Böyük Türk milləti!
Hörmətli vətəndaşlar!
Hər il dünyanın bir çox ölkəsində Güney Azərbaycan dövlətçilik günü qeyd olunur, milli fəallar bir araya gəlir və toplantılar keçirilir. Pəhləvi və islam rejimləri-nin basğılarına rəğmən Güney Azərbaycanın bir çox şəhərində belə 21 azər günü qutlanır, 26 azərdə olan məənəvi soy qırım qınanır.
21-azərin 71-ci ildönümü münasibətilə, ayrıca çağımızın gərgin durumu və ortadoğuda olan təhlükəli olayları nəzərə alaraq, biz avrupa da yaşayan milli fəallar isveç-də göteborg şəhərində seminar keçirməyi düşündük. Beləliklə bütün təşkilatlar, qruplar, dərnəklər və milli fəallardan dəvət olunur səsimizə səs verir, bu toplantıda iştirak etsinlər.
Arzı edirik milli fəalların qatılımı ilə və keçmiş təcrübələrdən yararlanaraq Güney Azərbaycan milli hərəkatı üçün yeni bir sayfa açılır, yeni addımlar atmaq üçün birliğimiz daha sığ olur. Xatırlatmalıyıq bu toplantıda avrupanın bir çox ölkəsi, Azərbaycan və Türkiyə dən qatılan qonaqlar olacaqdır.
Zaman: 17 dekabr 2016
Yer: İsveç- göteborg
21 azər komitəsi- avrupa
*ətraflı bilgilər yeni bildirilər vasitəsilə paylaşılacaqdır.