yarı Hənək - yarı Dəyənək
tartışmaq içində halıma ağladı malla
nazil edərk ayə , sigar çağladı malla
baxdı gözümə söylədi biçarə yanarsan
hədis oxudu ağzımı bərk bağladı malla
dedim ağa bil məndə baxış çox sekulardı
tez etdi şəhid , qəlbləri dağladı malla
olma sekular söylədi ! kafər demək imiş
cənnət vədəsin verdi məni yağladı malla
dedim ağa can istəmirəm əhli deyilləm
oldu bədəvi gör necə o şağıladı malla
başladı mənə adəmi , həvvani , tanıtsın
ya buğda ya alma topuna bağladı malla
göstərdi çəba ta məni o dinə gətirsin
o qədər danışıb millətə sarsaqladı malla
zalim balası verməz əmək əngi boş imiş
yordu məni bərk sonda özü tığladı malla
haram yeməyə adəti var , hər nə desən de
şişdi yeyərək köpdi bütün lığladı malla
bu gün ucada taxda oturub , dilli dilənçi
oradan aşağa kəlləmizə qığladı malla
əlində çubuq taplayacaq hər kəsi görcək
solda məni , sağda kimi o sağladı malla
aydınla ziyalı çalışır , bir pəncərə açsın
tutub bacanı , pəcərəni zığladı malla
xəlvətdə gülür millətimə gör nəyə qadir
qoy zillətə gülsün ! əbədi ağladı malla
çox şişmə Eşilbax belə ki sən sekularsan
pis günə qoyan milləti o lağ-lağı malla
Eşilbax 11.05.2018
یارئ هَنَک - یارئ دَیَنک
تارتئشماق ایچنده حالئما آغلادئ ماللا
ناذل اِدَرَک آییه سیگار چاغلادئ ماللا
باخده گوُزوُمه سویلدی بیچاره یانارسان
حدیث اوخودو آغزئمئ بَرک باغلادئ ماللا
دئدیم آقا بیل ! منده باخئش چوخ سکولارده
تئز اِتدی شهید ، قلبلری داغلادئ ماللا
اولما سکولار سویلدی ! کافر دمَک ایمیش
جنّت وعدئسین وردی منی یاغلادئ ماللا
دِدیم آقا جان ایستَمیرَم اَهلی دییللم
اُلدو بَدَوی گور نئجه اُو شاغئلادئ ماللا
باشلادئ منه آدم له ، هووانئ ، تانئتسئن
یا بوغدا یا آلما توپونا باغلادئ ماللا
گوستردی چابا تا منی اُو دینه گتیرسین
او قدر دانئشئب آز قالا سار ساخلادئ ماللا
ظالیم بالاسئ ورمز اَمَک اَنگی بوش ایمیش
یُوردو منی بَرک سوندا اوُزو تئغلادئ ماللا
حارام یِمَیه عادتی وار، هر نه دئسن ده
شیشدی ییرک , کوُپدو بوتون لئغلادئ ماللا
بو گوُن اوجادا تخته اوتوروب دیللی دلاور
اورادان آشاغا کلله میزه قئغلادئ ماللا
اَلینده چئبوق تاپلایاجاق هر کسی گورجک
سولدا منی او ساغدا کمی ؟ ساغلادئ ماللا
آیدئن , ضئیالی چوخ چالئشئر پنجره آچسئن
توتدو باجانئ , پنجرنی زغلادئ ماللا
خلوتده گولر مللتهَ ! بس گور نَیه قادیر
قُوٌی ذللته گولسون عبَدی آغلادئ ماللا
چوخ شیشمه اِشیلباخ بئله کی سن سکولارسان
پیس گونه قویان مللتی او لاغ لاغئ ماللا
اِشیلباخ 11.05.2018