındadır. Dili, tarixi, kültürü, toprağı və... Aradan getməkdədir və təmamilə bir hegemon Etnik-nasyonalizm əli ilə asimilasyona məəruz qalır, racismlə üzləşməkdədir. Bu durumda, yuxarıda qeydə alınan təəriflər və tarixi təcrübələr kimi, zülm altında yaşayan bu millət üsyana gəlir və kimliyinə vəfasını (loyalty) görsətmək və varlığını savunmaq üçün Etnik-nasyonalizmi yol xəritəsi kimi nəzərə alaraq milli dövlət qurmağa başlayır və savaşır. Güney Azərbaycan milli hərəkəti bu əsasda, "İran rejiminə qarşı" etnik-nasyonalism mövzeyindən çıxış edir, Azərbaycan Türk millətini savunur. Yəəni "haqlı" olaraq, "İran rejimi ilə" muxatəb olduğu halda Azərbaycan toprağında azınlıqda yaşayan qeyri Türk millətlərin özhl istəklərini nəzərə almayıb (daha az nəzərə alıb), çoxunluğun (yəəni Türk millətinin) haqqını almaqdan danışır.
Diqqət edilməlidir Güney Azərbaycan, dövəlti olmayan bir millətdir və dolayısila, Güney Azərbaycan da "şəhrvəndlik" təərif olası dəyildir və əsasən də Güney azrbaycanda milli dövlət yarandıqdan öncə Liberal-nasyonalizm yaşanabilməz. Ama yuxarıda vurğulandığı kimi, Güney Azərbaycan milli hərəkətin güclü bir özəlliyi vardır və nasyonalizmin hər iki formasını da görmək olur.
Demokrasi və bəşər haqlarını savunmaq hər zaman Azərbaycan Türk millətinin ən böyük dığdığalarından olmuş, tarix boyu bir çox qiyam və inqilablarla demokrasi üçün savaşmışdır. Bu inancların Güney Azərbaycan milli fəallarında içsəlləşməsidə səbəb olubdur Azərbaycanda yaşayan qeyri Türk millətlərə və milli dövlət yarandıqdan sonra onların durumuna söhbət gəldikdə, Güney Azərbaycan milli fəalları ümumiyətlə (bəlkə təmamilə) Liberal-nasyonalizm mövzeyindən danışıb, dövlət yarandıqdan sonra Azərbaycanda olan nasyonalizmi Türk millətçilığı əsasında dəyil, bəlki Azərbaycançılıq əsasında bilirlər. Ən doğru tutum və insanlığa uyğun ən düzgün baxış.
O üçündə gərəkir hər iki baxış (həm Etnik-nasyonalizm və həm Liberal-nasyonalizm) birgə və eyni halda təbliğ olunsun. Bunların biri deyilir, obiri kölgədə qalırsa sonuca varmıyacayıq. Fars opozisyonuna şirin gəlsin deyə Liberal-nasyonalizmdən danışsaq, onlar Liberal-nasyonalizmdən sui-istifadə edir, "biz bir modern İran qurmaq istəyirik, etniklər önəmli dəyildir bəlki bir vahid millət təərif olunmalıdır, gəlin İrançılıqdan və İran millətindən danışaq" deyəcəklər. Ayrıca, yalnız Etnik-nasyonalizmdən danışsaqda qonşu millətlər və Azərbaycanda yaşayan azınlıqlar "haqlı olaraq" bizə qarşı çıxacaqlar. Qorxuları çox doğaldır əgər biz milli dövlət qurduqdan sonra da Etnik-nasyonalizm mövzeyindən danışır, racismə sarı gedir, hegemon nasyonalist kimi onları asimilə edək.
