ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (19-cu bölüm)

7-Güney Azərbaycan Türklərinin qurtarıcısı və yardıma gələn müstəmləkəçi Türk Osmanlı dövlətinin işğalçı ordusu!!??

Məmməd bəy və onun kimi düşünən, ancaq fars şovinizminin siyası çıxar və mənfətlərini hər zaman üstün tutub paniranizm mövqeyindən çıxış edən sağçı və solçu azərbaycanlılar, 100 il boyunca Erməni və Asurilərin Azərbaycan və Türk millətinə qarşı apardığı qeyri-insani soyqırımı və vəhşicəsinə törətdikləri cinayətləri görməməzlikdən gələrək susub və hər zaman onları ört-basdır etməyə çalışmışlar.  

Gərçək budur ki, 1917-18-ci illərdə Erməni və Asurilər tərəfindən Güney Azərbaycanın Urmu, Salmas, Köhnə Şəhər, Xoy və başqa şəhərlərində dəhşətli soyqırım və qətiamlara məruz qalan günahsız millətimizin yardımına gələn Türk-Qacar dövləti və onun əsgərləri deyil, bəlkə Məmməd bəyin əxlaqsızcasına, həm də tamamilə vicdandan uzaq bir şəkildə təhqir edib işğalçı göstərdiyi qəhrəman Türk əsgərləri olmuşdur.

Qeyd etmək lazımdır ki, uzun illərdən bəri İngiltərə dövlətinin göstərişi və planları əsasında qatı Türk düşməni olan fars şovinistləri Türk-Qacar dövlətinin içinə sızaraq onun içində yuvalanmışlar. Onlar, bu dövlətin qulluqçuları və bir başa casus və maşaları olub zaman-zaman bu Türk dövlətinin bütün dövlət ərkanlarını, eləcə də dövlətin qorunub ayaqda qalmasında əsas qüvvə olan ordusunu tamamilə öz əllərinə keçirərək onu yönəldib və sonunda bu gün şahid olduğumuz kimi onun qatı irqçı bir fars dövlətinə çevrilməsinə nayil olmuşlar.

Bu səbəbdən dolayı, yəni Türk Qacar dövlətinin tamamilə İngilisin amilləri olan fars şovinistləri tərəfindən yönəldilməsi üçün bu dövlət, nəinki qətiamın dayandırılması və üstəlik qarş hücuma keçmək məqsədilə heç bir hərbi yardım göndərmir, hətta öz azərbaycanlı təbələri və vətəndaşlarının soyqırımına heç bir reaksiya göstərmədən, inanılmaz bir soyuq qanlılıqla bu qeyri-insani cinayətlərə və ağıla sığmayan faciəyə sadəcə seyrici qalmışdır. Sözdə Türk olan Qacar dövləti, heç bir suçu olmayan bu günahsız insanların qətliamına, hətta dövlət adına formalitədə olsa quru bir etirazda belə etməmişdir. Bu laqeydliyə həm də əlavə səbəb, Türk Qacar dövlətinin zaman içində öz kökündən uzaqlaşaraq asimilə olub, tamamilə farsların içində əriməsi olmuşdur.

Burada açıqlanması gərəkən çox vacib və bu günə qədərdə toxunulmayan, həm də çox təəccübləndirici məsələlərdən biridə budur ki, əcəba nədən özlərini ümmülquraye islam bilən bu şüubiyyəçi şiiə fars və azərbaycanlı mollalar, şiiələrə qarşı belə bir dəhşətli cinayətlər qarşısında susuaraq səssiz qalmışlar.

Gərçək budur ki, bu şüubiyyəçi şiiə fars mollalarının susmalarının əsas səbəbi, onların Türklər başda olmaq üzrə bütün qeyri-fars millətlərə qatı düşmən olmaqla yanaşı, həm də öz şərəf, vicdan və namuslarını satıb tamamilə ingilis dövlətinin amilləri və muzdluları olmalarıdır. Bu fars mollaların azərbaycanlı şiiələrinin qətliamına qarşı belə iyrənc davranışı onların qatı Türk düşməni olduqlarından dolayı təbii sayılsada, onların qulluqçuları olan üzdən iraq manqurt azərbaycanlı şeyx, seyid və mollaların millətimizə qarşı törədilən bu cinayətlərlə bağlı tamamilə susub səssiz qalmaları əsla və heç bir şəkildə qəbul edilməzdir və buda onların öz vətənləri Azərbaycan və millətinə böyük xəyanət deməkdir.

