Aksiyada İranda həbs edilmiş milli-mədəni fəalların portretləri qaldırılıb
İyulun 10-da Milliyyətçi Gənclər Təşkilatı İranın Bakıdakı Səfirliyi qarşısında İranda həbs edilən Abbas Lisani və digər fəalların hüquqlarını müdafiə məqsədi ilə aksiya keçirib. Aksiya iştırakçıları İranda həbsə məhkum edilmiş milli fəallararın portretlərini, “Soydaşlarımıza azadlıq!”, “Cənubi Azərbaycan İran deyil!”, “Biz diri qalmaq istəyirik!” şüarları qaldırıb, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” və digər şüarlar səsləndirib.
Eturazçılar İran səfirliyi qarşısında aksiyanın qətnaməsini oxuyub. Lakin səfirlik qətnaməni qəbul etməyib.
Sənəddə deyilir ki, İran hökuməti bu ölkədə yaşayan azərbaycanlı milli-mədəni fəallara qarşı son aylar təzyiqlərini artırıb.
“Milli-mədəni fəallardan Abbas Lisaniyə 8 il, Kazım Səfabəxşə 13 il həbs verilib. Bundan başqa 3 illik həbs müddəti başa çatan Siyamək Mirayi hələ də azadlığa buraxılmayıb. Həmid Allahverdi 7 ay, Səhənd Məaliyə isə 10 ay həbs verilib. “Yol-Press” media orqanı, “Açıq Yol” dərgisi bağlanıb,” qətnamədə deyilir.
Aksiya insidentsiz ötüşüb.