Azərbaycanlı milli-mədəni fəal Aydın Zakiri oktyabrın 29-da özü üçün keçirdiyi toy mərsimindən sonra Meşginşəhr məhkəməsinə çağırılıb.

Fəal toy mərasimində Azərbaycanın milli geyimi ilə  göründüyünə, mərasimdə Urmu gölü böhranı haqda bannerin asıldığına və Azərbaycanın tarixi qəhrəmanları haqqında şeirlər oxunduğuna görə məhkəməyə çağırılıb. Müstəntiq Rəncbər, toy mərasiminin milli və klassik formada keçirildiyinə görə fəalı sistemin əleyhinə təbliğ və milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə ittiham edib.

Fəal ittihamları elan olunduqdan sonra 10 milyon tümənlik vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Adını çəkdiyimiz fəal budan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 Azerbaijan