İranda Nəşriyyata Nəzarət Komitəsinin qərarı ilə daha bir türk öyrənciləri dərgisinin fəaliyyətinə son qoyuldu.

Son məlumata görə, Urmiyə universitetində 2013-cü ilin sentyabr ayından nəşr olunan “Dəniz” dərgisi Nəşriyyata Nəzarət Komitəsinin qərarı ilə fəaliyyətini dayandırıb. Türk öyrənciləri dərgisinin “etnik məsələlərini qabartmaq”, “milli birliyi zəiflətmək” və “dərgidə latın əlifbasından istifadə etmək” kimi saxta ittihamlarla üzləşdiyi bildirilir.

Lisenziyası Ehsan Salmasinin adına olan “Dəniz” dərgisinin müdir-məsulu Yasir Rəncbəridir. Dərginin lisenziyası 14-cü sayını nəşr etdiyi bir vaxtda ləğv edilib.

Xatırladaq ki, son illərdə Azərbaycan türk millətinin milli kimliyi, mədəniyyəti və ədəbiyyatının canlandırılması uğrunda fəaliyyət göstərən öyrənci dərgi və qəzetlərinin böyük  əksəriyyəti rejim tərəfindən bağlanılıb. “Dəniz” dərgisinin lisenziyasının ləğv edilməsi də bu istiqamətdə atılan addımlardan biridir.

 report