Azərbaycanlı milli-mədəni fəal Səccad Əfruziyan bazar günü Marağa zindanından azadlığa buraxılıb. 

  

Mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılan məlikanlı fəal yanvarın 29-da günortadan sonra həbsxanadan azad edilib.

S.Əfruziyan yanvarın 15-də ETTELAAT əməkdaşları tərəfindən döyülərək öz evində yaxalanıb. Fəalı yaxalamaq məqsədi ilə evə hücum edən məmurlar onun ailə üzvləri, o cümlədən anasına qarşı kobud rəftarlara yol veriblər. Fəal bu vəziyyətə etiraz olaraq saxlandığı gündən etiraz aksiyasına başlayıb, o yanvarın 22-də digər azərbaycanlı fəal Mehdi Kuxiyanla birlikdə Təbriz Sepah (İslam İnqilabı Keşikçilər Korpuru) Şöbəsinin Təhlükəsizlik Bölümünün təcridxanasından Marağa zindanına köçürüldükdən sonra aclıq aksiyasına son qoyub.

S.Əfruziyan 2015-ci il noyabrın 12-də Məlikanda irqçiliyə qarşı keçirilən kütləvi etirazlardan sonra qardaşı Fərdin Əfruziyanla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Təbrizin ETTELAAT Şöbəsinə intiqal edilib. Onlar 40 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

 Azerbaijan