İyulun 24-də Təbrizdə hökumətə qarşı etirazaksiyasında saxlanılanların sayının artdığı bildirilir.

Siyasi fəal Əmir bəy Mərdani İran Azərbaycanında etirazlar əsnasında təhlükəsizlik qüvvələri tərəfindən tutulan milli fəallar haqqında məlumat verib. O bildirib ki, Təbrizdə baş tutan etirazlardan öncə və sonra müxtəlif şəhərlərdə milli fəallar basqılara məruz qalıb, ən az 20 fəal həbs edilib. Mərdani hələ ki, bir çox fəallar və vətəndaşların kimliyi müəyyən edilmədiyini bildirib.

"Şahin Bərzigər Təbrizdə aksiyadan öncə həbs edilib və hələ nəzarət altında saxlanılır, Əkbər Quluzadə və Rıza Cəfərli Urmiyə şəhərində neçə saat dindirilərək hədələndikdən sonra buraxılıbr, Rəhim və Sədullah Sasani, Yaşar Piri, Möhsün Abbaspur, Bəxtiyar Bəhnəmun və Məhəmməd Purəli isə Təbrizdə saatlarla nəzarətdə qaldıqdan sonra buraxılıb."

Siyasi fəalın dediyinə görə, iyulun 22-də Əmir Səttari Rəuf və Vəhid Əbhəri həbs edilib və hələ də durumlarından məlumat yoxdur.

"Aksiyadan bir gün əvvəl iyulun 23-də Mustafa Əbdüli həbs edilib və durumundan xəbərsizik. Ancaq ən çox həbs aksiya günündə baş verib. Ulduz xanım Qasımi tutulub, ancaq hələ durumundan xəbərsizik" - deyə, siyasi fəal məlumat verib.

Əmir Mərdani Aksiya günündə həbs edilən Səməd Ladvəndinin bir neçə saat nəzarətdə qaldıqdan sonra buraxıldığını qeyd edib.

Amerikanın Səsi ilə müsahibədə güneyli fəallarla bağlı məlumat verən siyasi fəal Yusuf Sələhşur, Siyamək Kuşi, Məhəmməd Mahmudi və Şəhruz Bərzigərin Təbrizdə həbs edildiyi və hələ buraxılmadıqlarını deyib.

Əmir Mərdani ən az 20 milli fəalın polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi təxmin edir və ayrıca qeyd edir ki, bir çox kimliyi açıqlanmayan adi vətəndaşın da həbs edilənlər arasındadır.

HRA xəbər agentliyinin yaydığı məlumata görə, Ərdəbil şəhərində Pərviz Siyabi və Təbrizdə Nadir Sadıqiyan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Əmir Mərdani İran Azərbaycanında çağırışlar nəticəsində keçirilən mitinqin məqsədlərini izah edib. "Başda gedən mesajlardan biri Güney Azərbaycanda yaşayan türk millətinin ərəb millətinin arxasında durması və onlardan etdiyi himayədir" - deyə, milli fəal bildirib. O, Təbrizdə keçirilən etiraz mitinqini "strateji əməl və Güney Azərbaycan üçün böyük nailiyyət" olduğunu hesab edir.

Siyasi şərhçi bu etirazları siyasi addım kimi dəyərləndirərək deyib ki, "həmişə biz təpki olaraq fəaliyyətə keçmişik, bu birinci dəfə idi ki, biz təpkisəl fəaliyyətlərdən çıxdıq."

O, həmçinin etiraz mitinqində səsləndirilən "Azadlıq, ədalət, milli hökumət" şüarına toxunaraq, artıq biz milli hökumətimizi qurmaq üçün meydandayıq" - deyə, əlavə edib.

https://www.amerikaninsesi.org/a/merdani/5979370.html