Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentimndəki millət vəkili Nadir Qazipur 14-cü Urmiyə Kitab Sərgisinin açılış mərasiminə qatılıb. Mərasimdə çıxış edən millət vəkili növbəti dəfə Azərbaycan türk millətinin milli və demokratik hüquqlarından söz açıb.

İslam dininin kitab və təhsilə verdiyi əhəmiyyətə işarə edən millət vəkili insanları kitab oxumağa çağırıb. "İnsanlar bir-birinə gül vəya hansısa əşya hədiyyə etmək yerinə, onlar kitab hədiyyə etsinlər. Bu şəkildə cəmiyyətdə kitab oxumaq mədəniyyətini daha çox yaymaq mümkündür. Çap və nəşr işlərininin inkişafı üçün, kitab yazıçıları çapxanalara tam etimad etməlidilər"- deyə o bildirib.

Millət vəkili Urmiyənin etnik durumu və Azərbaycan türklərinin milli və demokratik hüquqlarına da toxunub. "Urmiyədə müxtəlif məzhəb nümayəndələri və etniklər yaşayır, lakin hamı bilməlidir ki, bura Azərbaycandır. Bu bölgə 8 illik müharibədə bir santimetr belə torpaq itirmədi."- deyə xatırladıb.

N.Qazipur sözlərinin davamında Azərbaycan ictimaiyyətinin ümumi tələblərindən birini xüsusi olaraq önə çəkib. "Həqiqət budur ki, əhali öz dilini istəyir, biz də ölkə Konstitusiyasının (Anayasa) 15-ci maddəsinin icrasına çalışırıq və bu istiqamətdə İslami İrşad və Mədəniyyət İdarəsindən yardım gözləyirik"- deyə millət vəkili vurğulayıb.

Xatırladaq ki, Güney Azərbaycanda Milli Hərəkat gücləndikcə, bir sıra rəsmi şəxslər də sosial tələbləri vaxtaşırı dilə gətirir. Urmiyənin İran parlamentidəki millət vəkili N.Qazipur azərbaycanlıların ana dildə təhsil hüququ, Urmu gölü böhranı və bölgənin ağır iqtisadi vəziyyətini tez-tez gündəmə gətirən millət vəkillərindən biridir.

 Azerbaijan