Baxmayaraq ki, bu qətiamlarda bir neçə seyid, şeyx, molla və ailələridə Erməni və Asurilər tərəfindən vəhşicəsinə öldürülmüşdür, ancaq bu canilər kimsənin göz yaşlarına və heş nəyin ağına-qarasına baxmayıb qarşılarına çıxan kimsəyə rəhm etməmişlər.

Hər halda İngiltərə dövləti öncədən bu haqda tapşırıq verməsi gərəkirdir ki, bu məsələnin unudulması onun öz mollarının da ayağını tutmuşdur!!

Qaranlıq və cəhalət dünyasının təmsilçiləri olan bu şüubiyyəçi şiiə mollalar, hər zaman cəhalət, nadanlıq, mövhumat, xurafat və bütün pisliklərin və fəsadların simgəsi olaraq bütün insani və əxlaqi dəyərlərdən yoxsun olmuşlar.

Bu qaranlıq dünyasının təmsilçilərinin istər Nəcəfdə oturan sözdə Ayətullahlarından, istərsədə Qum, Məşhəd, isfahan və Məmaleke Məhruseye Qacarın başa-başında və özəlliklədə Azərbaycanda olan onminlərlə şeyx, seyid və mollasından şərəfli, qeyrətli və cəsarətli bircə nəfəri belə tapılmadı ki, bu soyqırıma qarşı çıxaraq ona dur desin, yaxud əvam insanların içində olan nüfuzundan istifadə edərək öz fətvasıyla kütləni ayağa qaldırıb və onların öz dililə desək bu govurlara qarşı müqavimət və mbarizəyə çağırsın.

Gərçək budur ki, bu cəhalət və qaranlıq mərkəzlərini yönəldənlərin bir başa ingilis istixbarat servisi olan İntelecent servisə bağlı olduqlarından dolayı və özəlliklədə bu mərkəzlərin başında olan və onları yönəldən şüubiyyəçi MASON və "Mərcə Təqlid" deyilən mollalar, ancaq və ancaq Türklərə və Azərbaycana nifrət edib və onlara qatı düşmən olduqları üçün, şiiə Türklərin dəhşətli soyqırımına göz yumaraq ona tamamilə səssiz qalmışlar.

Əslində bu fars şüubuyyəçi şiiə mərkəzlərinin belə bir böyük faciəylə bağlı susub və ona səssiz qamaları bu cinayətlərin nəinki təyidi, həm də açıqcasına cinayətkar Erməni və Asuri quduzlarının arxasında durub onları dəstəkləmək deməkdir. Necə ki, Türk və Azərbaycan düşməni olan faşist İran İslam rejimi, Azərbaycan cümhuriyyəti öz istiqlaliyyətini əldə etdikdən sonra, onun ayrılmaz tərkib hissəsi olan Qarabağ və ətrafındaki rayonların Ermənilər tərəfindən işğal edilməsində onlara hər cürə maddi və siyasi dəstək və yardımlarından əsirgəməməmişlər.

Gərçək budur ki, fars şovinizminin təmsilçiləri olan şüubiyyəçi Mason fars mollalarının bu böyük rəzaləti və həyasızlığı bizi heçdə təəccübləndirmir, lakin bizi təəccübləbdirən bəzi istisnalar olmaqla Azərbaycanın satqın və fars şovinizminin nökərləri olan manqurt mollaların din və allah adı altında öz vətinləri və öz millətlərinə etdiyi inanılmaz xəyanətidir. Onlar, Azərbaycanda cəhalət və qaranlıq dünyasının təmsilçiləri olaraq şiiə-fars şüubiyyəçi mərkəzlərinə bağlı olub və onların vətənimizdəki quyruqları sayılaraq, yüz illərdən bəri bu din mərkəzlərdə təlim-tərbiyə aldıqları üçün Güney Azərbaycanın və Türk millətimizin bu günki acınacaqlı duruma gəlməsində onların bir başa böyük rolu olmuşdur.

Lakin bu cəhalət carçıları insanların bütün özəl yaşamlarına qarışmağı özlərinin əsas görəvi sayaraq, bir çox hallarda önəmsiz bir kiçik məsələ ilə bağlı fətva verib, məsum insanların zəyif tərəfini qullanaraq çox məharətlə və bir teatır oyunçusu kimi əvam kütləni tərhrik edərək ayağa qaldırmağı bacarıb, aydın və qabaqcıl insanların ölüm əmrini verərək bir anda onlar və yüzlərlə günahsız insanın qanının tökülməsinə səbəb olmuşlar.

