ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (15-ci bölüm)

6- Məmməd bəy Azadgər və PKK, PEJAK, PYD və YPG

Güney Azərbaycan və özəlliklədə onun qərb bölgələri neçə illərdən bəri faşist İran İslam rejiminin Azərbaycan və qatı Türk düşmənçiliyindən dolayı, PKK və onun İran qolu sayılan PEJAK terorçu təşkilatı üçün güvənli bölgələr olaraq Azərbaycan və Türk millətimizə olduqca böyük bir təhlükə qaynağına çevrilmişdir. Bu gün PKK-PEJAK,ın silahlı dəstələri Kürdüstan bölgələrində deyil, bəlkə Makıdan tutmuş, Tikantəpəyə qədər Azərbaycan torpaqlarında İran ittilaat qüvvələri olan SAVAMA,nın birbaşa göstərişi və himayəsi altında Türk millətimizə və Türkiyə dövlətinə qarşı terorçuluq əməliyyatı aparmaqdadırlar. Beləliklədə onlar, öz yersiz torpaq iddialarıyla eyni Kürdüstan Demokrat partisi və başqaları kimi Azərbaycan və Türk millətinə qarşı açıqcasına savaş elanı etməkdədirlər.  

Məmməd bəyin demokratik qüvvələr olaraq göstərib, müdafiə etdiyi PKK və onun Suriyə və İran qolları olan PYD, YPG və PEJAK kimi parti və qurumlar Türk milləti və Türkiyə dövləti başda olmaq üzrə bütün Türklərə nifrət edərək, əsasda terorçu təşkilatlardan başqa bir şey deyirlər. Burada Məmməd bəy Türkün qanına susamış, həm də eyni Kürdüstan Demokrat partisi, Məsud Barzani və Cəlal Talibani kimi Azərbaycanın əzəli və əbədi tarixi torpaqlarına iddialı olan, onları böyük Kürdüstan xəritəsinə daxil edən PKK, PYD, YPG və PEJAK kimi parti və qurumları müdafiə etməklə Azərbaycan Türk milləti və milli azadlıq və qurtuluş hərəkatınmızın qırmızı çizgilərini keçib Azərbaycan və Türk millətinin deyil, bəlkə onların yanında yer almaqdadır.

PKK, PEJAK, PYD və YPG kimi terorçu təşkilatların faşist İran İslam rejimi, fars şovinizmi və bütün paniranist qüvvələr, Ermənistan, İsrail, eləcə də Amerika başda olmaq üzrə Qərb dövlətləri tərəfindən hər tərəfli dəstəklənib və mali yardımların edilməsinin təməlində ancaq və ancaq Türkiyə dövləti və Azərbaycan Türk millətidə daxil olmaqla bütün Türklərə olan nifrət və düşmənçilik dayanır. Bu dövlətlər və qüvvələr, zahirdə bir-birlərinə qarşı ziddiyyətli mövqedə olub, hətta bir-birlərinə qarşı sözdə düşmən kimi davransalarda, ancaq Türklərə olan nifrət və ortaq Türk düşmənçiliyi onları birləşdirir.

Maraqlı və olduqca təəccübli olan budur ki, İran mərkəzli sol partilərdə daxil olmaqla sözdə muxalifətdə olan bütün paniranist qüvvələr tərəfindən bölgədə və İran adlanan ölkədə kürd hərəkatı, eləcə də bir çox önəmli və əsasi məsələrlə bağlı ikili standardların uyğulanmasıdır. Onlar, Türk millətinin fars faşizmi və müstəmləkəçi İran dövlətinə qarşı apardığı haqlı mücadiləsini və Güney Azərbaycan milli azadlıq və qurtuluş hərəkatıının tam demokratik bir hərəkət olmasına rəğmən pantürkizmlə əlaqələndirib, həm də onu təxrib etmək amacıyla heç durmadan bu hərəkatı Türkiyə və Quzey Azərbaycan dövlətlərinə bağlı olmaqda ittiham etməkdədirlər. Lakin bu paniranist qüvvələr, kürd parti və qurumlarının qatı irqçı olduqlarını və bütün qonşularına olan torpaq iddialarını, başqa millətlərin İraq və Suriyədə vəhşicəsinə öldürülməsini və öz doğma yurdlarından qovulduqlarını, həm də onların təpədən-dırnağa qədər Amerika başda olmaqla Qərb dövlətlərinə, İsrail, İran, Yunanıstan, Suriyə, Ermənistan və başqa dövlətlərə bağlı olduqlarını görməməzlikdən gələrək bu haqda tamamilə susmaqla yanaşı, qeydsiz- şərtsiz onları dəstəkləməkdədirlər.

