Ərdəbilli azərbaycanlı fəal Mahmud Nəsiri oktyabrın 24-də ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Ərdəbil Şöbəsinə çağırılaraq təhdid edilib.
Fəal ETTELAAT Şöbəsinin Xəbər Mərkəzində, ümumi məkanlardakı açıqlamaları və son günlərdə yazdığı “İnternet Azərbaycan Milli Hərəkatı üçün fürsət yoxsa təhdiddir” başlıqlı məqaləsi ilə bağlı sorğu-suala tutulub. O həmçinin tanınmış fəal Abbas Lisani və digər ərdəbilli fəallarla bağlı dindirilib.
“M.Nəsiri təhdid edilərək ondan istənilib ki, azərbaycanlı fəallarla əlaqəsini kəssin və onların əleyhinə məqalə yazsın, belə olan təqdirdə onun keçmişdəki faliyyətləri bağışlanılacaq”- deyə əldə etdiyimiz məlumada bildirilir.
Sonda isə fəala bildirilib ki, ETTELAAT Şöbəsinə çağırıldığını mətbuata çıxarmasın, əks halda ona qarşı tədbir alınacaq.