Bizim (Güney Azərbaycan milli hərəkətin) düşmanlarımızda bu ciddi və təhlükəli məqamı bilərək, milli hərəkətin çox böyük potansiyel və gücünü nəzərə alaraq, və əlbəttə bəəzi milli fəalların yalnış ifadələrini sənəd kimi qullanaraq milli hərəkəti racism və faşismə bağlı bir tərpəniş adlandırırlar. Bir halda ki "hərəkətin sürəcinə baxdığımızda dünyadakı milliyətçilik və bölgədə Türkçülük axımlarıyla ciddi fərqliliklər görürür. Bu hərəkətin millətçiliği sağ və mühafizəkarlıq yerinə sol və modern bir imaj göstərir. Türkçülük açısından isə Türkiyədəki Türkçülük ilə yenə fərqləri vardır. Azərbaycan-dakı Türkçülük, din yerinə daha sekülar bir yapı (saxtar) içərməkdədir və eyni zamanda da bir devrici hərəkətdir" (10). Bizim hünər və başarımız hər iki baxışımızı (Etnik-Liberal) birgə və paralel şəkildə yaymaqdır. Eyni haldakı öz içimizdə və Türk milləti içində fikrimizi (Etnik-nasyonalizm mövzeyindən) deyirik digər yandan uluslar arası ilişgilərə gəldikdədə özümüzü doğru ifadə edib (Liberal-nasyonalizm mövzeyindən), vurğulamalıyıq ki milli dövlətimizi qurduqdan sonra bizim istəyimiz hamını təmsil etmək, Azərbaycan Türk milləti yerinə Azərbaycan milləti deməkdir.
Biz Türkçüyükmü?
Milli hərəkətin indiki dünya baxış açısı klasik Türkçülügə söyəkənir. "Klasik Türkçülük dedigimizdə 19-cü yüz ilin sonları ilə 20-ci yüz ilin ilklərində meydana gələn qaspıralı, ağaoğlu, aqçura, gökalp, rəsülzadə və əli bəy hüseynzadə kimi insanlar söz qonusudur. Klasik Türkçülük millət qavramına dayanan və milləti oluşduran ortaq dil, ortaq tarix və ortaq kültürə sahib çıxan bir düşüncə biçimidir" (11). Əslində biz həm Türkçüyük, həm Güney Azərbaycanda yaşayan digər azınlıq etniklərin doğal haqlarını savunmaq istəyirik. Ama nə yazıq ki Güney Azərbaycanın özəl durumu və qonşu millətlərin tutumu bu baxışların bir yerdə sərgilənməsinə maneə yaradır. O üçündə bəəzən milli fəallar özlərinə Türk nasyonalisti və Türkçü deməkdən çəkinirlər. Bu fəallar düşünürlər özlərini Türk nasyonalisti olaraq təqdim edirlərsə Güney Azərbaycanda yaşayan digər millətlərə haqsızlıq olur, onlar təmsil olunmur. Ayrı tərəfdən, bir çox milli fəalda Güney Azərbaycanda yaşayan qeyri Türk millətlərin haqlarını savunmaqdan çəkinir. Səbəbi isə, "onların haqqını savunmaq, Türk millətin haqlı istəklərini kölgəyə salır, bəəzən əleyhinədir" deyilir.
Burada yeri gəlmişkən, bu sorunun ən böyük səbəblərindən biri və bəlkədə ən əsas maneəyə toxunmaq gərəkir: "batı Azərbaycanda Kürd sorunu". Kürd təşkilatları Güney Azərbaycanın batısına göz tikir, yalancıl ərzi iddialarda bulunurlar. İllərdir Azərbaycanın tarixi ayrılmaz bölgələri Kürd qrupları tərəfindən Kürdüstan toprağı kimi göstərilir, xəritələr cızmışlar. Kürd qrupları Azərbaycanın batısında Kürd millətinin azınlıq olması dəyil, çoxunluğu təşkil etməkdən danışır, bu əsasda yola çıxırlar. Beləliklə, bu qrupların baxışında və verdiği çözümlərdə batı Azərbaycanın çoxunluqda olan milləti Kürd, rəsmi dili Kürdcə, hegemon milləti də Kürd milləti olmalıdır! Bu ortamda, Azərbaycanda azınlıqda yaşayan Kürd millətinin doğal haqlarını savunmaq (Kürdcə eytim və...) birbaşa Kürd qrupların yalancıl iddialarını təsdiqləmək kimi görünür, anlamındadır. Və beləliklə, Güney Azərbaycanlı Türk fəalların Azərbaycanda azınlıq halında yaşayan "Kürd" millətinin haqlarından müdafeə etməsi söz qonusu belə olabilmir.
