Son aylarda kürd siyasi partiyalarının Güney Azərbaycanın ərazi bütövlüyünə qarşı məsuliyyətsiz və əsassız media propoqandası və sahə hərəkətlərinin yeni və məqsədyönlü dalğasının şahidi oluruq.

İranda millətlərin arasında ixtilaf və qarşıdurmaların yaradılması siyasəti istiqamətində sabiq Pəhləvi və hal-hazırda İslam Respublikası hakimiyyətlərinin siyasətləri o cümlədən ölkədə məqsədyönlü inzibati bölgülər, demoqrafik tərkibin dəyişdirilməsi və qeyri fars millətlərin sərt şəkildə repressiyaların həyata keçirilməsin və İranda təzyiqlərə məruz qalan millətlərin faşizm və irticadan qurtuluşu istiqamətində güclərinin birləşmə zərurətini nəzərdə alaraq, Kürd təşkilatlarının Güney Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi və sahə və media fəaliyyətləri, şübhəsiz ki, qeyri-konstruktiv və dağıdıcı bir proses olmuşdur və Azərbaycan Türk Millətinin və onun siyasi qüvvələrinin diqqət mərkəzində yer almışdır.

İranda irqçi müstəmləkəçi və diktaturaya qarşı təzyiq altında olan millətlərin cəbhəsini gücləndirmək üçün Azərbaycan milli güclərinin qarşılıqlı əlaqə saxlamaq və dözümlülük göstərmələrinə baxmayaraq, təəssüf ki, Kürd siyasi qrupların rəhbərləri yaxşı qonşuluq üsullarına zidd bir şəkildə təzyiq altında olan millətlərin mübariz güclərinin birləşmə zərurətinə laqeydliklə, keçmiş səhvləri və acı təcrübələri təhlil etmədən, ehtimal ki öz məhdud milis imkanlarına arxalanaraq, qonşu xalqların və millətlərin torpaqlarına saxta iddiaları irəli sürmək ilə İrandakı məzlum xalqların cəbhəsini zəiflətmək mərkəziyyətçi siyasi güclərin ixtilaf yaratmaq siyasətləri istiqamətində addım atmış olurlar. Bölgənin belə həssas və təhlükəli vəziyyətində bir tərəfdən İran İslam Respublikasının anti-bəşəri və müstəmləkəçi oyunları, digər tərəfdənsə Qərbi Azərbaycanda bu təşkilatların məsuliyyətsiz və ixtilaf yaradıcı hərəkətləri Azərbaycan Türk Millətinin həssaslığına və rahatsız olmasına səbəb olmuşdur.

Keçən həftələr ərzində xüsusi ilə İran Kürdüstanı Demokrat Partiyası (Mustafa Hicri qanadı) məntiqə sığmayan və son dərəcə həddindən artıq ərazi iddialarını medialarında aşkar şəkildə əksəriyyəti Azərbaycanlı Türklərin yaşadığı Azərbaycan tarixi torpaqlarına irəli sürüblər. Təəssüf ki, bu partiya bununla yetinməyib məsuliyyətsiz və şübhəli bir şəkildə Azərbaycan üçün xata partiya yaratmağa və Azərbaycan Türk milləti adına silahlı əməliyyat keçirməyə başlayıb. Şübhəsiz ki, bunlar 19790-cu ildə həmin partiya tərəfindən həyata keçirilən (Əbulrəhman Qasımlu zamanı) və acı tarixi təcrübələr və cinayətlərlə nəticələnən eyni yanlış siyasətlərin davamıdır. Təəssüf ki, digər kürd partiyaları bu qeyri-konstruktiv prosesə qarşı nəinki etiraz etmirlər, həm də həmin adı keçən partiya ilə qənaətbəxş bir sükut içində əməkdaşlıq edirlər.

Azərbaycan Milli Hərəkatına mənsub təşkilatlar bütün iclaslar, konferanslar, sənədlər və bəyanatlarında dəfələrcə Azərbaycan torpaqlarında yaşayan bütün azınlıqların demokratik vətəndaş hüququnun təmin edilmə zərurətini vurğuladıqlarına baxmayaraq, təəssüflə adı keçən siyasi qruplar Azərbaycanın qərb bölgəsində kürd azınlıqları bahana edərək dağıdıcı hərəkətləri ilə İranda təzyiq altında olan millətlərin yaxşı qonşuluq və qarşılıqlı hörmət prinsiplərini pozaraq, Azərbaycanın qərbində, Suriyanın şimalında və ya Qarabağdakı kimi bir prosesi davam etdirməyə çalışırlar, ancaq şübhəsiz ki Azərbaycan Türk Millətinin hərtərəfli qarşılıq verəcəkdir.

Biz Güney Azərbaycan Milli Hərəkatının təşkilatları olaraq Azərbaycanın qərbində terror siyasətini pisləyir, kürd siyasi qruplarının rəhbərlərinə xəbərdarlıq edirik ki, Azərbaycanın tarixi torpaqlarında dağıdıcı və saxta hərəkətlərə son qoyub, yaxşı qonşuluq, qarşılıqlı hörmət prinsipləri və İran İslam Respublikasının müstəmləkəçi və diktaturalığına qarşı təzyiqlərə məruz qalmış xalqların birliyini qorumaları istiqamətində addım atmalarına dəvət edirik.

Biz Azərbaycan torpaqlarının bütövlüyünün Azərbaycan Türk Millətinin qırmızı xətti olduğunu elan edərək və Azərbaycan torpaqlarında yaşayan azınlıqların hüquqlarına riayət ediləsinin lazım olduğunu vurğulayaraq, Kürd partiyalarının liderlərini real olmayan iddialarından əl çəkməsini və bütün məzlum millətlərin ictimai rəyi onların məqsədləri və planları haqqında kifayət qədər məlumat əldə edə bilmələri üçün lazımi şəffaflığı etməyə çağırırıq.

Sonda vurğulayırıq ki, bütün dünya millətləri kimi, demokratik yollarla öz müqəddəratını təyinetmə hüququnu və qanuni müdafiə hüququnu Azərbaycan Türk Millətinin ayrılmaz və toxunulmaz hüquqları hesab edirik.

Güney Azərbaycan Siyasi Quruluşları Əməkdaşlıq Platforması (AZOH - Dirənish – GADP)

05/06/2020