Şəms İctimai-Mədəni Dərnəyi tərəfindən təsis edilən “Günəş” öyrənci dərgisinin ikinci sayı işıq üzü görüb.
Türk və fars dillərində çap olunan dərgi Urmiyə Sənaye Universitetinin türk öyrənciləri tərəfindən nəşr olunur.
Şəms İctimai-Mədəni Dərnəyi ötən il Urmiyənin Sənaye Universitetində təsis edilib. Dərnək bir il ərzində türk dilində “Anlam” və “Günəş” dərgilərinin nəşri, türk dilində kursların təşkili, türkcə kitab sərgisi və şeir gecələri kimi mədəni tədbirlər həyata keçirməyə nail olub.