Bu şeri çağdaşımızın İbrahimlərinə yəni Rəsul bəy Rəzəviyyə
və onun zindan yoldaşlarına həsr olur
Ey İbrahim !
Başın uca başlardan
Boyunda ,varlıq təməli
Sözün söz , etıbar
Dəyərli bir iqtidar
Üzərində duran üz bir aydınlıq
Gözlərin , mutlu muştuluq
Əllərin qərinc-qərinc tanrıya qonşu
Ağır ağır çantan
Dom dolu vədə .
Demək ! ey İbrahim
Ağrısı ağırlıyarsa ağı
Ağzının kəsəri , kal
Söyləm dilin lal
Bir uzun sürə fəlakət
Kalavalıqdan tarixin ingilti səsi.
Ey İbrahim
Bağlı bağda , bağıran bir yavru
Bir aslan əmliki , bir şir balası
Ar olaylarına
Demiş
“Irinləmiş zorun beynində qamçı
Qamçının əlində qədər
Qədərin təpkisi çılpaq”
Qəribə idi !
Son sözə
Sonsuz yolda söz
Kim isə , kimsəyə demədi
Dan duran yerdə
İşığın ölümündən bir dən
Kim isə , kimsədən sormadı
Paxır qabın paxıllığında uyan , uyumdan !
Bir cızıltı
Bir vızıltı
Bir çimdik cır- cız .
Kim isə , kimsədən küsmədi
Bayatı becərmək üçün
Bayatı cücərmək üçün
Ahay ey İbrahim !
Sındır butları , tabuları
Sındır
Sındır butpərəstlərin indi ki , o qədim butun.
Sənin qurbanlığın sayıldı səslər arası
Bir cüt qızıl quzu
Bir cüt qızıl qoç
Bir sülh göyəçini .
Eşilbax 16.5.2010 إشیلباخ