Dolayısila, əgər Güney Azərbaycan milli hərəkəti Liberal-nasyonalizmdən daha çox Türkçülügünü önə sürür və Etnik-nasyonalizmini daha çox daşıyır əsas səbəbi Kürd qrupların Azərbaycan topraqlarına olan göz tikməsidir. Əgər bu qrupların Azərbaycan ərazisinə olan baxışları dəyişilirsə, və Güney Azərbaycanda yaşayan Kürdlər özlərini Azərbaycanlı bilirlərsə, kiməsnin şübhəsi olmasın Türk fəallar hamıdan öncə Kürdlərin haqlarını Azərbaycan ərazosondə savunacaqdır. Necə ki Pişəvəri zamanı savunulur, verildi.
Güney Azərbaycan milli hərəkətinə qarşı alternativlər?
Azərbaycan millətini illər boyu asimilasyona məəruz qoyub, bütün varlıqlarını talan edən İran rejimləri (Pəhləvi-İslam) Güney Azərbaycan milli hərəkətini ciddi bir düşman kimi görüb, bu hərəkəti məhv etmək üçün əllərindən gəldiğini əsirgəməmişlər. İranın gələcəki üçün olan alternativlər də aynı İran rejimi kimi, milli hərəkətimizi özəlrinə rəqib bilir, Fars istismarçılıq (sömürgəçilik) sistemini saxlamaq üçün milli hərəkətə zərbə vurmaq istəyirlər. Bu yollardan birisi, milli düşüncəni (millətçiliyi) sadəcə anaili, müzik, və... istəklərinə məhdudlaşdırıb digər siyasi baxışlar-ideolojilərə qarşı və onlara muxalif kimi görsətməkdir.
"İşçi hərəkəti milli hərəkətdən ayrıdır", "milli hərəkət işçilərin haqqından müdafiə etmir" və "nasyonalizm, qadın hərəkətinə qarşıdır" kimi cümlələri az eşitməmişik. Beləliklə digər siyasi düşüncələri nasyonalizmə rəqib kimi ortaya atıb, digər siyasi düşüncələrə mənsub olanları milli fəalların əleyhinə toplayıb savaş açmaq istəyirlər. Bu halda, həm milli fəallar və həmdə obiri siyasi düşüncələrə bağlı olan fəalların əsas gücü birbirilərilə dartışmaq-savaşmağa gedir və əsli düşman (İran rejimi) unutulur. Nasyonalizm obiri siyasi düşüncələrə bir halda muxalif kimi təqdim olunur ki əsasən nasyonalizmin görəvi bütün millətin haqlarını bərpa etmək üçün savaşıb milli dövlət yaratmaqdır. Yəəni bir milli fəal (millətçi) həm işçi fəal kimi işçilərin haqlarını müdafiə edir, həm sərmayə sahabının doğru şəkildə sərmayəsindən faydalanmasını istəyir. Həm qadın fəalı kimi eşitlik üçün savaşır, həm çevrə fəalı kimi çevrəni qorumaq istəyir. Deməli, bir milli fəal, digər düşüncə-ideolojilərə sayğila yanaşıb bir ana (qapsayıcı) düşüncə sahibi kimi hamının sağlam şəkildə birlikdə yaşamasına çalışır.
