Doğu Azərbaycanın TV sunucusu “Azərbaycana salam verməyin” yasaqlığından danışdı!

YOL PRESS” xəbər ajentinin verdiyi bilgiyə görə, Güney Azərbaycanlı incəsənət və media işçiləri toplumsal internet şəbəkələrində “Mən və Sansuraçı” başlığında düzətmə imi (həştək) yolasalmışlar. Bu düzətmə imində gözə görünməz səhnə arxasında baş vermiş macəralara aydınlıq gətirilir. Enistqran postu qoyan satirik yazar “Əmirmehdi Jole” öz əməkdaşlarından TV də olan sansura xatirələrinin deyilməsini istəyir.

Bu xatirələrin biri Doğu Azərbaycan Radio-Teve sunucusu “Məhəmməd Fərşbaf” bəyə aiddir.

O, öz başına gələni belə tərif edir:

Bir açıq hava gecə verilişinin ortalarında özümü manitorda görüncə Təbrizin yanan arxa çıraqları marağımı çəkdi. Bir anda duyğulu olaraq söylədim:

Arxamda Təbriz, üz bə üzümüzdə böyük Azərbaycanımıza salam deyirəm!”

Sözsüz ki, mən qarşımda olan Doğu Azərbaycana salam vermək istəmişdim. Ancaq, sabah sansurçu gec olmadan məni arayıb dedi:

Sənin arxanda Təbriz olunca, xəritəyə görə, qarşında Azərbayca Cümhuriyyəti dayanır. Sən özbaşına, Azərbaycana salam verəməzsən!”

Mən ona çıqlama vermək istədim ki, “Xəritəyə görə, mənim qarşımda (quzey) dayanır. Ora isə içəridə Tehran, Məşhəd və dışarıda Əfğanistan olur!” O, isə sinirlə mənə dedi: “Onu-bunu bilmərəm sabahdan Azərbaycana salam verərsənsə, mənəm, sənsən!”