Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Embleminin Qəbuluna Daair Bəyanatı
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası bu bəyanatla Şuranın rəsmi emblemini qəbul etdiyini elan edir.
Qəbul edilən emblem, Şuranın ideoloji və mədəni kimliyini, eləcə də Azərbaycan Türk Millətinin tarixi və milli dəyərlərini özündə toplayır.
Emblemin bütövlüyü Azərbaycan xalça sənətinə xas olan “ilmək” simvolundan ilhamlanmışdır. “İlmək” — birliyi, həmrəyliyi və bir-birinə bağlı olmağı simvolizə edir. Şəklin mərkəzində yerləşən qırmızı xətlər məhz bu “ilmək” simvolunu təcəssüm etdirir.
Emblemin ortasındakı dairə Şuranın birliyinin və ortaq qərar masasının rəmzidir. Bu masa, üzv təşkilatların bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında bir araya gəldiyi platformanı ifadə edir.
Masanı və ilməyi əhatə edən qırmızı və mavi xətlər, səkkizguşəli ulduz formasında tərtib olunmuşdur. Bu forma həm Azərbaycan bayrağının rəmzi olan ulduzu, həm də millətin bir arada olma iradəsini təmsil edir.
Emblemdəki qırmızı, yaşıl və göy rənglər, Azərbaycan bayrağının rənglərini və onların daşıdığı mənəvi dəyərləri əks etdirir:
• göy — Türklüyü,
• Qırmızı — azadlıq və müasirliyi,
• Yaşıl — Azərbaycan Türklülyünün inanc və mənəvi kökləri simvolizə edir.
Bu emblem, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının milli kimlik, birlik və gələcəyə inam prinsiplərinə sadiqliyinin vizual ifadəsidir.
“Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası - GATƏŞ”
1. Azərbaycan Demokrat Firqəsi – ADF
2. Azərbaycan Mərkəz Partiyası – AMP
3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH
5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
6. Güney Azərbaycan Demokrat Partiyası – GADP
7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
8. Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP
10/10/2025
گۆنئی آزربایجان تشکیلاتلارؽنین امکداشلؽق شۇراسینین آمبلئمینین قبۇلونا دایر بَیاناتؽ
گونئی آزربایجان تشکیلاتلارؽنین امکداشلؽق شۇراسی بۇ بَیاناتلا شۇرانین رسمی آمبلئمینین قبۇل ائتدیگینی اعلان ائدیر.
قبۇل ائدیلن آمبلئم، شۇرانین ایدئوْلوژی و مدنی کیملیگینی، ائلهجهده آزربایجان تۆرک میلتینین تاریخی و میللی دگرلرینی اؤزونده توپلاییر.
آمبلئمین بۆتوولوگو آزربایجان خالچا صنعتینه خاص اوْلان «ایلمک» سیمووْلوندان ایلهاملانمؽشدیر. «ایلمک» — بیرلیگی، همرأیلیگی و بیر-بیرینه باغلؽ اوْلماغی سیمووْلیزه ائدیر. شکلین مرکزینده یئرلشن قؽرمیزی خطلر محض بۇ «ایلمک» سیمووْلونو تجسۆم ائتدیریر.
آمبلئمین اوْرتاسینداکی دایره شۇرانین، بیرلیگین و اوْرتاق قرار ماساسؽنین رمزیدیر. بۇ ماسا، عۆضو تشکیلاتلارؽن برابرلیک و قارشؽلیقلی حؤرمت پرینسیپلری اساسؽندا بیر آرایا گلدیگی پلاتفوْرمانی ایفاده ائدیر.
ماسانؽ و ایلمهگی احاطه ائدن قؽرمیزی و ماوی خطلر، سککیز بوجاقلی اۇلدوز فوْرماسیندا ترتیب اوْلونموشدور. بۇ فوْرما هم آزربایجان بایراغؽنین رمزی اوْلان اۇلدوزو، همده میلتین بیر آرادا اوْلما ایرادهسینی تمثیل ائدیر.
آمبلئمدهکی قؽرمیزی، یاشؽل و گؤی رنگلر، آزربایجان بایراغؽنین رنگلرینی و اوْنلارین داشؽدیغی معنوی دَگرلری عکس ائتدیریر:
• گؤی — تۆرکلوگو،
• قؽرمیزی — آزادلؽق و مۆعاصیرلیگی،
• یاشیل — آزربایجان تۆرکلوگونون اینانج و معنوی کؤکلرینی سیمووْلیزه ائدیر.
بۇ آمبلم، گۆنئی آزربایجان تشکیلاتلارؽنین امکداشلؽق شۇراسینین میللی کیملیک، بیرلیک و گلجهگه اینام پرینسیپلرینه صادیقلیگینین گؤرسل ایفادهسیدیر.
«گۆنئی آزربایجان تشکیلاتلارؽنین امکداشلؽق شۇراسی»
۱. آزربایجان دئموْکرات فیرقهسی - آدف
۲. آزربایجان مرکز پارتیاسؽ - آمپ
۳. آزربایجان میللی دیرنیش تشکیلاتؽ - دیرنیش
۴. آزربایجان اؤیرنجی حرکاتؽ - آزوح
۵. گۆنئی آزربایجان جۆمهوریت پارتیاسؽ - آجپ
۶. گۆنئی آزربایجان دئموْکرات پارتیاسؽ - گآدپ
۷. گۆنئی آزربایجان ایستیقلال پارتیاسؽ - گآیپ
۸. گۆنئی آزربایجان میللی دؤلت آلیانسؽ- مدا
۹. گۆنئی آزربایجان قۇرتولوش پارتیاسؽ - گآقپ

