13 sentyabr İranın təşkilatçılığı ilə “Erməni olimpiyadası” adlı idman yarışları başlayıb. Yarışlarda İran, Ermənistan və Gürcüstan idmançıları iştirak edir.
İranın Ermənistanın şərəfinə təşkil etdiyi bu yarışlarda qondarma Dağlıq Qarabağ cümhuriyyətinin bayraqları diqqət çəkib.
Qondarma cümhuriyyət ayrıca ölkə olaraq təmsil edildiyi yarışda, “bayraq”ları dalğalandırılıb, idmançıları rəsmi keçid ediblər.
Yarışların açlışında İranın rəsmiləri,o cümlədən Həsən Ruhaninin etniklər üzrə danışmanı Əli Yunisi də iştirak edib. Yunisi, erməniləri, dolaysıyla qondarma cümhuriyyətin iştirakçılarını təbrik etdi.
Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirən İran yenə də Azərbaycan düşmanlığını ortaya qoydu.
Bu İranın Azərbaycana qarşı ilk belə xəyanətkar hərəkəti deyil.
Dünyada özünü müsəlman ölkəsi, müsəlmanların himayəçisi kimi göstərməyə çalışan İran, elə müsəlman ölkəsi olan Azərbaycanın yüzdə iyirmi torpaqlarını işğal edən, qız-gəlinin namusuna toxunan xristian ermənini hər zaman uluslararası arenada həm maddi, həm də mənəvi baxımdan dəstəkləyib və buna da davam etməkdədi.
İranın sonuncu hərəkəti isə, həm uluslararası qaydalara, həm də Azərbaycana qarşı xəyanətdi.