ƏHMƏD URMUOĞLU
Məmməd bəy Azadgərin "İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (onuncu bölüm)

3-İran sol parti və qurumları, azərbaycanlı solçular və milli məsələ

İran mərkəzli sol parti və qurumlar və bu təşkilatlarda fəaliyyət göstərən solçu azərbaycanlı Türklərin güclü irançılıq zehniyyətindən dolayı bir çox hallarda və bəzən hətta çox adi məsələlərlə bağlı düşüncələri onların uzun illərdən bəri yazıb təbliğ etdikləri aldadıcı sözləri, böyük iddiaları və əməllərilə gərçəkdən qarşı-qarşıya gəlməkdədir.
Yəqin ki, bu sol parti və qurumlarda fəaliyyət göstərən hər bir azərbaycanlı, öz fəaliyyəti sürəsində bəzi təşkilat üzvləri və mənsubları tərəfindən bəzən təhqirlərə məruz qalıb və yaxud Azərbaycan məslələri və Türk millətilə bağlı xoşa gəlməz davranışlar, təhqir dolu ifadələr və ağıla sığmayan olaylarla qarşılaşmışdır.
Hələ Azərbaycan, 2006-cı ilin May Qiyamında milyonlarla insanın fars faşizmi və cinayətkar İran islam rejiminin Türk millətini böcəyə bənzədərək etdiyi təhqir və tohinlərindən dolayı iki həftə boyunca 50-yə yaxın şəhərdə gedən qanlı etirazlar zamanı, İran İşçi Komonist Partisinin teliviziyon verlişlərindəki aparıcısının etirazlara dəstək yerinə Türk millətinə qarşı "ey cəmaət eşşək olub küçələrə çıxmayın" kimi iyrənc və təhqir dolu alçaq sözlərini unutmamışdır. Bu sadəcə İran adlanan ölkədə qeyri-fars millətlərin əzilmiş haq və hüquqları uğrunda mücadilə aparmaqda olan iddiali sol partilərindən biridir. Buda belə bir ciddi məsələ ilə münasibətdə bu partinin tutduğu siyasi mövqeilə bağlı hər kəsin eşidib və gördüyündən kiçik bir örnəkdir.
Bu yazıdan məqsəd keçən bölümlərdə də açıqlandığı kimi əsla sol ideoloji və düşüncəsinə qarşı olub ona qarşı təbliğat aparmaq deyil, bəlkə bundan məqsəd paniranizm kimi iyrənc, həm də bütün insan və insanlığa və bütün millətlərə zidd olan bu qatı irqçı ideolojinin iç üçünü göstərib və onun etgisində olub ondan qidalanan İran mərkəzli iddialı sol təşkilatların və öz millətini unudub onlara qulluqçu olan solçu azərbaycanlı Türklərin tutduqları siyasi mövqelərini Türk millətimizə anlatmaq olmuşdur.
Qeyd etməliyəm ki, mən özüm bütün inqilabçı və aydın öyrənci və gənclər kimi gəncliyimin ən gözəl illərinin böyük bir bölümünü sözü gedən bu İran mərkəzli sol parti və qurumların ən böyük və güclülərindən biri olan Fədayi qurumunun üzvü olaraq keçirmişəm.
1974-79-cu illərdə Təbriz universitetinin ədəbiyyat fakultəsinin tarix bölümündə təhsil aldığım zaman, yəni öyrənci olan illərimi və inqilabdan sonra üzv olduğum Fədayi təşkilatında bir Azərbaycan mərkəzli solçu olaraq gəncliyimin neçə ilini ictimai ədalət və bütün insanların və millətlərin azadlığı, səadəti, bərabərliyi və bunlarla yanaşı Azərbaycanın azadlığı və qurtuluşu eşqi və amacıyla 1988-89-cu illərə qədər bu təşkilatda fəaliyyət göstərmişəm.
Bütün bu uzun illərdə sol düşüncə və ideallarla yanaşı Azərbaycançılıq idiallarını da daşıdığım üçün bütün öyrənci dostlar və yoldaşlarım tərəfindən həm Urmuda, həm də Təbriz universitetində Əhməd Bakı olaraq tanınmışam. Ancaq Azərbaycanın hər zaman çıxar və mənfəətlərini həm də ciddi bir şəkildə milli haqlarını müdafiə etdiyim üçün bəzən zarafatla da olsaydi bəzi solçu yoldaşlarım tərəfindən onların deyişilə Panazəri olaraq damğalanmışam.
1978-ci ildə (1356-cı il) Təbrizin 29 Bəhmən qiyamının iştirakçılarından biri olub və qiyam günü Təbriz universitetinin bütün solçu öyrəncilərilə birlikdə günorta çağı və təxminən saat 12-13 arasında Şah rejiminə qarşı "Ölüm olsun şaha", İttihad, mübarize, piruzi" və başqa şüarlarla keçmiş pəhləvi xiyabanı istiqamətində şəhərin mərkəzinə doğru gediyində adi insanlara şahın cinayətlərini anladıb hərəkətə qoşulmalarını istəmişəm.

Hər halda bu tarixi günün axşam çağı və hava qaralana az qala "cənubi şəhnaz" xiyabanında ikisi urmulu və həm mənzillərim və başqa bir öyrənci yoldaşımla birlikdə evə doğru getdiyimizdə, SAVAK məmurları tərəfindən təqibə alınaraq yaxalanıb və neçə saat Pastor xiyabanında polis eytim mərkəzində saxlandıqdan sonra Təbrizin mərkəzi həbsxanasına köçürüldüq. Lakin həbsimiz çox sürmədi və neçə ay sonra etirazların dəvam etməsi nəticəsində, həm də vəsiqə qarşılığında həbsdən azad olunduq.
1979-cu (1357-ci il) ilin fevral ayında yəni qəddar Pəhləvi rejiminin devrilib və cəllad Xumeyni rejiminin hakimiyyətə gətirilməsindən həmən sonra, Urmuda bir neçə fədayi yoldaşımla birlikdə danişkədə xiyabanında yerləşən "əkinçilik" fakultəsinin bu zaman bağlı olan üstü örtülü hovuzunu (istəxrini) işğal edərək, Fədayi qurumunun Urmu sitadını (qərargahını) qurub və mən 22 yaşındaykən burada tədarukat məsuliyyətini öz üzərimə götürərək fəaliyyətə başladıq.
Bunuda deməliyəm ki, mən 14-15 yaşlarımda siyasi mənada kim olduğumu yəni ilk öncə Azərbaycanlı və Türk millətinə mənsub olduğumu anlayıb, Pəhləvi rejimi və İran dövlətinin özəlliklə 1945-46-cı illərdə Azərbaycan və Türk millətinə qarşı törətdiyi dəhşətli cinayətlərindən dolayı onlara nifrət edərək siyasətə qoşulmuşam. Bu dövrülərdən etibarən yəni 1971-ci (1350-ci il) ildən bəri çox gənc daha doğrusu yeni yetmə bir gənc olduğum üçün dolğun bir siyasi şüura malik olmasamda, ancaq Azərbaycanın azadlığı və onun birləşməsini həmişə arzu edib və bu gün deyə bilərəm ki, 46-47 ildir ki bu qutsal amal uğrunda mücadilə aparıb və heç bir zaman bu amalımdan vaz keçməmişəm.
27.10.2018
Ardı var