Məməd bəy Azadgərə Cavab ( 1 )
ƏHMƏD URMUOĞLU
Bu yazı Məmməd bəy Azadgərin "İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" məqaləsinə bir cəvab olsada, əsasda milli hərəkatımızı irqçılıqda ittiham edib pantürkizm damğası vuranlara qarşı bir cavabdır.
Məmməd bəyin yazısı olduqca uzun və bir çox Azərbaycanın gündəmdə olan məsələləri, eləcə də bir çox tarixi məsələlər və bəzi qonuları öz içinə aldığı üçün bu yazıda onların hamısına cavab vermək zorunda qaldım.
Bu səbəbdən də onun toxunduğu bütün məsələlər və məqamlara cəvab verdiyimdə onların hər birisi bir məqalənin mövzusu olub və buda yazının uzun olmasına nədən olmuşdur.
Bunun üçün də bütün dəyərli milli fəallardan və əziz oxuculardan üzr istəyib ilk öncə yazının girişini hüzurunuza sunuram.
GİRİŞ (Birinci bölüm)
Keçdiyimiz günlərdə Məmməd bəy Azadgər,in "İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" başlıqlı fars dilində yazdığı bir məqalə İranglobal və bir neçə fars sitələrində yayınlandı.
Bu məqalə sözdə Mehran bəy Baharlının "Afrin əməliyyatı və solçu iranlı Türklər və paniranist azərbaycançıların terorçuluq xuy və xəyanətpərvərliyi" başlıqlı yazısına bir cavab olsada, əslində bu gün Güney Azərbaycanda Türk millətinin fars faşizmi və onun bu günki xələf təmsilçisi olan cinayətkar İran İslam dövlətinin müstəmləkəçilik siyasətinə qarşı apardığı mücadiləsini hədəf alaraq, təxribatçılıq amacıyla yazılmış bir yazıdır.
Məmməd bəy Azadgər Məşrutə, Xiyababi, 21Azər hərəkatı, Pişəvəri, Azərbaycan Demokrat Firqəsi, kürdlər, dini azlıqlar və İran solçularıyla bağlı Mehran bəy Baharlını saxtakarlıq, yalan, töhmət, çomur atma və qara yaxmalarda, ittiham edib və eyni zamanda onu bir irqçı Türk olaraq tutduğu mövqeyini tənqid atəşinə tutmuşdur. Ancaq əfsuslar olsun ki, bu cənabın Mehran bəyə, daha doğrusu onun simasında bir çox əsası məsələlərlə bağlı Azərbaycan milli hərəkatına yönəlik verdiyi cəvab və tutduğu mövqe daha əxlaqsız şəkildə töhmətlər, qarayaxmalar və saxtakarlıqlarla dolu bir yazı olmuşdur.
Məmməd bəy Azadgər, dəfələrlə Mehran bəy Baharlını irqçı bir Türk olmaqda ittiham edərək ona pantürkist damğası vurub, onun düşüncələrinin faşizm və Holakostlara yol açacağını yazaraq dönə-dönə vurğulayır. Bu ağır ittihamlar elə bir halda baş verməkdədir ki, Azərbaycan milli azadlıq və qurtuluş hərəkatı və ona mənsub olan Azərbaycanlı milli fəallar, hətta ana dili başda olmaq üzrə ən ilkin insani və demokrtik haqlarımızı tələb etdiyində, həm faşist islam rejimi, həm də sözdə onun müxalifəti sayılan bütün sağçı və solçu fars şovinistləri tərəfindən bu cur alçaq və kökündən yalan olan ağır ittihamlarla qarşı-qarşıya gəlirlər. Burada Məmməd bəyin əslində Mehran bəyi bəhanə edərək milli hərəkatımıza yönəlik belə bir ittihamları vurması, sorğu əlaməti olaraq olduqca təəcüblü və düşündürücüdür.
Eyni zamanda bu yazı fars dilində yazıldığından dolayı, Azərbaycan milli hərəkatı və Türk millətinə xitabən yox, bəlkə çox yaltaqlıqla fars təşkilatları, Türk düşmənləri olan BBC, Amerika Səsi, Doyçe Vele və başqaları kimi bir sürü fars mediyası və fars şovinistlərinə eləcə də bütün Azərbaycan düşmənlərinə xitab olan həm də milli azadlıq və qurtuluş hərəkatımızı təxrib etmək məqsədi ilə yazılan bir yazıdır.