Düşmanlar ayrı tərəfdən, milli hərəkətin güclənməsini etgiləyib, axsatması üçün Azərbaycan mərkəzli düşüncə yerinə İran mərkəzli düşüncəni milli fəallar içində yayğınlaşdırmaq da istəyirlər. Beləliklə Azərbaycan-Türk nasyonalizmi öz yerini İran-Fars nasyonalizminə verir və "İran üçün demokrasi" adı altında asimilasyon səyasətinə yeni meydanlar açılır. Yəəni demokrasini bəhanə edərək insanları aldadıb, milli hərəkət və milli fəallardan anti demokrat bir imaj sərgiləmək çabasındadırlar. Bir halda ki milli hərəkətlər ümumiyətlə iç mahiyətlərindən dolayi demokrasi üçün savaşın başlanqıc nüqtəsidirlər. Nasyonalizmin inandığı "öz müqəddəratını təəyin etmək" haqqı əldə edilirsə, zatən demokrasinin payaları qurulmuşdur. Milli hərəkətin istəgi sirf və sadəcə "demokrasi üçün savaş" dəyildir və demokrasini əldə etmək, digər istəklərimizidə almaq demək dəyildir. Bir çox zaman, digər millətlərin istiimarı (sümürgəçilik) elə adda demokratik ölkələr və demokrasi adına yurudulmuşdur. Deməli, demokrasi, Azərbaycanda olan siyasi hərəkətin (milli hərəkətin) istəklərindən biridir, hamısı dəyildir" (12).
Uzun sözün qısası, istəklərimizi dilə gətirdiğimizdə və özəlliklə hansı düşüncəni daşıyıb anlatdığımızda çox diqqətli olmalıyıq. Bir nasyonalist olaraq həm Etnik-nasyonalizmə inandığımızın səbəblərini açıqlamalıyıq, həm Liberal-nasyonalizmə dayalı baxışlarımızı sərgiləməliyik. Yəəni, hər müxatəbə o müxatəbə uyğun açıqlama verməliyik. Azərbaycanda yaşayan azınlıqları və azərbaycanda varolan digər siyasi düşüncələri inandırmalıyıq milli dövləti yaratmaqdan hədəfimiz (Liberal-nasyonalizmi əsas tutaraq) "Azərbaycan milləti" əsasında dövlət qurmaqdır. İran rejimi və ümumiyətlə Fars asimilasyonuna davam etmək istəyənlərin önündə də bir Türkçü kimi (Etnik-nasyonalist) öz mənsub olduğumuz etnik-millətin əzilmiş haqlarını istəməliyik.
Azad ana topraqda yaşamağımız üçün bu çətin ikiliyi yaşatmağa məcburuq.
Səyasət bir hünər, Azadlıq bir arzu.
Əmir mərdanı
AZOH sözcüsü
*****
Qaynaqlar:
1-
Smith, A.D. (1981). The Ethnic Revival in the Modern World.
Nairn, Tom; James, Paul (2005). Global Matrix: Nationalism, Globalism and State-Terrorism
2-
Smith, Anthony (2012). Nationalism (2nd ed.).
3-
James, Paul (1996). Nation Formation: Towards a Theory of Abstract Community.
4-
Wirth, Louis (1936-05-01). "Types of Nationalism".
5-
Yack, Bernard (1996-03-01). "The myth of the civic nation".
6-
Tamir, Yael. 1993. Liberal Nationalism.
7-
Singley, Carol J. (2003). "Race, Culture, Nation: Edith Wharton and Ernest Renan".
8-
Timothy Baycroft, Nationalism in Europe 1789-1945 (1998)
9-
Schwarzmantel, J. J (2006). "Class and Nation: Problems of Socialist Nationalism".
10-
AZDEMO-nun Davud Turan ilə özəl danışığı
https://azdemokrasi.wordpress.com/2010/03/06/davudturan/
11-
Klasik Türkçülük və bugünkü söyləm – Umud Yaşam
12-
İrəli dərgisinin ikinci sayısından alınmışdır.