Dəyərli soydaşlar:

21 Azər Güney Azərbaycan dövlətçilik gününün ,71 -ci il dönümündə, ortadoğunun bugünku ağır və acı durumunu və özəlliklə ortadoğunun yeni jeopolitik gəlişmələrini nəzərə alaraq, Güney Azərbaycanın durumunu dəyərləndirmək və milli birliyimizi qorumaq üçün bir araya gəlməyə qərar verdik.

Ümüd edirik Güney Azərbaycan milli siyasi təşkilatlarının bir yerdə olmaları, fikir paylaşımı və iş birlikləri, Güney Azərbaycan Milli Azadlıq Hərəkətinin daha güclənməsinə səbəb olsun. Ayrıca, Fars şovinizmin çirkin siyasətlərinə qarşı və siyasi məhbuslarımızdan himayə etmək üçün toplantıdan öncə şəhərin mərkəzində aksiya keçırır, İranın qeyri insani siyasətlərini şiddətilə qınayırıq.

Yer:Göteborg, Tuve Kültür Huset

Çağ: cumartesi 17 dekabr saat 12dən 22 dək

Yaşasın Azərbaycan Türk Milləti

Güc Birlikdədir

2016-11-29

- Azərbaycan Demokratik Birliyi- BİRLİK

- Azərbaycan Öyrənci Hərəkəti- AZOH

- Dünya Azərbaycanlıları Konqresi- DAK

- Güney Azərbaycan Demokrat Partiyası- GADP

- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP

- Güney Azərbaycan Qurtuluş Partiyası- GAQP

- Güney Azərbaycan Sosyal Demokrat Partiyası

- Vahid Müstəqil Azərbaycan Cəbhəsi

1358456462 vayfdyvlafed