ƏHMƏD URMUOĞLU
Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (23-ci bölüm)
Milli şəxsiyyətlər və milli qəhrəmanlarımız!
9-Cəmşid Xan Məcdülsəltəne Əfşare Urmu!
Məmməd bəy Azadgərin qatı Türk düşməni olan bütün paniranistlər kimi təhqir etdiyi və ona qarşı bir çox ağır ittihamlar irəli sürməklə ona pantürkist damğası vuraraq, təxrib etmək amacıyla Osmanlı dövlətinin qulluqçusu və amili kimi göstərdiyi böyük milli qəhrəman və görkəmli şəxsiyyətlərimizdən biridə Cəmşid Xan Məcdülsəltəne Əfşare Urmu olmuşdur.
Məmməd bəy öz yazısında Mehran bəy Baharını tənqid atəşinə tutaraq dəfələrcə Məcdülsətənə Əfşare Urmu və Kazım Xan Quşçunun adlarını gətirərək, onların haqqında təhqir dolu sözlərl və ifadələr işlədərək belə yazır;
"Mehran Bahari, Cəmşid Xan Əfşar Urmu və Kazım Xan Paşanı xəlqi və kütlə içində sevilən birisi kimi göstərmək məqsədilə, Cabbar Bağçabanı da onlarla bir yerdə qoyur, halbuki Cabbar Bağçabanın bu cəmaətilə heç bir ilişgi və yaxınlığı ola bilməz......Necə ola bilər ki, Cabbar Bağçabanın əlinə silah verib Xiyabaninin düşməni olan Cəmşid Xan Əfşarın yanında oturdasan. Bu utanmamazlığın nəhayətidir. Cabbar Bağçaban hara, Cəmşid Xan Əfşar hara? Buda bu cəmaətin özünə xas olan şivələrindəndir. Biz bu yazının yer-yerində belə bir şarlatan bazlıqların şahidi oluruq."
Bu yazının keçən bölümlərində qeyd olunduğu kimi fars şovinistləri və bütün paniranislər bizim çox dəyərli milli şəxsiyyətlərimizi və milli qəhrəmanlarımızı ya tamamilə tarix kitablarından silib və onlardan heç bir iz buraxmamışlar, yaxud çomur atıb qara yaxaraq, onlara qarşı ağır töhmət və böhtanlar vurmuşlar. Ancaq gərçək budur ki, onların özü və Fars-İran adına fəaliyyət göstərən siyasətçilərin böyük bölümü, onların bizim şərəfli insanlarımıza verdiyi bu adlara layiq olmuşlar. Çünki gərçək budur ki, sol parti və qurumlarda daxil olmaqla İran adına fəaliyyət göstərən bütün siyasi parti və qurumlar, bu gündə olduğu kimi hər zaman müstəmləkəçi və imperyalist Qərb və Şərq dövlətlərinin qulluqçuları və maşaları olmuşlar.
Hər halda birinci dünya savaşı illərində öz bölgəmizin gərgin şərayit və siyasi durumunu, Azərbaycan və Türk düşmənlərinin uydurduqları yalanlarla yox, bəlkə bütün gərçəkləri əks etdirən və hər kəsin bilməsi üçün, həm də real vəziyyətini olduğu kimi qısada olsa açıqlamaq zorundayıq.
Birinci dünya savaşı illərində (1914-18) Güney Azərbaycan torpaqları bir tərəfdən Rusiya və İngiltərə kimi böyük müstəmləkəçi və işğalçı dövlətlərin, digər tərəfdən Osmanlı-Türk dövlətinin savaş alanına çevirlmişdir. Bu zaman özəlliklə Urmu başda olmaq üzrə onun qərb bölgələri olduqca ağır bir şərayit və gərgin bir durumda dözülməz basqılara məruz qalaraq və inanılmaz faciələr və fəlakətlərlə qarşı-qarşıya gəlmişdir.
