2015-ci il mayın 18-dən Təbrizin mərkəzi zindanında həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal, məhbus hüquqlarının pozulduğu üçün aclıq aksiyasına başladığını elan edib.

Murtaza Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanunun 134-cü maddəsinin icra edilməməsinə etiraz olaraq 2016-cı il oktyabrın 25-də aclıq aksiyasına başlayıb.

Azərbaycanlı milli-mədəni fəal 2015-ci il mayın 18-də öz iş yerində yaxalanaraq həbsxanaya aparılıb. O, 2009-cü ildə Təbrizin İnqilab Məhkəməsində sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək ittihamı ilə 3 il həbs cəzasına məhkum edilib.

M.Muradpur 2009-cu il mayın 22-də azərbaycanlı fəallar tərəfindən Təbrizin Elgölü parkında təşkil edilən aksiyada Azərbaycan türk millətinin milli hüquqları ilə bağlı şüarlar səsləndirdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və təxminən 6 ay saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 bf2f53985e3a94d21ef4e322339df348