Təbriz zindanının 12-ci korpusunda saxlanılan azərbaycanlı fəallar Hüseyn Əliməhəmmədi və Murtaza Muradpur bir qrup məhbus və zindan məsullarından olan Sultani adlı birisi tərəfindən döyülüblər.
Belə ki, məhbuslardan üçü naməlum səbəbdən H.Əliməhəmmədi ilə dalaşıb və onu döyüblər. Azərbaycanlı fəal zindan məsullarına müraciət edərk onunla savaşan məhbusların cəzalandırılmasını istəyib, bundan sonra korpusa gələn Soltani sözügedən məhbusları deyil, H.Əliməhhəmədini döyüb. M.Muradpur isə bu vəziyyətə etiraz etdiyinə görə korpusun rəisinin yanında və onun dəstəyi ilə Sultani tərəfindən döyülüb. M.Muradpur aclıq aksiyasında olduğu üçün aldığı zərbələr nəticəsində huşunu itirib.
Hər iki fəalın xüsusi korpusa köçürüldüyü bildirilir.
Sultani fəalları təhdid edərək bildirib ki, bu xəbər zindanın çölünə çıxarsa vəya ona qarşı şikayət edilərsə, onlar üçün daha pis olacaq. Təbriz zindanından əldə edilən məlumata görə, zindan məsulları səsgücləndirici ilə bütün məhbusları adı çəkilən fəallardan şikayət etməyə və şikayətlə bağlı imza toplamağa çağırıblar.