sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozamağa cəhd göstərmək ittihamı ilə 2009-cü ildə mühakimə edilən fəal bir ildən çoxdur Təbrizin mərkəzi zindanında həbs olunub. Onun dosyesinə yenidən baxılması tələbi vəkil Cəfər Əfşarniya tərəfindən ölkənin Ali Məhkəməsinə təqdim edilib, lakin Ali Məhkəmənin 33-cü Şöbəsi oktyabrın 10-da çıxardığı qərarla azərbaycanlı fəalın irəli sürdüyü tələbi rədd edib.
M.Muradpurun islam cəza qanununun 134-cü maddəsinin icrası və məhkəmə prosesinin qanunsuz olduğu ilə bağlı dosyeyə yenidən baxılması tələbi, heç bir qanuni dəlil olmadan Ali Məhkəmə tərəfindən təmin edilməyib.
2015-ci il mayın 18-dən Təbrizin mərkəzi zindanında həbsdə saxlanılan M.Muradpur, cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanunun 134-cü maddəsinin icra edilməməsinə etiraz olaraq 2016-cı il oktyabrın 25-də aclıq aksiyasına başlayıb.
Azərbaycanlı milli-mədəni fəal 2015-ci il mayın 18-də öz iş yerində yaxalanaraq həbsxanaya aparılıb. O, 2009-cü ildə Təbrizin İnqilab Məhkəməsində sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək ittihamı ilə 3 il həbs cəzasına məhkum edilib.
M.Muradpur 2009-cu il mayın 22-də azərbaycanlı fəallar tərəfindən Təbrizin Elgölü parkında təşkil edilən aksiyada Azərbaycan türk millətinin milli hüquqları ilə bağlı şüarlar səsləndirdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və təxminən 6 ay saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.