چاپ

 

دولت‌ فارس‌محور جمهوری اسلامی ایران که بر پایه‌ی خشونت بنا شده است، هر روز بیش از پیش با اعمال زور و سرکوب تلاش می‌کند مخالفان خود را خاموش کند. در سال‌های اخیر نارضایتی از رژیم ایران به‌طور جدی افزایش یافته و همچنان رو به گسترش است.

به‌ویژه، خیزش‌ها و همبستگی‌های ملی ملت‌ها و جوامع غیرفارس به تهدیدی بزرگ برای رژیم اسلامی ایران تبدیل شده است.

رژیم ایران که ثروت‌ها و دارایی‌های تمام ملت‌های غیرفارس را غارت کرده و در منطقه و جهان بذر ترور و بی‌ثباتی می‌پراکند، حتی قادر نیست نیازهای روزمره ملت‌های تحت ستم خود، همچون آب و برق را تأمین کند. این رژیم از بیم اعتراض‌های عمومی، با هدف ایجاد فضای رعب و وحشت در جامعه، به مجازات‌های سنگین و اعدام‌های گسترده روی آورده تا مانع از شکل‌گیری هرگونه اعتراض شود.

بر اساس گزارش سازمان ملل متحد، رژیم ایران تنها در ۹ ماه گذشته بیش از ۱۰۰۰ نفر را اعدام کرده است. در هفته‌های اخیر نیز این آمار افزایش یافته و به‌طور میانگین روزانه ۹ نفر با طناب دار به قتل می‌رسند.

شورای همکاری سازمان ‌های آزربایجان جنوبی قاطعانه با مجازات اعدام مخالف کرده و هرگونه اعدام را جنایت علیه بشریت می‌داند. این شورا به‌ویژه اعدام‌های بی‌اساس فعالین ملت‌های غیرفارس را که تحت ستم رژیم جمهوری اسلامی ایران و بر پایه‌ی اتهامات ساختگی انجام می‌شود، با شدیدترین لحن محکوم می‌کند.

شورای همکاری سازمان ‌های آزربایجان جنوبی تلاش‌های رژیم جمهوری اسلامی ایران را در جهت ساکت کردن فعالان ملی آذربایجان جنوبی با اتهامات دروغین از جمله «جاسوسی» به‌شدت محکوم کرده و ملت قهرمانمان را فرامی‌خواند تا فریب این پرونده‌سازی‌ها را نخورده و از فرزندان خود دفاع کنند.

این شورا از فعالان ملی دربند که در اعتراض به این اتهامات ساختگی دست به اعتصاب غذا زده‌اند حمایت می‌کند و رژیم فارس‌محور ایران را مسئول حفظ سلامت آنان می‌داند و در عین حال هشدار می‌دهد.

شورای همکاری سازمان ‌های آزربایجان جنوبی تمامی کشورهای دموکراتیک، سازمان‌های بین‌المللی و نهادهای حقوق بشری را فرا می‌خواند تا برای توقف فوری اعدام‌ها و آزادی بی‌قید و شرط همه‌ی زندانیان سیاسی، بر رژیم تروریستی ایران فشار وارد کنند.

شورای همکاری سازمان ‌های آزربایجان جنوبی تأکید می‌کند که در کشور کنونی ایران صلح و ثبات تنها زمانی امکان‌پذیر است که ملت‌های ساکن در این جغرافیا بتوانند آزادانه بر سرنوشت خود حاکم باشند.

«شورای همکاری سازمان‌های آزربایجان جنوبی»

1تشکیلات مقاومت ملی آزربایجان   Dirəniş

2جنبش دانشجویی آزربایجان  AZOH

3حزب استقلال آزربایجان جنوبی GAİP

4حزب جمهوری آزربایجان جنوبی ACP

5حزب دموکرات آزربایجان جنوبی GADP

6حزب رهایی بخش آزربایجان جنوبی   GAQP

7حزب مرکزی آزربایجان  AMP

8اتحادیه دولت‌گرایی ملی آزربایجان جنوبی MDA

9-  فرقه دموکرات آزربایجان  ADF

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq

Zorakılıq üzərində qurulmuş İranın fars mərkəzli dövlətçiliyi getdikcə daha da şiddət tətbiq edərək müxaliflərini susdurmağa çalışır.

Son illərdə İran rejiminə qarşı narazılıq ciddi şəkildə artmış və artmaqdadır.

Xüsusilə də qeyri-fars millət və toplumların milli ayaqlanma və dayanışması İran İslam rejimi üçün ciddi təhdidə çevrilmişdir.

Fars olmayan millətlərin bütün varlıqlarını talayan, bölgə və dünyada terror və sabitsizlik yaradan İran rejimi, öz basqısı altında yaşayan millətlərin su və işıq kimi gündəlik ehtiyaclarını təmin edə bilmədiyi üçün, ümumi etirazlarla qarşılaşacağından qorxaraq, cəmiyyətdə qorxu yaratmaq məqsədilə ağır cəzalar tətbiq edərək mümkün etirazların qarşısını almağa çalışır.

BMT-nin hesabatına əsasən, İran rejimi son 9 ay ərzində 1000-dən artıq insanı qətlə yetirmişdir.

Son həftələrdə isə bu rəqəm daha da artmış, hər gün orta hesabla 9 nəfər asılaraq edam edilmişdir.

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) edam cəzasına qəti şəkildə qarşıdır və hər növ edamı insanlıq əleyhinə bir cinayət kimi məhkum edir.

Xüsusilə də İran İslam Cümhuriyyəti rejimini zülmü altında yaşamağa məhkum edilmiş qeyri-fars millətlərin əsassız ittihamlarla həyata keçirilən edamlarını şiddətlə qınayır.

GATƏŞ, İran İslam Cümhuriyyəti rejiminin əsassız “casusluq” ittihamları ilə Güney Azərbaycan milli fəallarını ağır şəkildə cəzalandıraraq susdurmaq cəhdlərini pisləyir və qəhrəman millətimizi bu saxta sənədlərə inanmayaraq övladlarını müdafiə etməyə çağırır.

GATƏŞ, saxta ittihamlara etiraz olaraq aclıq aksiyası keçirən məhbus milli fəalları dəstəkləyir və İran fars rejimini bu məhbusların sağlamlığından məsul tutur, eyni zamanda xəbərdarlıq edir.

GATƏŞ bütün demokratik ölkələri, beynəlxalq təşkilatları və insan haqları mərkəzlərini edamların dayandırılması və bütün siyasi məhbusların qeyd-şərtsiz azad buraxılması üçün İran terror rejiminə təzyiq göstərməyə çağırır.

GATƏŞ bəyan edir ki, İran adlanan ölkədə barış və sabitlik yalnız bu coğrafiyada yaşayan millətlərin öz talelərini azad iradə ilə müəyyən etməsi nəticəsində mümkündür.

“Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası – GATƏŞ”

1. Azərbaycan Demokrat Firqəsi – ADF

2. Azərbaycan Mərkəz Partiyası – AMP

3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş

4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH

5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP

6. Güney Azərbaycan Demokrat Partiyası – GADP

7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

8. Güney Azərbaycan Milli Dövlət Alyansı – MDA

9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP