Oktyabrın 21-də HB (Heydərbaba) Media qurupunun təşəbbüsü ilə Torontoda fəaliyyət göstərən Azərbaycan Star TV kanalı 500 tamaşaçının iştirakı ilə kanalın açılış mərasimini keçirdi. Telekanalın Açılışı Kanadanın Ontario Əyalətinin Ali təhsil naziri Dr.Reza Moridi, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli və Az Star TV-nin təşkilatçısı və HB Media Qurupunun rəhbəri Yashar Poorali tərəfindən elan edildi. Azərbaycan xalqının qurbətdə yayınlanacaq TV kanalına və kanalın rəhbərliyinə Ontarionun baş naziri "Kathleen Wynne" və Ontarionun baş Ali Təhsil Naziri "Dr. Reza Moridi" tərəfindən təbrik məktubları təqdim olundu. Təbrik məktubları Dr. Moridi tərəfindən TV kanalının təşkilatçısı və rəhbəri Yaşar Pooaliyə təqdim olundu. Eyni zamanda Ontarionun Baş Naziri tərəfindən Dünya şöhrətli müğənni, Azərbaycanın xalq artisti Yaqub bəy Zurufçuya da imzalanan təbrik məktubu Dr. Moridi tərəfindən müğənniyə təqdim edildi. Açılış Mərasimində Azərbaycandan təşrif buyurmuş Yaqub Bəy Zurufçu və Torontodan olan digər sənətçilər konsert proqramı ilə TV canalın açılışını təbrik etdilər.

http://www.azstartv.com/

 آذربایجان ایستار تئلئویزیا کانا‌لی‌نین آچیلش مراسیمی

آذربایجان ایستار تئلئویزیا کانا‌لی‌نین آچیلش مراسیمی.

آذربایجان ایستار تئلئویزیا کانا‌لی‌نین آچیلش مراسیمی