3-İran sol parti və qurumları, azərbaycanlı solçular və milli məsələ

  

Gərçək budur ki, ümumiyyətlə sol parti və qurumlar hər bir ölkədə və dünyanın dört bir yanında hər zaman istismara, işğala, müstəmləkəçiliyə və hər cürə zülmə, ayrıseçkiliyə, bərabərsizliyə və haqsızlıqlara məruz qalan millətlərin yanında yer almışlar. Bu səbəbdən də onlar, öz millətlərinin işğalçılara, müstəmləkəçilərə, istismarçılara və bütün zalimlərə qarşı apardıqları milli azadlıq və qurtuluş mücadiləsinin ön sıralarında olub və bütün milli-demokratik qüvvələrlə birlikdə onun nəhayi qələbə çalması və son məqsədinə çatmasında böyük rolları olmuşdur. Ancaq əfsuslar olsun ki, İran adlanan çox millətli bir ölkədə marksizm-leninizm ideolojisi əsasında qurulan sol parti və qurumlar güclü şəkildə fars şovinizmi və paniranizmin irqçı düşüncələrinin etgisi altında olduqlarından dolayı, nəinki qeyri-fars millətlərin örnəyin Türk millətinin fars faşizminə qarşı apardığı haqlı mücadiləsini müdafiə etməmişlər bəlkə tam əksinə olaraq və yeri gəldiyində bu mücadilənin qarşında dayanıb onun qələbə çalmasına ciddi maneələr yaratmışlar.

Güney Azərbaycan öz milli azadlıq və qurtuluş mücadiləsi tarixində   dəfələrlə İran sol parti və qurumlarının Türk millətinə qarşı heç bir insanlığa və əxlaqi dəyərlərə sığmayan tutduğu belə bir əks inqilabçı mövqeyin, qeyri-insani və düşmənçilik münasibətlərinin şahidi olmuşdur.

Yuxarıda bu söylənənlərə sübut, Tudə partisinin 1945-ci ildə Azərbaycanın milli və demokratik hökumətinin qurulmasına qarşı olaraq, onun yıxılması üçün əlindən gələn hər cürə rəzalət və cinayətdən əsirgəməmişdir. Olduqca İddialı olan Tudə partisi, Azərbaycan Türk millətinin qəssabı və Amerikanın nökəri olan Əhməd Qəvamın (Qəvamolsəltənə) hökumətilə etilaf etmişdir. Bu dönəm ölkənin təkcə sol partisi həm də ən güclü partilərdən biri olan Tudə partisi, Mortəza Yəzdi, Fridun Kəşavərz və İrəc İskəndərinin iştirakilə Qəvamın kabinəsinə daxil olub milli hökumətin vəhşicəsinə yıxılmasında və 30,000 dən artıq Azərbaycanın şərəfli qız və oğullarının qəddarcasına qətliam edilməsində yaxından iştirak etmişdir. Tudə partisi həm də çox alçaqcasına Qəvamolsəltənənin kaninəsində olan öz nazirlərinin vasitəsilə cəllad Məmməd Rza Şahın dərbarda hüzuruna gedərək, Azərbaycan milli hökumətinin yıxılması və cinayətkar Şah qoşunlarının Azərbaycana girib onu işğal etdikləri münasibətilə heç də utanmadan onu təbrik etmişdir.

Tudə partisinin yayınladığı bildiridə nədən Qəvamolsəltənə hökumətilə etilaf etdiyi haqda belə deyilir."......Bu kabinə keçmişdə olan dövlətlərin tam əksinə kamuoyuna (əfkare ümumiy) önəm və dəyər vermişdir və xarici siyasətdə olan gərginliyin aradan qaldırılmasında və Azərbaycan məsələsinin barış yoluyla çözülməsində elə bir yol seçmişdir ki, ümumiyyətlə iran millətinin istəyi və diqqətində olub və bu səbəbdən dolayı bu kabinə bu yolda böyük addımlar atmağı bacarmışdır.....İran Tudə partisinin mərkəzi komitəsi, demokratik hərəkətlərə qarşı qərəzli ünsürlərin hələdə dəvam edən bütün totələrinin və xayincəsinə təlaşlarının, həm də zəhmətkeşlərin qarət və qətl edilmələrinin qarşısının alınması, eləcə də sənayə və əkinçiliyin gəlişməsi, kültür və sağlığın ümumiləşdirilməsi üçün əməli planların ortaya qoyulması və insanların çörək, iş və qəzayi əmniyyətin təmin edilməsi üçün bu kabinədə iştirak etmək qərarına gəldi....."(bax. Rəhbər qəzetəsi Nr.782-13.05.1325 İran Tudə partisinin mərkəzi komotəsinin bildirisi)

