دیرلی یولداش، میللی فعال عبدالعزیز بی عظیمی قدیم

بیر آی دیر، اؤزونوز و باشقا یولداشلارا یؤنلمیش حاقسیزلیغا قارشی و یوکله نه جک آغیر جزالاندیرما قرارینی اؤنگؤره رک، آجلیق ائیلمینده سیز. آجلیق ائیلمی بیر توتساق موباریزین ال آتابیله جه یی سونونجو سیلاح دیر. بو سیلاح یاسال یوللارین باغلاندیغی دورومدا قوللانیلار، آنجاق نه یازیق کی بو یوللارین باغلاندیغی بری باشدان بللی اولدوغو اوچون، بو ائیلمی سئچدینیز. ذاتن آذربایجان میللی حرکتی نین مدنی موباریزه نی سئچمه سی ده یاسال یوللارین باغلاندیغینداندیر. آجلیق اعتصابی دا مدنی موباریزه نین تاکتیک لریندن بیری دیر. آنجاق بو موباریزه تاکتیکینده، حاکیم قووه نین حاققا بویون اییب، عدالتلی قرار وئرمه سی اومولمور، هدف حاق سسیمیزی و ظولمه اوغرامامیزی خالقیمیزا و دونیایا چاتدیرماقدیر.

دیرلی یولداش، بیر آی دیر آیله نیز و بوتون سیزی سئونلر قایغی ایچینده دیر. سیز میللی وارلیقلاریمیزی قوروماق اوغروندا، ایللر بویو چالیشمیشسیز، آرتیق اؤزونوزده میللی وارلیقلاریمیزدانسیز، اونا گؤره ده بیزلر کئچمیش سیاسی محبوسلار و سیاسی محبوسلارین آیله لری اولاراق سیزه قارشی اویقولانان ظولمه اعتراض ائتمکله یاناشی سیزی قوروماغی دا دوشونوروک. بونونلادا سیزدن آجلیق آکسییانیزا سون وئرمه یینیزی ایسته ییریک. بو قرار سیزینله و سیزه دستک آماجی ایله اعتصابا قوشولموش اولان طاهر نقوی، آیاز سیف خواه، حسین پیری، کریم اسماعیل زاده، سالار طاهرافشار و میلاد جلیلی کیمی یولداشلاریمیزی دا البتته سئویندیره جک. سیزی بو میللت اونوتمایاجاق و بیز کسین قازاناجاییق.

لطیف حسنی

ارسلان مردانی

حسن راشدی

جلال کودریلو

عقیل آذردخت

داوود عظیم زاده

جاواد سودبر

حسین خدایی

بهمن نصیرزاده

شهین اختیاری

سیما علیپور

خدیجه هژبری قشونی توران

صادق فیض اله نژاد

علی بابایی

حامد یگانه پور

رحیم غلامی

علی شادی

داوود شیری

ناصر رزمجو

ابراهیم آسمانی آذراوغلو

علیرضا پورحسن اوختای

مرتضی نورمحمدی

مختار ابراهینی آرتان

آراز ابراهیم نژاد

یونس سلیمانی آراز

وحید ابهری توران

مهرداد قادری

ابراهیم عوض پور

محمدرضا موحد

ایوب شیری

بهمن سعادتی وردین

صمد حسن پور

حسین امانی نادارلی

شاهین برزگر

ییلماز مهرعلی بیلی

سالار طاهرافشار

طیب ابراهیم زاده

محسن حسین زاده

احمد نظری

میلاد جلیلی ایلشن

رحیم علی رضایی

علی رادمنش ایشیقلی

محمد زوار

سعید چلبیانی

بهنام نورمحمدی

محمدرضا امانی

اکبر ابولزاده

علیرضا اسدپور

امیرحسین آقایی

حسین اسماعیلی

احمد یاوری

جاوید نظمی

احمد آقایی قاراچورلو

هادی اقدسی

بهزاد خدابنده لو

یوروش مهرعلی بیلی

 

 

