İran Azərbaycanının populyar futbol komandası “Traktorsazi”-nin adı dəyişdirilərək “Traktor” adı ilə əvəzlənib.
Bu barədə İrandakı idman xəbər saytı "varzesh3" məlumat yayıb.
İndən belə komanda "Traktor" adı ilə İran Premyer Liqasında iştirak edəcək.
Həmin xəbərə görə, farsca şəkilçi olan "sazi" sözü kulubun sahibi Məhəmmədrza Zunuzinin istəyinə əsasən komandanın adından silinib.
Beləliklə artıq bu futbol komandası "Traktor" Adı ilə İran Premyer Liqasında iştirak edəcək.
Klubun icraçı direktoru qərarı tələffüzün rahatlığı ilə əsaslandırıb.
“Traktorsazi” fars dilində traktor istehsalçısı anlamını daşıyır və Təbrizdəki zavoddan qaynaqlanır. Klub təsis olunanda həmin ad futbol komandasına verilmişdi.
İranın Sənədlər və Daşınmaz Əmlakın Qeydiyyatı Təşkilatının sistemində komandanın adı "Azərbaycan Traktor Kültür-İdman Klubu" olaraq daxil edilib, lakin İran dövlətinə bağlı xəbər agentlikləri komandanın Premyer Liqada "Traktor" adı altında yarışacağı haqda məlumat yayıblar."
Traktor komandasının tərəfdarları stadionlarda İranda türklərə qarşı təzyiqlərin qaldırılması və irqçiliyə son qoulmasına dair şüarlar səsləndiriblər. Fevralın 15-də "Traktor" və "İstiqlal" komandaları arasında keçirilən matçda azarkeşlər üzərində ingiliscə "Öz müqəddəratını təyin etmə cinayət deyil bir haqdır!" plakatını stadionda nümayiş etdirmişdilər.
Oxşas şüarı İspaniya liqasında Barselonanın kataloniyalı azarkeşləri fevralın 4-də Valensiya ilə futbol matçında nümayiş etdirmişdilər.