Amir Mardani, [06.10.18 16:33]

Eyni zamanda İran adlanan ölkədə fəaliyyət göstərən bütün sol parti və qurumlar və onların Azərbaycandaki təşkilatları, 1979-cu ildə Müsəlman Xalq partisi və Seyid Kazım Şəriyətmədari öndərliyində, Ruhullah Xumeyninin "Vilayəte Fəqih" əsasında totaliter bir islam rejiminin qurulmasına və Güney Azərbaycanda Muxtariyyət tələbilə gedən hərəkata ciddi şəkildə qarşı olaraq, alçaqcasına cinayətkar İran islam rejiminin yanında yer alıb onu müdafiə etmişlar. Bu iddialı sol parti və qurumlar və özəlliklədə onların Azərbaycandaki uzantıları bu qəddar rejimin Tehran və başqa fars bölgələrindən gətirdiyi pasdarlarla birlikdə bu hərəkatın vəhşicəsinə darmadağın edilməsində yaxından iştirak edib və bəlkədə onların təmənnasız və könüllü yardım və hər tərəfli dəstəkləri olmasaydı onların bu hərəkata qarşı qələbəsi bu qədər qolay olmazdı. Bu zaman İran solunun ən azı 80 faizini özündə birləşdirən və ən böyük və güclü sol təşkilatlarından biri olan İran Xalq Fədayi qurumunun mərkəzi orqanı olan "Kar" qəzetəsi, bütün əxlaqi dəyərləri ayaq altına alaraq öz özəl sayısında yazılan bir çox töhmətlər, qara yaxmalar və yalanlarla Şəriyətmədarı başda olmaq üzrə bu hərəkatı təxrib etməyə çalışmışdır. İş o yerə çatmışdır ki, "Özəl Kar" Hizbullah və pasdarlar tərəfindən yenidən basılaraq Tehran və başqa şəhərlərdə özəlliklədə cümə namazlarında cəmaət arasında geniş şəkildə paylanmışdır. Beləliklə Fədayi qurumu, Tudə partisi və onun əyaləti təşkilatı olan Azərbaycan Demokrat firqəsi, Peykar qurumu, Rəncbəran partisi, Xalq Mücahidləri qurumu və başqa sol parti və qurumlar yayınladıqları öz bildiriləri və bəyanatlarında bu hərəkatı savak və Amerika əmperyalizminə bağlıyaraq ona qarşı böhtanlar yağdırıb və tutduqları mövqelərilə Azərbaycan və Türk millətinə qarşı öz nifrət və düşmənçiliklərini açıqcasına göstərmişlər.

Müsəlman xalq hərəkatının yıxılmasında önəmli bir məsələdə, Xumeyni yandaşlarının radiyo-Televiziyona hücum etdiyi çox həssas və təyin edici bir zamanda burada işləyən və Tudə partisinə bağlı olan bir tudeyi məhəndisin radiyo verlişlərini dayandırmaq üçün cihazlarda yaratdığı təxribatlar olmuşdur. Beləliklə də xalq kütləsinin belə bir həssas zamanda radiyo vasitəsilə yardıma gəlməsi mümkün olmayıb və Xumeyni yandaşları rahatcasına radiyo-televiziyon mərkəzini bir alçaq və satqın azərbaycanlı solçunun öz millətinə xəyanəti nəticəsində ələ keçirib və buda hərəkata məğlubiyyətin yolunu açmışdır.

Bu hərəkatın vəhşicəsinə basdırılıb məğlub edilməsi, İran adlanan ölkədə bu günki gördüyümüz böyük bir trajedi və insani faciənin başlanğıcı olmuşdur. Hadisələrin gedişatı Azərbaycan Türk millətinin totaliter və qeyri-insani bir sistemin yaranmasına qarşı çıxıb və ona əngəl olmsında nə qədər haqlı olduğunu göstərmişdir. Ancaq geri qalmış və Türk düşməni olan bütün İran mərkəzli sözdə sol parti və qurumlar və solçu azərbaycanlı Türklərin bir çoxu hələdə zənn etdiyi bu imamzadadan əl çəkməmiş və bu gündə qan içən bu faşist rejimin bir gün islahatçısını, bir gün üsuliyyətçisini və yaxud yaşılçısını müdafiə edib onların arxasında sinə vurmaqla məşğul olmuşlar.  

