ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin "İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (11-ci bölüm)

3-İran sol parti və qurumları, azərbaycanlı solçular və milli məsələ

Bu uzun illərdə mənim şəxsən gördüyüm, şahid olduğum bəzi ittifaqların və bəzi solçu azərbaycanlı dostlarımdan eşitdiyim xoşa gəlməz xatirə və bəzi olayların eyni olduqları kimi gətirilməsini məqsədə uyğun görürəm.    

1983-cü ildə yəni Sovetlər Birliyi dönəmində məndə bir fədayi olaraq bir neçə yoldaşımla birlikdə Azərbaycan sərhəddini keçərək Sovetlər Birliyinə sığınmaq məcburiyyətində qaldıq. Tudə partisi və Fədiyi qurumuna mənsub və çoxuda azərbaycanlı olan 400-500-ə yaxın fərdi və yaxud ailəvi olaraq Bakının çeşitli rayonlarında, örnəyin Əhmədli-Günəşlidəki yeni tikilmiş mənzillərə yerləşdirilmişlər. Təəcübli burasıdır ki, faşist İran İslam rejiminin işkəncə, zindan, ölüm, həm də milli zülmündən qaçan iddialı solçu azərbaycanlı ailələrin çoxu, öz uşaqlarını Türk dilində olan məktəblərə yox, bəlkə Rus dilli məktəblərdə oxutmağa üstünlük verirdilər.

Bakıda Fədayi qurumunun məsullarından biri taxma adıyla tanınan Mahmud olmuşdur ki, hər kəs onun Istalinə bənzər qalın və uzun bığlarına görə süpürgə Mahmud deyirdi. Bu manqurt zat, Azərbaycanın Sarab şəhərindən gəldiyi halda, Bakıda olan bütün güneydən gələn azərbaycanlılarla farsca danışıb və hamının ona türkcə cavab verdiyi halda o, illa farsca danışmağa çalışırdı.

1981-ci ildə (1360-cı ildə) Urmuda üzv olduğum Fədayi qurumuna ayid, 6-7 nəfərdən ibarət olan hovzənizin bizim evdə növbəti iclası keçirildi. İclasın hələ başlanmasından öncə yenicə hazırlanıb və gizlicə yayılaraq bir yoldaşımın vasitəsilə mənə verilmiş bu kaseti gətirib yoldaşlarıma surpriz etmək istədim. Bu kaset, Azərbaycan gənclər xor qrupu və orkestrası tərəfindən hazırlanaraq Azərbaycanın olduqca ürəyə oxşayan əski və gözəl himniləri və onların yaranma tarixilə bağlı dəyərli bilgilər verib, həm də o günlərə uyğun istismara, zülmə, hər cürə ədalətsizliyə və Amerikaya qarşı hər himnin arasında öz türkcəmizdə olan gözəl və inqlabi şeerlər deyilirdi.

Ancaq mənim o vaxta qədər Azərbaycan Türkcəsində eşitmədiyim, həm də bütün solçuların dillər əzbəri və onların ilham qaynağı olan internasiyonal himnidə bu kasetin içindəydi.

Kaset internasiyonal himnilə başlanırdı. Onu maqintofona (zəbtisota) taxıb və onun gözəl musiqisi yayıldıqda, hovzəmizin Xosrov.X adlı azərbaycanlı məsulu həmən və heç düşünmədən söylədi ki, deyirlər bu kaset pantürkistlər tərəfindən hazırlanmışdır. Mən və bir neçə dostumun onun bu sözünə kəskin şəkildə etiraz etdiyimizdə dartışmalar uzanıb, ancaq iclasın zamanı məhdud olduğundan dolayı onun dəvamı mümkün olmadı və bu haqda danışmağı qurtarmaq zorunda qaldıq. Burada bu dostumuzun söylədiyi belə bir qeyri-əxlaqi və ancaq qatı fars şovinistlərinə ayid olan ifadəsi, hər halda istisna deyildi və solçu azərbaycanlılar içində paniranizm və fars şovinizminə olan sevginin göstərgəsi kimi yayqın bir xəstəlik yəni irançılıq olaraq bir düşüncə halinə gəlmişdir. Belə bir güclü irançılıq zehniyyətin əsasındadır ki, hətta intenasional kimi komonistlərin himni belə, eləcə də gözəl məzmunlu və inqilabi şeerlərdə Türk dilində oluğu halda, çox əxlaqsız şəkildə qatı irqçılıq, aşırı millətçilik, və pantürkizm olaraq damğalanır. Buda o deməkdir ki, hər bir inqilab ruhlu şeer və yaxud himn və musiqi ancaq və ancaq fars dilində olmalıdır və əgər bu dildə olursa qəbul olunub və bu zaman onda gözəllik, əzəmət, həm də inqilabi məzmun olur.