Fars şovinistləri və bütün paniranist qüvvələr tərəfindən PKK, PYD, YPG, PEJAK və başqa Kürd parti və qurumlarının dəstəklənməsi və onların Azərbaycan milli azadlıq və qurtuluş hərəkatına olan nifrəti bizi heçdə təəccübləndirmir. Lakin qəribə olan Məmməd bəy və onun simasında sözdə solçu azərbaycanlıların milli hərəkatımıza olan mövqeyi və bunun tam əksinə kürd teror təşkilatlarına olan sonsuz sevgi, məhəbbət və səmpatiləridır.      

PKK, PEJAK, PYD və YPG sevdalısı olan təkcə Məmməd bəy deyildir və bu gün onun kimi bir çox İran mərkəzli solçu azərbaycanlıların böyük bir bölümü örnəyin, Əşrəf Dehqani, Yunis Şamili, Bəhram Rəhmani, Təbriz Demokratları və başqalarının paniranizmin təsirindən dolayı, eyni qatı paniranistlər kimi bu terorçu təşkilatları dəstəkliyərək onları demokratik və inqilabçı qüvvə olaraq göstərmələdir. Burada təəccübli olan budur ki, onlar bu terorçu kürd parti və qurumların hansı siyasi amaclara qulluq etdiyini və onların Amerika başda olmaq üzrə Qərb dövlətlərinin maşaları olaraq, onların əmri altında fəaliyyət göstərdiyini bildiyi halda, nədən və hansı prənsiplər əsasında onları müdafiə edirlər.

Qeyd etmək lazımdır ki, Kürdüstan İşçi Partisi yaxud qısa adıyla deyilən PKK, 27 noyabr 1978-ci ildə Abdullah Öcalanın başçılığında və 25 nəfərin iştiraki ilə Diyarbəkirə bağlı Licə,nin Ziyarət kəndində qurulmuşdur. PKK, Marksizm-Leninizm ideolojisi əsasında və bir sol parti olaraq qurulsada get-gedə bu ideoloji və öz keçmişdəki düşüncələrindən uzaqlaşaraq, 1990-cı illərin başlarından etibarən Amerika başda olmaq üzrə Qərb dövlətlərinin alətinə çevirlərək, tamamilə bu dövlərlərin qulluğunda olmuşdur.

PKK ilk qurulduğu illərdən etibarən bir iddialı sol parti olmasına rəğmən bütün əxlaqi, insani və inqilabi prənsipləri ayaqları altına alaraq hər cürə irənc və qeyri-əxlaqi işlərə bulaşıb və beləliklədə bir mafiya qurumuna çevrilmişdir. Yabancı güclərə dayanaraq mücadilə vermək və qarşiya qoyduğu amacına bu şekildə çatmaq anlayışı, PKK’nın mayasında olmuşdur. Bu partinin, ortaya çıxdığı ilk gündən bu yana dəyişməyən özəlliyi budur.

1974-75-ci illərində, Ankara’da hələ kiçik bir öyrənci qrupu iken MİT ile başlayan ilişkilər 1980-dən sonra Suriyə muxaberatı ile davam etmişdir.

Bu illərdən etibarən PKK faşist İran İslam rejimilə də əlaqədə olub, Türkiyə və Türk düşməni olan bu rejimin Urmudaki inqilab keşikçilərinin Urmu gölü sahilində olan Gölmanxana garnizonunda bir çox PKK,lının eyitim aldığını bilirik.