Siyasi məhbus Əbdüləziz Əzimi Qədimin aclıq aksiyasına son vermək istəyi

Azərbaycan milli hərəkatının fəallari siyasi məhbus Əbdül Əzimi Qədimin aclıq aksiyasına son vermək istəyiblərBir aydır ki, özünüzə və başqa yoldaşlarınıza yönəlmiş haqsızlığa qarşı və yüklənəcək ağır cəzalandırma qərarını ön görərək aclıq aksiyasındasınız.Aclıq aksiyası, bir məhbusun mübarizə aparmaq üçün əl atacağı sonuncu silahdır. Bu silah, yasal yolların bağlandığı durumda istifadə edilir. Təəssüf ki, bu yolların bağlandığı bəri başdan məlum olduğu üçün bu aksiyanı seçdiniz.Azərbaycan milli hərəkatının mədəni mübarizəni seçməsi də yasal yolların bağlandığındandır. Aclıq aksiyası da mədəni mübarizənin taktikalarından biridir. Ancaq bu mübarizə taktikasında hakim qüvvənin haqqa boyun əyib ədalətli qərar verməsi umulmur. Hədəf, haqq səsimizi və zülmə uğramamızı xalqımıza və dünyaya çatdırmaqdır.Dəyərli yoldaş, bir aydır ailəniz və bütün sizi sevənlər qayğı içindədir. Siz milli varlıqlarımızı qorumaq uğrunda illər boyu çalışmışsınız və artıq özünüz də milli varlıqlarımızdansınız. Ona görə də biz keçmiş siyasi məhbuslar və siyasi məhbusların ailələri olaraq sizə qarşı tətbiq edilən zülmə etiraz etməklə yanaşı, sizi qorumağı da düşünürük.Bununla da sizdən aclıq aksiyanıza son verməyinizi istəyirik. Bu qərar sizinlə və sizə dəstək amacı ilə aclığa qoşulmuş olan Tahir nəqəvi, Ayaz seyfxah, Hüseyn piri, Kərim ismayılzadə, Salar taher əfşar və Milad cəlili kimi yoldaşlarımızı da əlbəttə sevindirəcək. Sizi bu millət unutmayacaq və biz qəti olaraq qazanacağıq.

Lətif Həsənli

Ərsəlan Mərdani

Həsən Raşidi

Cəlal kudərilu

Əqil Azərdəxt

Davud Əzimzadə

Cavad Sudbər

Hüseyin Xudayi

Bəhmən Nəsirzadə

Şəhin İxtiyari

Sima Əlipur

Xədicə Həjbəri Quşuni Turan

Sadiq Feyzullahzadə

Əli Babayi

Hamed Yeganəpur

Rəhim Qulami

Əli Şadi

Davud Şiri

Nasir Rəzmcu

İbrahim Asimani Azəroğlu

Əlirza Purhəsən oxtay

Mürtəza Nurməhəmmədi

Muxtar İbrahimi Artan

Araz İbrahimnejad

Yunis Süleymani Araz

Vəhid Əbhəri Turan

Mehrdad Qaderi

İbrahim Əvəzpur

Məhəmmədrza Müvəhhed

Əyyub Şiri

Bəhmən Səadəti Verdin

Səməd Həsənpur

Hüseyin Əmani Nadarlı

Şahin Bərzigər

Yılmaz Mehrəlibəyli

Salar Tahir Əfşar

Teyyib İbrahimzadə

Mohsen Hüseyinzadə

Əhməd Nəzəri

Milad Cəlili (İlşən)

Rəhim Əli Rizayi

Əli Radməneş İşiqlı

Məhəmməd Zəvvar

Səid Çələbiani

Behnam Nurməhəmmədi

Məhəmmədrza Əmani

Əkbər Əbulzadə

Əlirza Əsədpur

Əmir Hüseyin Ağayi

Hüseyin İsmaili

Əhməd Yavəri

Cavid Nəzmi

Əhməd Ağayi Qaraçorlu

Hadi Əqdəsi

Behzad Xudabəndəlu

Yürüş Mehrəlibəyli