1989-cu ildə Almaniyanın Münster şəhərində bir neçə fərqli düşüncədə olan azərbaycanlı dostlarımla birlikdə Azərbaycan Evinin yaradılmasına qərar verdik. Onun nizamnaməsini uzun danışıqlar və dartışmalardan sonra hazılayıb və 1990-cı ildə Münsterdə Azərbaycan evinin yaranmasını, şanlı 21 Azərin 45-ci ildönümü münasibəti ilə birlikdə təntənəli şəkildə, həm də xatirələrdə qalan gözəl bir konsertlə elan etdik.

Azərbaycan evinin yığıncaqları Brükə (körpü) deyilən və əsasən yabancı öyrəncilərin və aydınların patoğu olan yerdə keçirilidi. Hələ o günlərdə tanış olmadığımız və yenicə Münsterə gəlmiş İran mərkəzli sol partilərinin azəbaycanlı kadrlarından biri, bizim burada iclas keçirdiyimizi görüb və bizim Azərbaycan Evinin sorumluları olduğumuzu öyrənmişdi.

Neçə il sonra onunla tanış olduğumuz bu dostumuz Azərbaycan Evinə üzv olaraq, Azərbaycanın çox dəyərli milli fəallarıdan biri olur. Olduqca sadiq, səmimi və gözəl bir insan olan bu dostumuz sonralar dəfələrlə bizə sölyəyirdi ki, sizləri görəndə deyirdim ki, ey vay adam yeyənlər gəlirlər. Yəni bizlər sadəcə öz mədəniyyətimizi, dilimizi və milli varlığımızı qoruyub saxladığımız üçün və Azərbaycan Evini yaratdığımız üçün adam yeyən olmuşduq. Təsəvvür edin ki, bu İran mərkəzli sol parti və qurumlar nələri iddia edib və bu sadiq insanları nə halə gətirib və onlardan necə insanlar yaratmışlar ki, onlar belə düşünüb və öz yurddaşları haqqında belə əxlaqsız və insanlıqdan uzaq qəzavətlər edirdilər.

Bu dostumuz təərif edir ki, üzv olduğu sol partinin Almaniyadaki bir toplantısında İran-iraq savaşıyla bağlı danışıqlar zamanı uzun dartışmalar olub və mən 6-7 nəfərdən ibarət olan iclasın təkcə azərbaycanlısı olaraq, bu savaşın imperiyalistlər tərəfindən planlaşdırıldığını və onun kimsəyə xeyir gətirməyəcəyini və hər iki ölkənində millətlərinin tamamilə ziddinə olduğunu söyləyirdim. Ancaq qarşı tərəf mənim düşüncələrərimin tam əksinə olaraq, bu savaşın tamamən bir vətən savaşı olduğunu vurğulayıb və onun sonuna qədər müdafiə edilməsini vacib, həm də inqilabi bir vəzifə olaraq dəyərləndirirdi.

Hər halda dartışmalar nəticə verməyincə onlardan biri "bu Türklərində başına heç bir söz keçmir" deyir. Dostumuz yanındakına üz tutaraq soruşur ki, yoldaş səndəmi belə düşünürsən.!? Oda, farsca olan bu məşhur sözü deyir, "Ta nəbaşəd çizəki, mərdom nəguyənd çizha". (Bir şey olmasa, cəmaət belə sözləri söyləməzlər.) Dostumuz yanındaki ayrı bir yoldaşından soruşur ki, bəs sən bu məsələyə nə deyirsən. Oda deyir ki, "Yoldaşlar belə sözlərə meydan verməyin." Dostumuz Türklərə qarşı bu irqçı davranış və onları təhqir etdiklərinə görə etiraz olaraq bu iclası tərk edib və onun ardından belə bir parti ilə öz siyasi fəaliyyətinə son verir.

İran İşçi Komonist Partisinin Əmin adlı kadrlarından və bəlkədə mərkəzi komitəsindən biri Münster şəhərində yaşayırd. Əslən Ərakdan və Türk olan bu insan tamamilə asimilə olaraq Türk olduğunuda danırdı. Orada-burda və çox nadir hallarda məclislərdə görüşüb və siyasi məslələr örnəyin milli məsələ ilə bağlı danışardıq. O, siyasi baxımdan çox savadlı birisi olub və dartşmalarda neçə cümlədən birini Marks, Lenin və Istalindən sitat olaraq gətirərdi. May qiyamından neçə il sonra bir məclisdə Azərbaycanda milli məsələ və burada gedən milli azadlıq və qurtuluş mücadilə bağlı ciddi bir danışıq və dartışmalar olub və Azərbaycanın istiqlaliyyəti məsələsi ortaya qoyuldu. Olduqca İddialı olan Əmin bəy heç düşünmədən belə deyir," Əgər Azərbaycan istiqlaliyyət istərsə, hər iranlının əlinə bir Şahnamə verib, mən özümdə bir tanka minib oraya gedərək nə təhər olursa olsa bu işin qaşısını almağa çalışaram." Hər halda tanka minmək bu manqurt və iddialı solçu dostumuza nəsib olmadı.

