Dünya ictimaiyəti və uluslar arası insan haqlarını müdafiə edən təşkilatlara xitab !

İran rejimi keçən 38 il içində dəfələrcə subut edibdir ona olan qarşı siyasi fəaliyətlərə yalnız bir cavabı vardır; milli-ictimai hərəkətlər nə olur olsun susdurulmalı, siyasi fəallar tutuqlanır ağır cəzalara məhküm olmalı, gərəkirsə işkəncə olur öldürülməlidirlər.

İran rejimi bir hala gəlir çatıbdır siyasi fəallar dünya insan haqları bəyanatında dərc olan yasaları yox, İranın öz qanunlarında nəzərə alınmış haqları bilə qullandıqda İranın "təhlükəsizliyi" təhlükəyə düşür! Və beləliklə rejimin əsarətində yaşayan bütün insanlar çox rahatlıqla çox ağır cəzalara məhküm olurlar.

Son zamanlar açıqlanmış hökm əsasında, siyasi fəaliyətlə məşğul olan Azərbaycanlı tanınmış milli fəal ­Siyamək MİRZAYİ- 10 il həbs və 2 il sürgünlük cəzasına məhküm olmuşdur. Verilən cəza, nəzərə alınan suç və yazılan məhkəmə qərarı oqədər gülünc və saxta senariyodur ki sankı İran rejimi Siyamək MİRZAYİ-yə verilən bu ağır hükmlə birdaha insan haqlarına nəqədər laqeyd olmasını vurğulamaq istəmişdir.

İran islam cümhuriyəti Güney Azərbaycan siyasi fəallarını uzun müddət azadlıqdan məhrum etməklə, Güney Azərbaycan azadlıq mücadiləsini kadr baxımından yoxsunlatmaq istəyir. Biz Güney Azərbaycanın qabiliyyətli gənclərini zindanlarda çürüdmək siyasətini bir rasisti-müstəmləkəçi siyasət kimi qimətlnədirir, bu çirkın qeyri insani siyasəti məhküm edirik.

Biz Azərbaycan siyasi təşkilatları bu ağır həbs cəzalarını şiddətlə qınayır, tutsaq milli fəalların qeyd şərtsiz azadlığını tələb edirik. Siyamək MİRZAYİ-yə verilən hükm dərhal ləğv edilməli, bu milli fəalı işkəncə edib tutsaq saxlayanlar cəzalandırılmalıdırlar.

Yaşasın Güney Azərbaycan azadlıq hərəkatı

 - Azərbaycan Demokratik Birliyi- BİRLİK

- Azərbaycan Öyrənci Hərəkəti- AZOH

- Dünya Azərbaycanlıları Konqresi- DAK

- Güney Azərbaycan Demokrat Partiyası- GADP

- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP

- Güney Azərbaycan Sosyal Demokrat Partiyası

- Vahid Müstəqil Azərbaycan Cəbhəsi

  03-02-2017

 1358456462 vayfdyvlafed