Təbriz millət vəkili Əhməd Əlirza Beygi iki ay öncə Təbriz-Məşhəd qatarının uğradığı qəza, habelə 10 gün öncə Tehranda baş verən yanğın olayına işarə edərək, İran hökümətinin iki acı olaya göstərdiyi diqqətdə ikili standart olduğunu sərgilədiyini qeyd edib.

Keçən il noyabr ayının 25-də Təbrizdən Məşhədə gedən qatarın uğradığı qəzada təqribən 50 sərnişin həlak olub. Yanvarın 19-da Tehrandan 17 mərtəbəli Plasco binasının çökməsi və çıxan yanğın olayı isə yanğınsöndürənlər daxil olmaqla təqribən 20 nəfərin ölümü ilə nəticələnib.

Şərqi Azərbaycan vilayətinin sabiq valisi Əlirza Beyginin dediklərinə görə, hökümət Tehranda baş verən olaydan sonra ölkədə rəsmi matəm elan edib və araşdırma üçün milli komitə təşkil edib. Amma, qatar qəzası ilə əlaqədar bunları etməyib.

Hökümət bu iki acı olayla bağlı fərqli davranış sərgilədi. Azərbaycan əhalisi bu ikili standart siyasətini unutmayacaq,” Əhməd Əlirza Beyginin sözləri Fars xəbər agentliyi tərəfindən qeyd edilib.

 Azerbaijan