Keçən iyul ayından bəri Tehranın Evin Həbsxanasında saxlanılan türk fəal İbrahim Nurinin həbsxana idarəsinə ünvanladığı məktub sosial media və internet portallarında nəşr olunub.
Nuri məktubunda məhbusların ləyaqətinə hörmət edilməməsi və haqlarının pozulmasına etirazını bildirib.
Həbsdən öncə universitetdə hüquq təhsili alan fəal, həbsxana idarəsini qanunlara riayət etməyə çağırıb.
O, məktubunda Evin zindanında saxlanılan məhbusları qanunlara uyğun şəkildə səhiyyə xidməti və keyfiyyətli ərzaq ilə təmin olunmadığına diqqət çəkib.
İbrahim Nuri keçən iyul ayında İran Azərbaycanında keçirilən ənənəvi Babək Qalası yürüşü ilə əlaqədar nəzarət altına alınmışdı.
Tehran Məhkəməsi daha sonra İbrahim Nurinin müvəqqəti azadlığına dair hökm çıxarsa da, daha əvvəl başqa məhkəmələrdə həbsə məhkum olunduğu səbəbilə son qərarda onun sərbəst buraxılmasına icazə verilmədi.