ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (17-ci bölüm)

7-Güney Azərbaycan Türklərinin qurtarıcısı və yardıma gələn müstəmləkəçi Türk Osmanlı dövlətinin işğalçı ordusu!!??

Məmməd bəy Azadgərin Türk milləti və Güney Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının bir çox əsasi və həssas məslələrində olduğu kimi keçdiyi qırmızı çizgilərindən biridə, onun tamamilə laqeyd olub görməməzlikdən gəldiyi Erməni və Asuri canilərinin Urmu, Salmas və Xoy vilayətlərində Türk millətinə qarşı vəhşicəsinə törədikləri soyqırıma son vermək məqsədilə canlarını heçə sayaraq yardıma gələn Türk qoşunlarını həyasızcasına işğalçı və Türk Osmanlı dövlətini isə müstəmləkəçi olaraq göstərməsidir.

Bu alçaq iftiralar və çirkin ittihamlar elə bir halda baş tutmuşdur ki, müstəmləkəçi Çar Rusiyasının qoşunları birinci dünya savaşından çox öncədən ölkənin quzeyini və İngiltərə qoşunları isə savaşın başlanmasıyla onun güneyini tamamilə işğal edrək, əhalıyə qarşı özəlliklə vətən sevər insanlara qarşı heç bir basqı və cinayətdən əsirgəməmişilər.

Məmalike Məhruseye Qacar-Türk dövlətinin tərəfsiz olmasına rəğmən onun suverenliyini heçə sayaraq, bu müstəmləkəçi dövlətlər tərəfindən işğal olunmasını bilərəkdən görməməlikdən gəlib, Osmanlı Türk qoşunlarının keçici olaraq sadəcə Türk millətimizi vəhşi bir soyqırımdan qurtarmaq amacıyla Azərbaycan torpaqlarına gəlməsini qabarıq şəkildə işğalçı görmək tamamilə insanlıqdan, əxlaqdan, insafdan və vicdandan heç nə anlamayan və onlardan nəsibini almayan kəslərin işidir.

Məmməd bəy və İran mərkəzli sol parti və qurumlara bağlı olan iddialı solçu azərbaycanlı Türklərin böyük əksəriyyəti, Türk düşmənçiliyindən dolayı eyni fars şovinistləri kimi davranaraq kobudcasına, həm də olduqca əxlaqsızcasına bütün tarixi gərçəkləri bilərəkdən saxtalaşdıraraq, yalan dolu rəzil ittihamlar və çirkin iftiralarıyla uzun illərdən bəri Türkiyə dövləti və millətinə qarşı belə təxribatlar aparmaqdadırlar.

Məmməd bəyin müstəmləkəçi və işğalçı dediyi Osmanlı dövləti və Türk qoşunlarının bu unudulmaz və təmənnasız yardım və dəstəyi, həm də Azərbaycanın ən dəhşətli bir tarixi şərayitində və ən ağır və çətin günlərində onun harayına çatması, ancaq onların öz insani, qardaşlıq, qonşuluq və əxlaqi görəvlərini, eyni zamanda öz dini vəzifələrini yerinə yetirmək məqsədilə baş tutmuşdur. Bu məsələnin ən iyrənc və ən əxlaqsız tərəfi onun eyni Türk düşməni olan qatı bir panfarsist kimi bu ağır və olduqca çətin bir dönəmdə və Güney Azərbaycanın qərb bölgələrində Türk millətinin ölüm-qalım mücadiləsi verdiyi bir tarixi şərayitdə onun təkcə umudu olan Osmanlı Türk dövləti və onun qoşunları olmasına rəğmən onlara işğalçı deyib və onları müdafiə edənləridə iftira dolu sözlərlə təhqir edərək belə yazır:  

"İşğalçı Osmanlı hərbi qüvvələrini qurtuluş ordusu olaraq göstərib və keçmişdə Osmanlı dövlətinin himayəsi altında olmanı bu gün müdafiə edənlər yalnız satılmış, nökər süfət və sümüklərinin iliyinə qədər gerici insanlar ola bilərlər. Qafqazda olan iranlı mühacirlər və onların dərnək və partiləri, çökməkdə olan Osmanlı dövlətinin müstəmləkəçilik siyasətinə qarşı ayağa qalxaraq, mübarizə aparmalarında tamamilə haqlı olmuşlar."

Məmməd bəyin bir çox əsası və önəmli məsələlərdə olduğu kimi, Osmanlı dövləti və Türk qoşunlarının yardıma gəlməsilə bağlı tutduğu mövqe, qatı Türk düşməni olan fars şovinistləri, eləcə də cinayətkar İran İslam reijimi başda olmaq üzrə fars faşizminin mövqeilə tamamən üst-üstə düşməkdədir. Buda heç təsadüfi deyildir, çünki Məmməd bəy öz yazısında toxunduğu bütün məsələlərdə Azərbaycan Türk milləti və Güney Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının bütün qırmızı çizgilərini keçməklə bütün düşmənlərimizə yaşıl çiraq verməkdədir.

