Azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxi dekabrın 26-da həbs cəzasının yarısını çəkdikdən sonra şərti azadlığa buraxılıb.
O, oktyabrın 30-da 6 aylıq həbs hökmünün icrası üçün Təbrizin mərkəzi zindanına aparılmışdır.
Azərbaycanlı fəal 2001-ci il oktyabrın 12-də Urmu gölü etirazları zamanı Tehranın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, sonra Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinə intiqal edilmişdir. Fəal Təbrizin İnqilab Məhkəməsi tərəfindən sistemin əleyhinə təbliğ ittihamı ilə 6 ay azadlıqdan məhrum edilib.
Tehran sakini olan Behnam Şeyxi Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb.