Sentyabrın 13-də 2-ci “Urmiyə məktəbi” Aşıq Musiqisi Festivalının bağlanış mərasimində, üç ustad aşığın sənət fəaliyyəti yüksək qiymətləndirilərək təqdir olunub.
Qərbi Azərbaycan İncənət Hövzəsi Musiqi Bölümünün rəisi Urmiyənin aşıq məktəbinin qorunub saxlanılmasının əhəmiyyətini xatırladaraq bildirib ki, aşıq musiqisi mədəni kimlik baxımından böyük əhəmiyyət daşıyır və bu mənada Azərbaycan diyarının kimlik vəsiqəsi hesab olunur. “İranda aşıq sənəti bir sıra problemlərlə üz-üzədir, lakin aşıq musiqisi mədəni baxımından böyük əhəmiyyət kəsb etdiyi üçün bu sahəyə xüsusi diqqət yetirilməlidir. Elə bu istiqamətdə son zamanlar müəyyən addımlar da atılıb. Həftəlik aşıq musiqisi konsretlərinin təşkil edilməsi, yeni istedadların kəşf edilməsi və “Qərbi Azərbaycan Aşıqları Ocağı”nın yaradılması bu sahənin inkişafı uğrunda yeni atılan addım kimi qiymətləndirilməlidir”- deyə Daryuş Əlizadə bildirib.
Festivalın bağlanış mərasimində “Urmiyə məktəbi”nin 3 qocaman ustad aşığı Yusif Ohanes, İsməli Lütfi və Məhəmməd Hüseyn Dehqanın 50 ildən çox davam edən aşıq sənəti fəaliyyətləri yüksək qiymətləndirilərək təqdir olunub.