Evrəndə hərşey zəncir kimi bir-birinə bağlıdır. Gülüstan-bağı'ndaki bir qarqanın, qar-qar oxumasıyla, Gəcil qapısında Məhərrəm əminin "Gəl bala gəl qarpıza" deyə qışqırıb müştəri çağırmasının arasında görünməyən bir bağlantı var. Bu uyumluluq bəlki üzdə bəlli olmaz, hiss edilməz, amma həyatda birşeyə doxunduğumuzda, doğaya müdaxilə etdiyimizdə ortaya çıxar.

Qocaman bir dənizi qurutduqdan sonra, çevrədəki canlıların məhv olması, iqlimin dəyişilməsi, mal heyvanın və əkinçiliyin aradan getməsi, bizlərə herşeyin bir-birinə bağlı olduğunu açıq-açıq anladır.

Urmu dənizinə geri qayıdan köçəri quşları, yuvalarında ölü şəkildə görməklə, Həbib ağanın yumruqla xanımısını döyməsi arasında görünməz bir bağlantı var və heç bir dəyişiklik eləmdən, hərşeyin normal vəziyyətə dönməsini bəkləmek, ət almadan küftə istəməyə bənzəyir.

Bu qonuda sosial həyatdan da bir misal verə bilərik.

Güney Azərbaycan xalqının fars dilinə sıxı bağlanması da bir örnəkdir. Adi insanların, fars dilində yazıb oxumaları, yaşayışlarının bütün ünsürləriylə uyum sağlayıbdır. Eyni kiçik parçalar kimi yan-yan oturub onların həyat adındakı pazelini qurmuşlar. Bu

pazelin içində, toplumun farsca yazıb-oxuması tamami ilə normal görünür. Pazelin digər parçalarına doxunmadan, bir anda onlardan türkcə yazıb-oxumalarını gözləmək, mümkün deyil.

Amma bir ictimai fəalın görəvi, normala uymamaq, pazelin parçalarına müdaxilə etməkdir.

Təbii ki böyük ölçülərdə Türkcənin də farsca kimi yayqınlaşması üçün güc, pul və düzənli bir eyitim sistemi gərəkməkdədir, amma o günün çatmasına qədər Türkcə ilə ilgili bir fealin görəvi, Anadilini ayaqda tutmaq, bacardığı qədər onun nəfəs almasına yardımcı olmaqdır.

Sosial fəalımız, sürəkli Türkcə yazıb paylaşmaqla, çevrəsindəki insanların Anadillərinə maraqlarını artırmalıdır.

Farsca yazan Həbib ağalarımız, heç fərqində olmayaraq Türkcəmizi yumruq altında tutmaqdadılar.

Farsca yazıb da insanları Türkcəylə ilgiləndirmək istəyən ictimai fəal, hələ, küftənin ətlə bişirilməsindən belə xəbəri yoxdur.

Yazıq Rüqəyyə, ət olmadan Həbib üçün nə təhər bir Türkcə köftəsi bişiriəcək.