Son hadisələr, yəni onun yersiz bəhanələrlə mənsub olduğu Azərbaycan təşkilatından ayrılıb, ona qarşı bəzi ittihamların irəli sürməsidə onun fars şovinistləri və bütün paniranist siyasi parti və qurumlarına yaltaqlıqla yanaşı, gələcəkdə fars şovinistlərindən bir məqam almaqdan başqa bir anlamı yoxdur və buda bu deyilənlərə aydın bir sübutdur. Ancaq görünür ki, Məmməd bəy Azadgər kabab iyisinə gedir, təəssüflər olsun ki, o bilmir eşşək dağlırlar!!    

Burada göründüyü kimi Məmməd bəy və İran mərkəzli sol parti və qurumlarda fəaliyyət göstərən bir çox solçu azərbaycanlılar, bu gündə olduğu kimi, keçmişdə də Qafqazda yaşayan iranlı mühacirlər və onların dərnəkləri, İran Ədalət partisinin siyasi təsiri altında olub, Türklərin və Osmanlı dövlətinin qardaşlıq görəvi əsasında və yardım amacıyla Azərbaycana gəldiklərinə baxmayaraq, Türklərin əleyhinə olub və bir düşmən kimi onlara qarşı mübarizə aparmışlar.      

Osmanlı Türk qoşunları təkcə Güney Azərbaycanı yox, həm də Nuru Paşanın komandanlığında Quzey Azərbaycanda Daşnak Erməni-Bolşevik və İngiltərə işğalçı qoşunlarına qarşı savaşda qələbə çalaraq 1918-ci il sentyabr aynın 15-də Bakını onların işğalından azad etmişdir. Azərbaycanın yox olma təhlükəsilə qarşı-qarşıya gəldiyi bu dövürdə, Türk millətimizin Osmanlı dövlətinə müraciəti və təcili yardım tələbi əsasında Nuru Paşa komandanlığı altında gələn Türk qoşunları, beş aydan artıq sürən və 1132 Türk əsgərinin şəhid olduğu hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqları tamamən işğaldan azad edilərək, onun ərazi bütövlüyüdə təmin edilmişdir.

Bu tarixi bir gərçəkdir və kimsə bunları dana bilməz, çünki əgər qardaş Türk qoşunlarının Azərbaycanda öz bacı-qardaşlarına etdiyi təmənnasız hərbi yardımları və birbaşa dəstəkləri olmasaydı bu gün dünya xəritəsində Azərbaycan çümhuriyyəti adında bir dövlət olmuyacaqdır, ona görə ki, bəlgələr əsasında onun torpaqları Qondarma Ermənistan, Gürcüstan və Rusiya arasında bölünüb paylanılması nəzərdə tutulmuşdur. Lakin Azərbaycan torpaqlarının Osmanlı Türk qoşunları tərəfindən qurtarıldıqdan sonra, Məmməd Əmin Rəsulzadənin öndərliyində yaradılan Azərbaycan xalq cümhuriyyəti, bu təhlükəni aradan qaldırmış və Bolşevik Rusiyasının planlarını tamamilə alt-üst edərək onun 28 aprel 1920-ci ildə ikinci dəfə işğal edilməsindən sonra bu cümhuriyyətin aradan qaldırılması təhlükəli və Bolşoviklər tərəfindən Sovet Azərbaycan cümhuriyyətinin yaradılması məsləhət görülmüşdür.

Azərbaycan Türk milləti, Naçıvan vilayətinin Azərbaycanın tərkibində qalmasını da Türk milləti və Osmanlı Türk dövlətinə mədyun və borclu olmalıdır, çünki faktlar əsasında 28 aprel 1920-ci ildə yaradılan Sovet Azərbaycan cümhuriyyətinin öndərləri hədiyə olaraq, Naxçıvan vilayətini qondarma Sovet Ermənistanına bağışlayır, lakin Naxçıvan əhalisinin, eləcə də Türkiyə dövlətinin bu qərara qarşı etirazı və onun Azərbaycan tərkibində qalmasına qarantorluğu, bu qərarın vaz keçilməsinə səbəb olmuşdur.

Bəllidir ki, Məmməd bəy Erməni və Asurilərin törətdikləri belə bir böyük cinayətlər və dəhşətli bir soyqırımdan tamamilə xəbərsiz olub, çünki onun bu haqda əgər bir azda olsun bilgisi olsaydı, bütün umudları hər yerdən kəsilən azərbaycanlı bacı-qardaşlarının yardımna gələn şərəfli Türk əsgərlərini utanmazcasına işğalçı və Türk millətimizin qurtarıcılarını müdafiə edənləri təhqir etməzdi. Ancaq bütün tarixi bəlgələr, şahidlər və özəlliklə Urmu, Salmas və Xuyun bu qanlı-qadalı dövrünə ayid olan 8-9 kitabda yazılan gərçəklər, Məmməd bəyin Azərbaycana və öz millətinə tamamilə qarşı olduğunu və onun qərəzli və bir tərəfli olmasının və tarixi gərçəklərin onun tərəfindən saxtalaşdırmasına şahid oluruq.

12.01.2018

Ardı var