PKK və onun Suriyə və İran qolları olan PYD, YPG və PEJAK kimi terorçu kürd təşkilatlarının birbaşa və açıq şəkildə Amerika və onun istexbarat servisi olan CİA qulluğunda olması artıq gizli və kimsəyə sır deyildir.

PKK,nın arxasını dayadığı yabancı güc 1991-ci ildə Birinci Körfəz Savaşı,nın ardından Amerika olmuştur. PKK-Amerika əlaqələrini, bir zamanlar Öcalan’ın ən yaxınlarından olub və ayrıldıqdan sonra Öcalanın əmrilə öldürülən Kani Yılmaz (Faysal Dunlayıcı) öz xatirələrində belə anladır:

"Güney Qibris’də CİA görəvliləriylə görüşəcəydik. Görüşmədə Amerika tərəfinə nələr söyləyəcəyimizi yazıp təyid üçün Öcalan’a verdik. Öcalan ona verdiyimiz mətni alıp yırtdı. Sonra önümüzə ağ bir kağız qoydu və;“Amerika’lıların önünə bir ağ kağız qoyacaqsınız və “Nə yazarsanız qəbulumuzdur” diyəcəksiniz. Amerika kimi bir güclə ilişki, bu şəkildə olur" dedi.

Bu gərçək məsələ, Amerika-PKK əlaqələrini çox gözəl şəkildə göstərir. PKK, Birinci Körfəz Savaşı’nın ardından özünü, tamamilə Amerika,nın bölgə planlarına bağlamışdır. Abdullah Öcalan, 1999-cu ildə Türkiyə,yə gətirildikdən sonra CİA tərəfindən necə yönləndirildiklərini böyük bir səmimyiyətlə anlatmışdır.

Məmməd bəy Azadgər və onun kimi düşünənlər, demokratik və inqilabçı bir qüvvə kimi göstərməyə çalışdığı PKK teror təşkilatı və onun Suriyə və İran qolu olan PYD, YPG və PEJAK kimi qurumlar, sözdə Kürd millətinin milli haq və hüquqları uğrunda mücadilə vermək iddiasında olsalarda, tam anlamıyla desək narkotik maddələrinin qaçaqmalçılığı ilə məşğul olan bir mafiya təşkilatı sayılırlar.

Almaniya prokurorunun (dadsitanının) söylədiyinə görə, Almaniya,ya gətirilən narkotik maddələrin 80 faizi PKK-nın vasitəsi ilə bu ölkəyə gəlir.

İnterpolun rəsmi raportlarına görə teror təşkilatı PKK, Avropanın narkotik maddərərinə olan ehtiyacının 85 faizini təmin etməkdədir.

PKK-nın, yalnız Avropa bazarlarındaki narkotik maddərərin ticarətindən əldə etdiyi illik gəlir 1,5 milyard dolardır. Narkotik qaçaqmalçılığndan əlavə insan və silah qaçaqçılığı, yol kəsmək, zorakılıq, qara pul yumaq, əsnaf və işadamlarından bac almaq PKK-nın əsas gəlir qaynaqlarından sayılırlar.

PKK-nın ticarət və başqa ünvanlar adı altına açdığı şirkətlər, ancaq narkotik qaçaqmalçılığı ilə məşğul olmuşlar.

Vikileks, PKK-nın rəhbər kadrlarından olub və onların narkotik maddərəinin tranzetində böyük rolunun olduğunu ifşa etmişdir.

Vikileksin yayınladığı xəbərə görə Cəmil Bayık, Duran Kalkan, Rəmzi Kartal, Səbri Ok və Adəm Uzun Amerikada keçirikən bir məhkəmədə PKK-nın mərkəzi kadrlarından olan bu şəxsləri dünyada heroyin və kimiyəvi psixotrop həblərin tranzitində ittiham etmişdir.

Bu məhkəmə bu şəxslərin yaxalanıb və tezliklə mühakimə olmalarının əmrini vermişdir.

25.12.2018

Ardı var