Azərbaycan Türk milləti belə alçaq, satqın, manqurt olan tumanı cırıq şüubiyyəçi şeyx, seyid və mollaların vəhşicəsinə verdikləri öz ziddi-bəşəri şərii fətvalarıyla bir çox qəhrəman qız və oğullarını qurban vermişdir. Örnək olaraq, Seyid Yunis Nəcəfi Ərdəbili, Mirza Hüseyn Vaiz, Şeyx Hadi Nəyyiri, Şeyx Ələkbər Zəncani, Seyid Mahmud Taliqani və başqaları kimi satqın və şərəfsiz şahçı mollalar, Azərbaycan milli hökumətinə qarşı cahad hökmü verərək qəhrəman fədayilərimizin və Azərbaycan Demokrat Firqəsinə bağlı və ona üzv olan şərəfli insanların canı, malı, namusu və qanlarının tökülməsinin vacib və həlal olduğu fətvasını vermişlər.

1946-cı ildə bütün fars şovinistlərinin "Ata Taliqanı" dediyi şüubiyyəçi bir molla, cəllad Şah və qan içən İran qoşunlarını Zənganda quran altından keçirərək demokratların qanı həlaldır deyə, Türk millətinin şərəfli və qəhrəman qız və oğullarının şərii bir fətvayla ölüm hökmlərini vermişdir.

Zəngan, Miyana və başqa şəhərlərdə Şahçı və Azərbaycan düşməni olan cani və manqurt mollalar fədayilərin və demokratların qanı, namusu və malı həlaldır deyə verdikləri fətvalarıyla qatillərdən, qəməkeşlərdən, fahişə xanalardaki məhəbbət dəllallarından ibarət olan quldur şahçı sürüsü, hər iki şəhərdə sıraya düzülərək polis mərkəzinin qarşısında Demokrat Firqəsinin bir neçə şərəfli və qəhrəman fədayi qadınlarına təcavüz etmişlər.

Miyana şəhərində belə bir ziddi-bəşəri fətvanı verən rəzil molla, Şeyx Hadi Nəyyiri adlı bir şərəfsiz şahçı molla olmuşdur ki, Azərbaycan Demokrat firqəsinin qadınlar təşkilatının qəhrəman üzvü olan Əzizə xanım və başqalarının   təcavuznun fətvasını vermişdir.

Bu məsələnin burada açıqlnmasından məqsəd budur ki, öz millətinə qarşı hər zaman cahad hökmü vermyə hazır olan mollalar, onun govurlar tərəfindən dəhşətli qətliamlara məruz qalmasına, eləcə də gəlin qız, qadınların təcavuzlərə məruz qalıb yüzlər və milərlə günahsız uşaq, gənc, qoca, qız və qadınların məscilərdə vəhşicəsinə öldürülüb sonrada yaxılmasına səssiz qalaraq susanların bu cani və qatillərlə eyni cinsidən olmuş və onlarla heç bir fərqiləri olmamışdır.

Yuxarıda açılıq gətirdiyim bəzi vacib məsələdən məqsəd Güney Azərbaycanın qərb bölgələrində Türk millətimizin necə ağır və dəhşətli bir ruhi-rəvani şərayitdə olmasını və dörd bir yandan yırtıcı vəhşi heyvanların arasında məhsur qalaraq heç bir yerə qaçacaq yolunun olmamasını göstərib, umudları yerdən-göydən kəsilərək təkcə umudu yalnız bizə qardaş olan Türk milləti və onun qəhrəman əsgərləri olmuşdur.        

Ancaq, çox təəssüflər olsun ki, Urmu, Salmas, Köhnə Şəhər və Xoy şəhərlərinin bu qanlı-qadalı günlərində Erməni və Asuri canilərinin cinayətlərini durdurub və onların silahlı qəddar dəstələrinə qarşı savaşmaq üçün Azərbaycanın başqa şəhərlərindən də heç bir yardım gəlməmişdir.

Hətta Şeyx Məhəmməd Xiyabaninin bu zaman Azərbaycanda böyük bir siyasi güc və nüfuza malik olmasına rəğmən təəssüflər olsun ki, onun tərəfindən gözlənilən heç bir yardım və hərbi qüvvə gəlməmişdir və millətimizi Erməni və Asurilərin vəhşiliklərinə qarşı səfərbər etməsi üçün də heç bir addım atılmamışdır. Bu məsələnin özüdə böyük bir sorğu əlamətidir. Əcəba nədən bütün Azərbaycanın umudu olan həm də onun qibləgahı olan Təbrizdən belə bir yardım gəlməmişdir!!??

02.02.2018

Ardı var