ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (21-ci bölüm)

8-Həqiqi Milli qəhrəman və milli şəxsiyyətlərimizə təhqir kampaniyası Əcəba kimlər milli qəhrəman və milli şəxsiyyət sayılır!?

Məmməd bəy Azadgərin keçdiyi qırmızı çizgilərindən biridə özünü Türk və Azərbaycanlı bilən milli şəxsiyyətlər və milli qəhrəmanlarımıza olan kiynə, nifrət və onlara qarşı vurduğu ağır ittihamlar və apardığı təhqir və böhtan kampaniyasıdır. Məmməd bəy, Cəmşid Xan Məcd ülsəltənə Əfşare Urmu, Kazım Xan Quşçu, doktor Cavad Heyət və Azərbaycan demokratik cümhuriyyətinin qurucusu olan Məmməd Əmin Rəsulzadə kimi böyük qəhrəmanlar və şəxsiyyətlərimizin dəfələrlə adlarını çəkib və onları təhqir dolu sözlərlə utanmadan satqın, pantürkist, Osmanlı dövlətinin əlaltıları və nökərləri göstərəməyə çalışmışdır. Beləliklədə Məmməd bəy solçu azərbaycanlılar da daxil olmaqla bütün paniranistlər kimi öz Türk düşmənçiliyini açıqcasına göstərməkdədir.

Nədən Məmməd bəy və onun fikirdaşları özəlliklə də Məşrutə hərəkatı dönəmi və ondan sonra yaranan sözdə milli məclis vəkillərinin böyük əksəriyyətinin mason olub İngilis və yaxud Rusiya dövlətinin amilləri və qulluqçuları olduqlarıdan, həm də bu dövlətlərin işğalçılığından söz etmir və heç nə yazmırlar. Lakin bir Türk dövləti, öz bacı-qardaşları olan Azərbaycan Türklərinə onun dar günündə yardımına gəldiyində, onlara qarşı gözəl münasibətdə olanları pantürkist və satqınlıqda ittiham edərək Osmanlı dövlətinin nökərləri kimi göstərirlər.

Burada çox aydıncasına görünür ki, öz milli varlığını, milli kimliyini ayaqları altına alıb və bir Azərbaycan Türkü olduğunu danıb özlərini ancaq iranlı bilərək İran uğrunda can verməkdən belə əsirgəməyənlər, İran dövləti eləcə də sağçı-solçu paniranistlər tərəfin böyük adlar və ləqəblərlə təltif edilərək mükafatlandırılmışlar.

Fidel Kastronun toxunduğumuz bu məsələilə bağlı gözəl bir sözü var və buda çox gözəl şəkildə onu özündə əks etdirir.    

"Əgər düşmənin sənə ödül verirsə, səndə bir satqınlıq və eybəcərlik var deməkdir."

Lakin öz milli varlığı və milli kimliyi üzərində dayanaraq hər nədən öncə azərbaycanlı və bir Türk olduğunu dönə-dönə vurğulayıb öz şanlı və şərəfli tarixi ilə qürur duyanlar, bütün sağçı və solçu paniranistlər tərəfindən xayin olaraq pantürkist damğası vurulub və adlarının çəkilməsinə belə yasaq gətirilmişdir. Güney Azərbaycanın bir çox belə böyük, şərəfli və qəhrəman insanları və milli şəxsiyyətləri olmuşdur ki, İran dövləti və fars şovinistləri tərəfindən belə iyrənc iftiralarla adlarına yasaq gətirilib və bu gün hətta quru bir adı da belə onlardan əsirgəmişlər.  

Azərbaycan və ümumiyyətlə Türk milləti tarix boyu dillərdə dəstan olan böyük qəhrəmanlar, görkəmli tarixi və milli-siyasi şəxsiyyətlər, eləcə də elmi, ədəbi, musiqi və başqa sahələrdə olduqca dəyərli alimlər və ədiblər yetişdirərək elm aləminə və bütün bəşəriyyətə bəxş etmiş və öz şanlı şərəfli tarixinin heç bir dönəmində bütün dünyaya örnək ola biləcək qəhəmanlardan və hər sahədə yetirdiyi böyük şəxsiyyətlərdən boş olmamışdır.

Qəhrəmanlar və böyük tarixi və milli-siyasi şəxsiyyətlər bəlli bir tarixi şərayitdə yaranır və hər tarixi bir dönəm öz ictimi, siyasi və iqtisadi şərayitinə uyğun və özünə xas olan siyasi öndərlər, qəhrəmanlar və tarixi şəxsiyyətlər yaradır. Milli bir qəhrəman və tarixi, milli-siyasi bir şəxsiyyət arasında bəlli bir fərq olub və hər birisi fərqli siyasi xarakter və insani xüsusiyyətlərə malik olsada, bəzən onlar elə iç-içə olub və birləşmişlər ki, onları ayırmaq mümkün olmur, örnəyin Azərbaycanın böyük milli qəhrəmanı olan Babək, eyni zamanda böyük bir tarixi-milli şəxsiyyətimiz sayılır.