Gərçək budur ki, İran mərkəzli və güclü şəkildə paniranizm ideolojisinin təsiri altında olan sol parti və qurumlar, eləcə də solçu azərbaycanlı Türklər heç bir zaman İran adlanan ölkədə bütün millətlərin örnəyin Fars, Türk, Ərəb, Kürd, Türkmən, Lor, Gilək, Mazəni və başqalarının bərabər haq və hüquqlara sahib olmasına əsla inanmamışlar. Farslar, ölkə nüfusunun 30-35 faizini təşkil edərək, əhalinin 40 faizi olan Türklərdən sonra say baxımından ikinci böyük millət sayılırlar. Farsların belə bir rəqmə çatmasının başlıca səbəbi son 90 ildə milyonlarla qeyri-fars millətlərin özəlliklədə Türklərin Fars millətinin içində əriməsi olmuşdur.

Amir Mardani, [06.10.18 16:33]

Lakin bütün bunlara baxmayaraq sol Parti və Qurumlar başqa sağçı və qatı irqçı paniranistlər kimi farsları bu ölkənin əzəli və əbədi sahibi və başqa millətləri örnəyin minillərdən bəri öz torpaqlarında yaşayan Türk millətini sonradan gəlmə və kirayəçi olaraq görüb, Fars millətini, İran və İran millətini də Fars milləti yerinə quyub və bunların eyni anlamda olduğuna inanıb və tam şarlatanlıqla bu ölkədə Fars adına bir millətin olmadığını və bu əsasda da Fars şovinizminin olmasını danmaqdadırlar. Burada eyni Fars şovinizmi və qatı İrqçı paniranistlər kimi, İran sol parti və qurumlarıda bilərəkdən və məqsəd yönlü olaraq Fars tarixini, mədəniyyətini, kültürünü, musiqisini, hünərini və mətbəxini bütün dünyada İran adına olaraq göstərib və bu adın altında tanıtmaqdadırlar.

Bu səbəbdən dolayı sol parti və qurumları milli məsələ ilə bağlı danışıqların lazım və gərəkli olduğu bir zamanda ölkənin bütün millətlərinin təmsilçilərinin bir araya gəlməsi vacib və zəruri bir şərt olduğu halda, onlar Fars millətinin təmsil edilməsinə ehtiyacın olmadığına inanırlar.

Burada vurğulanması gərəkən bir məsələdə İran mərkəzli sol parti və qurumların və solçu azərbaycanlı Türklərin hər zaman Azərbaycanın milli məsələsinin gündəmə gətirməkdən çəkinmələridir. İranda milli məsələ Pəhləvi rejiminin devrilməsindən sonra təbii olaraq bir daha gündəmə gəlib, özəlliklə Kürdüstan, Bəluçistan, Azərbaycan, Ələhvaz və başqa əyalətlərdə bu zaman muxtariyyət tələbi ciddi şəkildə ortaya qoyulmuşdur. Lakin Tudə patisi xaric, əsasən sol parti və qurumlarının bu məsələyə yanaşmaları, onların proqramlarında yazdıqları və bu vacib məsələnin həlli ilə bağlı iddia etdikləri əsasda bütün qeyri-fars millətlərə yox, bəlkə bu zaman İslam rejiminə qarşı gedən silahlı mücadilə ilə verilməsi nəzərdə tutulmuşdur. Bu əsasda onlar öz qəzetə və bildirilərində bu məsələyə toxunduqlarında hər zaman və yalnız Kürd və Bəluç millətlərini bu haqqa layiq görmüş və onların adını aydıncasına gətirərək başqa qeyri-fars millətlərin adlarının yerinə sadəcə...nöqtələrlə göstərmişlər. Buda İranda iddialı sol parti və qurumların və onların Azərbaycandaki uzantılarının heç bir zaman milli məsələnin çözülməsinə inanmadıqlarını və sadəcə bu zaman kürdlərlə bəluçların İran islam rejiminə qarşı apardıqları silahlı mücadilədən dolayı və yalnız onların siyasi potansiyelini qullanmaq məqsədilə onlara bu haqqın verilməsi nəzərdə tutulmuşdur. Necə ki, keçən 40 ildə Xalq Mücahidləri tərəfindən yalnız Kürd millətinə onun rejimə qarşı apardığı silahlı mücadiləsindən dolayı muxtariyyət vəədəsi verilib, onlarda eynən belə etmişlər.

03.10.2018

Ardı var