AZOH-un 8 martla bağlı bəyanatı
Qadın yalnız zahiri görünüşü ilə qiymətləndiriləcək bir varlıq deyil! O, ağlı, düşüncəsi, iradəsi və əzmi ilə həyatın, cəmiyyətin və inkişafın ayrılmaz hissəsidir. Qadının dəyəri saçının uzunluğu ilə deyil, biliyi, bacarığı və fədakarlığı ilə ölçülməlidir.
Cəmiyyətimizdə qadınlara qarşı köhnə, yanlış düşüncələrə son qoyulmalıdır! Qadın zəif deyil, qadın ikinci planda deyil! O, bərabər hüquqlara malik bir fərd, bir ana, bir alim, bir liderdir. Onun səsini boğmaq, seçimlərini məhdudlaşdırmaq, potensialını görməzlikdən gəlmək təkcə qadınlara yox, bütövlükdə cəmiyyətin gələcəyinə zərbə vurmaqdır.
Unutmayaq ki, qadın var olduqca həyat gözəlləşir, cəmiyyət güclənir!
"Bir qadın oyanırsa, bir millət oyanır."