AzoH: Öyrənçilik "Dəniz" dərgisinin yayımı Urmu bilimyurdunun "dərgi denədim qurulu"nun qərarı ilə yasaqlandı. Bu denədim qurulu, 2016.12.18 tarixində keçirdiyi oturumda dəniz dərgisini qapatmaya qərar verdi.

Urmu bilimyurdunun dərgi denədim(dərgilərə baxan) qurulu tərəfindən Dəniz dərgisinə göndərilən rəsmi məktubda, bu dərgi "Öncəki uyarılara aldırmamaq və etnik ayrımlarını körükləmək, milli birliyi zədələmək və latin əlifbasını qullanmaq kimi suçlarını yenələmək" ilə suçlanmışdır.

Dəniz dərgisinin sorumlu yönədicisi "Yasir Rəncbəri", dərginin qapadılmasını bilimyurdudışı və ilgisiz qurumların Urmu bilimyurdunun dərgi denədim qurulunu aşırı bir biçimdə etkiləyib yönətməsi dolayısıyla bu qurulunun bağımsız olmamasına bağlamış və dərginin qapadılması sürəcində uyğulanan qanunsuzluqları açıqlayacağını bildirmişdir. Ayrıca, Dəniz dərgisinin son sayısı Güney Azərbaycan Türklərinin fars soyçuluğuna qarşı 18 çayan(2015.11.09) ayaqlanmasının birinci ildönümünüə sunulmuşdur. Bu isə, bilimyurdunun(university'nin) dərgi denədim qurulunu daha da tədirgin etmişdir.

Artırmalıyıq, Dəniz dərgisi qabaqcadan 2016 ilinin qışından başlayaraq 6 ay boyunca yayım yasağına çarpdırılmışdı.

Urmu bilimyurdunun öyrənçilik Türkcə- Farsca Dəniz dərgisinin yayımlanma izni 2010.11.14 tarixində alınmışdır. Dəniz dərgisi bunca il toplum, uyğar, yazın, bilim və idman alanlarında ondörd(14)sayı yayımlayaraq Azərbaycan Öyrənçi Toplumunun ən adlım dərgilərindən birinə dönüşəbilmişdir.

 AzoH

photo 2016 12 26 21 28 29