Milli bir qəhrəman və milli- siyasi və tarixi bir şəxsiyyət onun hər hansı bir dünya görüşü, ideolojisi, siyasi düşüncə və əqidəsindən, eləcə də onun sinfi mənsubiyyətindən asılı olmayaraq hər zaman öz doğma vətəni və mənsub olduğu millətini hər hansı şərtlər altında olursa olsun, bütün düşmənlər qarşısında müdafiə etməli və bu yolda heç bir təviz verməməlidir.

Milli bir qəhrəman və böyük tarixi və milli-siyasi bir şəxsiyyət bir millətin hər cürə zülmə, ədalətsizliyə, ayrıseçkiliyə, basqılara və bütün haqsızlıqlara eyni zamanda yadelli işğalçılara, istismarçılara, müstəmləkəçilərə və bütün zalimlərə qarşı apardığı qutsal mücadilənin öndəri kimi onun haqq və ədalət səsi olaraq, bu mücadiləinin gedişatında onun bayraqdarı kimi ona birbaşa rəhbərlik edir.

Eləcə də milli-siyasi şəxsiyyətlər, çox hallarda öz tarixi, ictimai və siyasi araşdırmaları və yazdıqları dəyərli əsərlərilə əsir və başqa bir millətin boyunduruğu altında yox olmaqda olan bir millətin milli şüurunun yüksədilməsində və onun yenidən doğulub dirçəlişində böyük və tarixi rolları olur.

Qəhrəmanlar və tarixi-milli şəxsiyyətlər, özəlliklədə öz millətinin milli-mənəvi sərvəti sayılaraq, eyni zamanda onun tarixinin zənginliyinin göstərgəsi olub, həm də bir millətin qürur qaynağı sayılırlar.

Milli-siyasi və tarixi bir şəxsiyyət, özəlliklədə milli bir qəhrəman hansı bir xarakter və xüsusiyyətlərə malik olmalıdır. Təbiidir ki, belə böyük və şərəfli bir ünvan və ülvi bir adı qazanmaq hər kəsə nəsib olmur. Ancaq bu böyük adı qazanmanın birinci və başlıca şərti bir insanın öz doğma vətəni və milləti uğrunda çətin sınaqlardan keçib, aşılmaz və keçilməz aşırımları keçməlidir ki, öz millətinin güvən, sayqı və sevgisini qazanıb bu ülvi ada layiq ola bilsin.

Bütün bunlarda bir insandan cəsarət, şücaət, mərdlik, uzaq görənlik, müdriklik, dahilik, qoçaqlıq, sədaqət və hər bir şərəfli insana yaraşıb ona ziynət verən bütün insani, əxlaqi və inqilabi dəyərlərə malik olmasını tələb edir.

Milli bir qəhrəman və milli- siyasi bir şəxsiyyət onun hər hansı bir dünya görüşü, ideolojisi, siyasi düşüncə və əqidəsindən, eləcə də sinfi mənsubiyyətindən asılı olmayaraq, ancaq öz doğma yurdunun keşiyində durmalıdır. Eləcə də yabancı və başqa bir milləti deyil, yalnız mənsub olduğu öz millətini, öz ana dilini, mədəniyyətini, tarixini və bütün milli varlığını hər hansı şərtlər altında olursa olsun göz bəbəyi kimi qoruyub, onları bütün düşmənlər qarşısında müdafiə etməlidir.

Gərçək budur ki, Azərbaycanın bir çox tanınmış və adlı-sanlı qəhrəmanları və görkəmli tarixi və milli şəxsiyyətlərinin xaricində millətimizin içində tanınmamış bir çox elə böyük qəhrəmanları və şəxsiyyətləri olmuşdur ki, bütün fars şovinistləri və İran dövlətinin gözündə bir tikan olaraq, hər zaman onlar tərəfindən varlıqlarının ört-basdır edilməsinə ciddi şəkildə səy göstərilmişdir.

Bu dəyərli insanların bir çoxunun öz vətəni olan Azərbaycana və Türk varlıqlarına ürəkdən bağlı olduqları üçün, həm də bunlarla qürur duyduqlarından dolayı, Pəhləvi dönəmindən etibarən onlara qarşı qara yaxmalarla sadəcə qərəzli, yalan və gərçəkləri yansıtmayan bilgilər verilmişdir. Yaxud senzurlara məruz qalaraq adları tamamilə tarix kitablardan silinmiş və bu səbəbdən də təəssüflər olsun ki, onlar hətta doğulduğu kənd, qəsəbə və şəhərlərində belə tanınmamış və kimsə onların hətta adlarını da duymamışdır.

Buda qatı Türk və Azərbaycan düşməni olan faşist Fars-İran dövlətinin apardığı müstəmləkəçi siyasətinə uyğun olaraq təbii bir hal sayılır. Çünki şanlı-şərəfli Tariximizi tamamilə saxtalaşdırıb, mədəniyyətimizi və bütün milli varlığımızı və hətta vətənimizi belə yox etməyə var gücü ilə çalışıb, həm də bütün imkanlarını bu yolda səfərbər edən bu işğalçı dövlət, bir çox qəhrəmanlarımızı, milli və tarixi şəxsiyyətlərimizi, hətta Türk sülalərimizi və onların qurduqları dövlətləri belə müsadirə edərək mənimsəyib və özününki kimi bütün dünyaya göstərməyə çalışmaqdadır.

28.02 2019

Ardı var