Bir sozlə Məmməd bəyin bu yazısı faşist İran İslam rejimi başda olmaqla Azərbaycan düşməlırinin dəyirmanına su tökməkdən başqa bir anlamı ola bilməz, həm də bu yazıdan məqsəd PKK, PEJAK, PYD və başqa terorçu Kürd parti və qurumlarına bir yaşıl çiraq olmalıdır. Belə bir yazı təbiidir ki, hər nədən öncə bu kürd təşkilatları və bütün paniranist qüvvələrin sevincinə səbəb olub və onlar yeri gələndə çeşitli tribunlardan milli hərəkatımızı irqçılıqda ittiham edərək belə faktları ortaya qoyub onlardan faydalanırlar və etiraz edildiyində öz azərbaycanlılarınız yazıb, deyirlər.
Bu yazı həm də elə bir hassas zaman və ortadoğuda olan gərgin bir durum və özəlliklədə Amerika ilə İran İslam rejimi arasındaki Bərcam məsələsi ilə bağlı yaranan siyasi gərginliklər şərayitində belə bir məqalənin yazılması sorumsuzluqdan başqa bir şey deyildir.
Buda Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının içində yer alan siyasi qüvvələrin arasında ixtilaf yaratmaqdan başqa bir məqsədi ola bilməz. Bir halda ki, Azərbaycan Türk millətinin qəddar İran İslam rejimi başda olmaq üzrə fars faşizminə qarşı mübarizədə birlik və bərabərliyə bu gün hər zamandan daha da artıq ehtiyacı vardır.
Bu gün Güney Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının bir çox əsasi və olduqca həssas və önəmli məsələlərlə bağlı qırmızı çizgiləri vardır ki, bu çizgilərin milli hərəkatımızın içində yer alan bütün fərqli siyasi düşüncə, əqidə, fikir və sağçı-solçu və eləcə də istiqlalçı federalçı demədən milli hərəkatımıza mənsub olan hər kəsin tərəfindən çox ciddi şəkildə və tam məsuliyyət hissi ilə rəayət olunması tələb olunur.
Hər millətin öz inancları, vətəni, torpaqı, dili, tarixi, kimliyi, mədəniyyəti, milli şəxsiyyətləri və özünə xas olan bir çox önəmli məsələlərlə bağlı qırmızı çizgiləri vardır. Azərbaycan və Türk millətinin də bunlara əlavə olaraq özünə xas olan torpaq bütövlüyümüz və onu təhdid edən kürd teror təşkilatları, millətimizə yönəlik Erməni-Asuri və Kürdlərin vəhşi soyqırımları, Qarabağ işğalı, Güneydə və Quzeydə dövlətçiliyimiz və başqa məqamlarla bağlı qırmızı çizgilərinin olması təbii həm də onun rəayət edilməsi lazım və gərəklidir.
Məmməd bəy Azadgər, öz yazısında toxunduğu bir çox həssas və önəmli məsələlərlə bağlı Azərbaycan milli azadlıq və qurtuluş hərəkatını və Türk millətinin bütün bu qırmızı çizgilərini əsla rəayət etmədən keçərək onları ayaq altına alıb və Türk millətinin şüuruna ihanət edərək tutduğu öz siyasi mövqeyilə gərçəkdən fars şovinistləri, paniranizm, kürd teror təşkilatları, Erməni qatilləri və utanmazcasına Azərbaycan millətinin bütün düşmənlərini sevindirərək onların yanında yer almışdır.
Bu yazının məqsədi Mehran bəy Baharlı və onun bütün düşüncə və fikirlərini müdafiə etmək deyildir, çünki Mehran bəy elə bir güclü qələm sahibi və Azərbaycan və Türk millətinin tarixi və onun çeşidli qonularıyla bağlı elə bir geniş, dərin və qapsamlı bilgilərə malik olmuşdur ki, Məmməd bəy Azadgər və onun kimilərin cəvabını artıqlamasıyla verib, öz yazısında toxunduğu məqamlar və düşüncələrini də savuna biləcək qabiliyyətindədir.
