Bu şeri çağdaşımızın İbrahimlərinə yəni Rəsul bəy Rəzəviyyə

və onun zindan yoldaşlarına həsr olur

Ey  İbrahim !

Başın  uca  başlardan

Boyunda ,varlıq təməli

Sözün söz , etıbar

Dəyərli bir iqtidar

Üzərində duran üz bir aydınlıq

Gözlərin , mutlu muştuluq

Əllərin qərinc-qərinc tanrıya qonşu

Ağır ağır çantan

Dom dolu vədə .

Demək ! ey İbrahim

Ağrısı  ağırlıyarsa  ağı

Ağzının  kəsəri , kal

Söyləm dilin lal

Bir uzun sürə fəlakət

Kalavalıqdan tarixin  ingilti  səsi.

Ey  İbrahim

Bağlı  bağda , bağıran bir yavru

Bir  aslan əmliki , bir şir balası

Ar olaylarına

Demiş

“Irinləmiş  zorun  beynində qamçı

Qamçının əlində qədər

Qədərin təpkisi  çılpaq”

Qəribə  idi !

Son  sözə 

Sonsuz yolda söz

Kim  isə , kimsəyə  demədi

Dan  duran  yerdə

İşığın  ölümündən  bir  dən

Kim  isə , kimsədən  sormadı

Paxır  qabın  paxıllığında  uyan , uyumdan !

Bir  cızıltı

Bir  vızıltı

Bir  çimdik  cır- cız .

Kim  isə , kimsədən  küsmədi

Bayatı  becərmək üçün

Bayatı  cücərmək  üçün

Ahay ey İbrahim !

Sındır  butları , tabuları

Sındır

Sındır butpərəstlərin indi ki , o qədim butun.

Sənin  qurbanlığın  sayıldı  səslər  arası 

Bir  cüt  qızıl  quzu

Bir  cüt  qızıl  qoç 

Bir sülh göyəçini .

Eşilbax  16.5.2010  إشیلباخ

 Azerbaijan