Biz uzun illərdi savaş aparırıq millətimizin oyanışı üçün.
Bu oyanışdan da məqəsədimiz onları «azərbaycanlı türk» olduqlarına inandırmaqdır.
Pezeşkiyan özünü türk adlandırır, azərbaycan ərazisinin bir bölümünü kürdüstan bilir, və türklərində «iranlı» olduğunu deyir. Onun üçündə seçdiği şuar «İran Üçün»du.
Bu adamın çıxmasının millətimizdə yaradan əhvalat:
1: Millət düşünəcək ki İran bizim zənn etdiğimiz qədər də pis yer dəyilmiş. Bir türkün prezident olmasına belə musaidə var. Dolayısila, İranlı olmaq düşüncəsinin formalaşması.
2: Pezeşkiyan bir azərbaycanlı prezident olaraq, batı azərbaycanın bir bölümünə kürdüstan deyir. Millət düşünəcək ki çün o özü oralıdı, deməli bir bildıği var və doğru deyir. Dolayısila, batı azərbaycanın bir bölümü kürdüstana verilirsə millətin təpkisi az olacaq.
3: Pezeşkiyan vəədlərini yerinə yetirməzsə, ona səs vernələr pezeşkyıanı reklam edənləri suçlayacaqlar. Pezeşkiyanı reklam edənlər kimdir? milli hərkətin bir bölümü. Dolayısila millətin bir bölümü, kı türkçüdür, milli hərkətdən zədələnib uzaqlaşacaq.
4: Pezeşkiyan vəədlərini bir balaca belə yerinə yetirirsə, türk milləti özünə İranda pay verilməsinə inanıb azərbaycançılıqdan uzaqlaşıb özünü daha İranlı biləcək.
5.6.7 v……
Uzun sözün qısası: Pezşekiyanın çıxması İrançılıq düşüncəsinə ən böyük bayramlardan biri sayılır.
Sizcə təsadufidirmi pezeşkiyanın baş yardımçıları Xaətmi və Ruhani kimi pan iranistlər və Axundi kimi pan farslardı?
Çox yaxın zamanda hər nə aydınlığa çıxacaq.
Bəlkədə mən yanılıram.
Bəlkə pezeşkiyan yeni Qorbaçov-imiş, Xamneidən xəbərsiz!
Amandı, kimsə Xamneiyə deməsin ha; elə öz aramızda qalsın!