ایراندا گِئدن ایشلره دونیا قالاجاق مات
اینگیلتَره یوخ روسیا یوخ آمریکا قات قات
فتنه یارادان مولا بو گون بمب لا مشغول
او پاتلایاجاق بویله کی مولا قالاخاق مات
تحدید اولونور یئر کُره سی سانجه ایچینده
اُوُ دوغسا بلا , وئرسه الو دین قالاجاق مات
ایران دئیلن یئرده بو گون فاجعه دوغولموش
کیفیت اوُلوُر بو یاسا ملت قالاجاق مات
بانک سیستمی اِفلیج , دَیَرین پول پارا ِایتیرمیش
دردین نَدَنین دن دولای , خالق اولاجاق مات
بودجه نئ بوُلوُب , چَکدی اِشیه مین آقازاده
ملت بونا حیران و ضیالی قالاجاق مات
بیر چوخلاری قئلپاچ اولاجاق چوخلاری پنچر
شاه شاه دیهَ او شیخ ولایت قالاخاق مات
هئچ ظن ایلمه اوُنده کی ایل , دینج بیر ایلدیر
بو کسگین اسن یئل دییر , توفان اولاجاق مات
جنتی اوُلوُر, تئغلئیاجاق یزدی جماعت
خام خاتمی ایله خاملامئش او خام قالاجاق مات
دَجالده شئوب اوغلو , او دَجالجا سُئوُلنسه
رسوای اولاجاق شانسه یوخ ایمش اولاجاق مات
اِلیته آد ایله اوروپایا جاسوس اولانلار
عملده فاشیست سوزده ضیالی الاجاق مات
فاشیزم چالئشئر دنیادا بیر لوُبّی قازانسئن
کئچدی او زامان امکانئ یوخدو قالاجاق مات
توپلومدا اولان اَنگلی چوزموشدو دمکرات
کهنه کمونیست اوُلمَسده بیل قالاجاق مات
حجّتدی بو, آایت دی بو , اولّاه ایله اوُزما
اسلامه خیانت اِدرک اوفف قالاجاق مات
چوخ اولکلره شاه کیمی ! پرزیدنت سئچئلنلر
بیر شاه کمی تاخدان یئخئلئب تام قالاجاق مات
عصریمیزه عاید اولونان حوُرّ سئچیملر
کیم ایسه بَیَنمز اونو او آن قالاجاق مات
اونلار کی بیزیم ملّتی قئسناده که تئز گل
یاشئلا قارئش یوخسا پای اولماز قالاجاق مات
اونلار کی بیزیم ملتین آغلئنا گولوردو
ایندی گولور اوزآغلئنا چون کی اولاجاق مات
کور ناسیونالیست آد گویان , پان ترک دینلر
تاپماز علاجی دردینه , تز, گئج , اولاجاق مات
یالنئشجا دیاقنوز وئریب , تحدید ِادَنلر
باتلاقدا قالئب چئرپئناجاق یا قالاجاق مات
فاشیزم قوخویور, دیکسینرم بو حرکتدن
تفریط ایله افراط اولاراق مات قالاجاق مات
من خوش خبر ایدیم , عجبا بو خبریم پیس
چاش باش دوشرک جاهل و نادان اولاجاق مات
اولسامدا اگر بد خبر ! بیر خوش خبریم وار
ای ملّتمیز مانیاک , مانقورت اولاجاق مات
خوش نیت ایله اوُز چئور سن خالقا اشیلباخ
قوتسالئق اودار چون کی قارامسال اولاجاق مات
12/1/2010 اشیلباخ
Yarı Hənək - yarı dəyənək
olacaq mat
İranda geden işlərə dünya qalacaq mat
ingiltərə yox , rusiya yox , amerika qat-qat
fitnə yaradan mulla bu gün bombla məşğul
bu patlayacaq büylə ki mulla qalacaq mat
təhdid olunan yer kurəsi , sancı içində
o doğsa alov , versə bəla , din qalacaq mat
iran deyilən yerdə bu gün faceə doğulmuş
keyfiyət ölür , bu yasa millət qalacaq mat
bank sistimi iflic , dəyərin pul , para itirmişt
dərdin nədənindən dolayi , xalq olacaq mat
bodcanı bölüb , çəkdi eşiyə min ağazadə
millət buna heyran və ziyali qalacaq mat
bir çoxları qılpaç olacaq , çoxları pənçər
Şah-Şah deyə o Şeyxıvilayət qalacaq mat
heç zənn eləmə öndə ki il , dinc bir ildir
bu kəsgin əsən yel diyir , tufan olacaq mat
Cənnəti ölür , tığlayacaq Yəzdi cəmaət
xam Xatəmilə xamlamış o , xam qalacaq mat
dəccaldı şəub-oğlu , belə dəllalca sülənsə
rusvay olacaq , şansı yoximiş qalacaq mat
elitə ad ilə Avropaya , casus olan şəxs
əməldə faşist , sözdə ziyalı qalacaq mat
faşizim çalışır dünyada bir lobbi qazansın
keçdi o zaman imkanı yoxdu qalacaq mat
toplumda olan əngəli çözmüşdi demokrat
köhnə komunist ölməsədə , bil qalacaq mat
höccətdi bu , ayətdi bu , ullah ilə ozma
İslama xəyanət edərək , ufff qalacaq mat
çox ölkələrə şah kimi , prezident seçilənlər
bir şah kimi taxdan yıxılıb tam qalacaq mat
əsrimizə aiyit olunan hurr seçimlər
kim isə bəyənməz onu o an qalacaq mat
onlar ki bizim milləti qısnadı ki tez gəl
yaşıla qarış yoxsa pay olmaz , qalacaq mat
onlar ki bizim millətin ağlına gülürdü
indi gülür öz halına çün ki olacaq mat
kor-nasyonalist ad qoyan , pan-türk deyənlər
tapmaz əlacı dərdinə , tez , gec olacaq mat
yalnışca diaqnoz verib , təhdid edən bəy
batlaqda qalıb çırpınacaq ya olacaq mat
faşizim qoxuyur ! diksinirəm bu hərəkətdən
təfrit ilə ifrat olaraq , mat qalacaq mat
mən xoşxəbər-idim əcəba bu xəbərim pis
çaş-baş düşərək cahil , nadan olacaq mat
olsamda əgər bəd-xəbər bir xoş xəbərim var
ey millətimiz ! manyaq-manqurt olacaq mat
xoş niyyət ilə üz çevir sən , xalqa Eşilbax
qutsallıq udar , çünki qaramsal olacaq mat
Eşilbax 12.1.2010