Eyni zamanda qeyd olumalıdır ki, Mehran bəy Baharlının düşüncələri və sözü gedən bu məqalədə onun toxunduğu bir çox məsələlərlə bağlı mənim və Azərbaycan milli azadlıq və qurtuluş hərəkanının düşüncələri fərqli olub tamami ilə üst-üstə düşməsədə, ancaq onun ortaya qoyduğu və dönə-dönə vurğuladığı bəzi məsələlər və məqamlar var ki, bu günki milli hərəkatımızın tutduğu mövqeyilə tamamən üst-üstə düşməkdədir.
Bu əsasda Azərbaycanın bütün qabağcıl və ürəkləri daima vətən və millət eşqi ilə döyünən şərəfli siyasətçiləri, aydınları, yazıçıları və özəlliklə də tarixçilərinin başlıca vəzifələri, Güney Azərbaycanın son 100 ildə başına gətirilən bütün dəhşətli faciələrin və bu günki siyasi, iqtisadi, mədəni sahələrdə və həm də ekolojik baxımından belə bir acınacaqlı və bərbad düruma düşməsinin və yox olmaq təhlükəsi ilə qarşı-qarşıya gəlməsinin bütün səbəblərini təhlil etməklə, onları öyrənib və düzgün nəticələr çıxarmalıdırlar. Eyni zamanda bu uzun sürədə baştacı edib heçdə bu ad və məqamlara layiq olmayan milli qəhrəman dediyimiz bəzi insanların və öndə gedən siyasəçilərin etdiyi bütün tarixi səhvlər, böyük xətalar və xəyanətlərini öyrənib və onları ciddi şəkildə araşdırmaqla lazım olan dərsi alıb və bir daha belə bir faciələrin təkrar olmasına izin verməməliyik.
Azərbaycanın gələcəyi və bəqası üçün olduqca önəmli olan bu məsələlərin bütün təfərrüati ilə bilməliyik ki, nədən Güney Azərbaycan son 100 ildə fars-İran dövlətinin boyunduruğu altında tam anlamıyla desək utanc verici, həm də 21-ci yüzildə heç bir insana yaraşmayan və onun şəənində olmayan və özünü insan bilən hər kəsin üzərində qara bir ləkə olan belə bir iyrənc müstəmləkə həyatı sürməyə məruz qalaraq, bu günki ölüm-qalım mücadiləsi vermək məcburiyyətində qalmışdır.
Güney Azərbaycan hazırda tarixinin heç bir dönəmində qarşılaşmadığı ən həssas, ən ağır və ən çətin sınağıyla qarşı-qarşıya gəlmişdir. Azərbaycan Türk milləti bu tarixi sınaq və bizim üçün bəlkə də son bir sınaq və həm də son bir mücadilə olan bu tarixi aşamalardan başuca və zəfərlə çıxmaq məcburiyyətindədir.
Əks təqdirdə və keçən 100 ildəki tarixi səhv və xətaları yenə təkrar etdiyimiz halda faşist islam rejiminin çökməsindən sonra bir daha müstəmləkəçi Qərb dövlətlərinin əli ilə İran adlanan ölkənin hakimiyyətinə gətiriləcək hər hansı bir Türk düşməni olan irqçı rejim, bu dövlətlərin hər tərəfli yardım və dəstəkləri ilə Azərbaycan və Türk millətini var olan gücü ilə tamamən yox etməyə çalışacaqdır.
Bu əsasda Mehran bəy Baharlı, bir çox məsələlərlə yanaşı əsasən Məşrutə dövründən başlayaraq sözdə demokrat sağçı və solçu aydın azərbaycanlı Türklərin əli ilə İran adına yaradılan bütün siyasi parti və qurumların bəzi istisnalar xaric Azərbaycan və Türk millətinin milli haqları və onun varlığı və kimliyi ilə bağlı fars şovinizmi və paniranizm mövqeyindən çıxış etmələrini olduğu kimi ortaya qoymuşdur. Lakin Məmməd bəy Azadgər bu gərçəklərin qarşısında vicdan və əxlaqdan uzaq olaraq Mehran bəy Baharlıya heçdə gərçəkləri yansıtmayan İrqçı və pantürkist damğası vurub onu qan, irq, soy və pantürkizmlə heç bir əlaqəsi olmayan onun kimi düşünənləri və böyük ölçüdə Azərbaycan milli azadlıq və qurtuluş hərəkatını pantürkizm və Türk faşizminin təmsilçiləri kimi göstəməyə çalışmışdır. Birinci bölümün sonu
04.09.2018