Neçə il bundan öncə Tehranda yaşayan azərbaycanlı olan tanış bir ailə Almaniyaya gələrək neçə gündə bizdə qonağ olur. Onların (ər və həyat yoldaşı) hər ikisidə iddialı solçu və sözdə aydın olub və Şah dönəmində olduğu kimi yenədə Fədayi qurumuna bağlı olaraq onu müdafiə edirlər. Onların iki qızları olub və hər ikisidə tamamilə fars dilli və fars kültürlü olmuşlar. Xanımın Tehranda bir yayın evi (intişaratı) olub və Almaniyada kitab sərgisi olan zaman, o da yayınladıqları yeni kitablarıyla sərgidə iştirak edir. Bizdə qonaq olduqlarında Azərbaycan məsələlərilə bağlı ətraflı danışıb dartışdıqdan sonra, aya qızınızın bir Türklə evlənməsinə razı olarsız ya yox, sorğusunun cəvabında deyirlər ki, "biz Türkə qız vermərik.

" Təsəvvür edin xanım Ərdəbilli və həyat yoldaşı Urmulu olan Türk insanlar öz qızlarının Türklə evlənməsinə əsla razı olmuyacaqlarını deyirlə. Əcəba bu qədər Türkə yəni özünə nifrət, kiynə və ona olan düşmənçilik haradan gəlir. Bir insan özündən, öz ana-atasından, bacı-qardaşından və öz övladlarından bu qədər nifrət edib onlara bu qədər düşmən ola bilərmi.!? Burada vicdanlı bütün azərbaycanlı solçulardan soruşmaq lazımdır, əcəba siz bu iddialı aydın və solçu həm də özləri Türk olan belə insanlara nə ad qoya bilərsiz.!!!

Neçə il bundan öncə Əhməd Şamlıdan hardasa oxuduğum bir müsahibədə, onun soy adının Türkcə olmasından rahatsız olduğunu bildirmişdir. İranın ən böyük şairlərindən və eyni halda sol düşüncədə olan ən tanınmış aydınlarından biri olan həm də əslən Türk olan Əhməd Şamlının belə bir irqçı və şovinisti düşüncəsi olduqca təəcüblü və düşündürücüdür.

Qeyd olunan bütün bu olaylar və ittifaqlar dənizdən bir damla olaraq heç biri dedi-qodu, qara yaxma, saxtakarlıq və yaxud bu təşkilatlara yönəlik ittihamlar yox, bəlkə tamamən doğru və baş verən gərçək olaylar və olandır.        

Qeyd olunan bu ittifaqlar və məslələrin burada gətirilməsindən məqsəd, İran mərkəzli sol parti və qurumların və bir çox solçu azərbaycanlı Türklərin içində Türk düşmənçiliyi və onlarda olan irançılıq zehniyyətinin nə qədər güclü olduğunu azda olsa göstərməkdir. Arxayınam ki, bu sol parti və qurumların içində fəaliyyət göstərən bütün azərbaycanlı Türklərin də hər birisinin bir çox belə acınacaqlı xatirəsi olub, həm də bir çox belə bir ürək ağrıdıcı olaylarla qarşılaşmışdır.

İran mərkəzli sol parti və qurumları özəlliklədə Sovetlər Birliyinin dağılmasından sonra bəzi məsələlərlədə olduğu kimi, milli məsələ ilə bağlı da öz keçmişdəki bəzi əsasi inancları və düşüncələrindən vaz keçərək geri oturmuşlar. Yəni əgər keçmişdə bu təşkilatlar sözdə və formalitədə olsaydı qeyri-fars millətlərə "öz gələcəklərini təyin etmə haqqını" hətta ayrılığa qədər haqqı, vediyi şüarla rəsmiyyətə tanıyırdısa, bu gün onların bəzi istisnalar xaric, hamısı bu aldadıcı ancaq əsasi şüardan vaz keçmişlər. Bu təşkilatların çoxu heç utanmadan belə fars olmayan millətləri daş dövrü və orta əsirlərə ayid olan qoom və əqvam kimi iyrənc ifadələr və çirkin sözlərlə təhqir edib və ən azından İran adlanan ölkədə bütün millətlərin hər sahələrdə bərabər haq və hüquqlara malik olub öz tarixi torpaqlarında gərçək və modern bir fedelal dövlətinin yardılması uğrunda mücadilə aparmırlar, bəlkə ona qarşı olaraq hətta qondarma bir federal dövlət və federalizm sözü və ifadəsinin işlədilməsinə belə qarşı çıxıb və onu dilə gətirməkdən belə qorxurlar.

28.10.2018

Ardı var