Təbriz sakini azərbaycanlı milli-mədəni fəal Əziz Purvəli təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istqamətə aparılıb.
Onun yaxalanarkən məmurlar tərəfindən döyüldüyü bildirilir.
Fəal, Təbriz-Məşhəd qatarında baş verən hadisədə ölənlərlə bağlı Dəmir yolu meydanında keçirilən şam yandırma mərasimində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Hökumət qüvvələri Dəmiryolu meydanına hücum edərək mərasimin keçirilməsinə mane olub, əhalini meydandan uzaqlaşdırıblar.
Əziz Purvəli bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və məhkəmənin uzunmüddətli həbs qərarı ilə üzləşib.