Şərqi Azərbaycanın Məlikan (Məlikkəndi) şəhərində azərbaycanlı milli-mədəni fəal Səccad Əfruziyan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlanılıb.
Yanvarın 15-də yaxalanan fəalın harada saxlanıldığı və tutulma səbəbi hələlik məlum deyil.
S.Əfruziyan 2015-ci il noyabrın 12-də Məlikanda irqçiliyə qarşı keçirilən kütləvi etirazlardan sonra qardaşı Fərdin Əfruziyanla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Təbrizin ETTELAAT Şöbəsinə intiqal edilib. Onlar 40 gün saxlandıqdan sona mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.