Bu səbəbdən dolayı heç bir günahı və suçu olmayan Türk millərimiz bu qeyri-insani və elan edilməmiş bu dəhşətli savaşın bütün ağırlığını öz üzərində dayşıyaraq, qəddarlıqla törədilən qətiamlara və ağıla sığmayan vəhşi cinayətlərə məruz qalmaqla, bəlkədə dünyanın heç bir yerində tayı və misli görünməmiş qorxunc və çətin bir tarixi dönəmdən keçmək məcburiyyətində qalmışdır.
Azərbaycanın əsasən Rus qoşunları, eləcə də Sayin Qala, Bicar və Həmədan kimi güney bölgələri İngilis qoşunları tərəfindən işğal edilməsi, eyni halda zaman-zaman Rusiya qoşunlarının təqibində torpaqlarımıza girən Osmanlı qoşunları arasında şiddətli savaşların və qanlı çatışmaların getməsi və üstəlik Türk millətimizin Erməni və Asurilər tərəfindən vəhşicəsinə soyqırıma məruz qalması, vətənimizin necə bir dəhşətli mənzərilə qarşılaşdığını açıqcasına göstərməkdədir. Belə acınacaqlı və fəlakətli bir şərayitin hakim olması bir dövürdə hər bir şərəfli, qeyrətli, vicdanlı və öz vətəni və millətini sevən hər bir vətən övladının Osmanlı qoşunlarının yanında olmasnı tarixi bir zərurət və bir milli vəzifə kimi ortaya qoymuşdur.
Biz hələ Osmanlı dövləti və Türk qoşunlarının millətimizə qarşı öz səmimi qonşuluq və dostluq münasibətini və onların təmənnasız uzatdıqları qardaşlıq əlini və canla başla yardım üçün gəldiklərini hətta belə görməməzlikdən gəlsəkdə, bu qəhrəman və şərəfli vətən övladlarının Osmanlı qoşunlarının yanında olub, onlarla ittifaq bağlamaqdan başqa bir yolları və çarələrinin olmadığının qənaətindəyik. Çünki Türk millətimiz Amerika, İngiltərə, Fransa başda olmaq üzrə Qərb dövlətləri və Rusiya dövlətinin hər tərəfli maddi yardımları və siyasi-hərbi dəstəklərilə Erməni və Asurilərin vəhşi və quduz qoşunları tərəfindən tam qəddarcasına qətliam olunurdu.
Bu durumu dərk edib başa düşmək üçün illa uzaq görən, müdrik və ağıllı bir siyasətçi olmağa gərək yoxdur. Belə bir dəhşətli şərayitdə siyasətdən azcada olsa anlayan hər kəsin belə bir ağır vəziyyəti anlaması heçdə çətin deyil və azca vicdanı olub qərəzli olmayanlar, bundan başqa ayrı bir çıxış yolunun olmadığını bilməlidirlər.
Lakin sırf Türk düşmənçiliyindən dolayı İran mərkəzli sol parti və qurumlarına bağlı olan azərbaycanlı solçularda daxil olmaqla bütün paniranistlər, istər o qanlı-qadalı dövürdə, istərsədə bu gün bütün gərçəkləri və belə bir şərayiti bildiyi halda, bütün gərçəkləri ayaqları altına almaqdadırlar.
Olduqca təəccübli burasıdır ki, iddialı solçu azərbaycanlılar da daxil olmaqla bütün fars şovinistləri, belə bir fəlakətli duruma və bölgədə Türk millətinə qarşı Erməni-Asuri quduzları tərəfindən vəhşicəsinə törədilən dəhşətli cinayətlərə və qətiamlara göz yumub onları görməməzlikdən gəlmələridir. Ancaq onlar, Məcülsəltəne Əfşar kimi barmaq sayda olan şərəfli, qeyrətli vətən sevər vətən övladının öncüllük edərək öz qoçaqlıq, cəsarət və fədakarlıqlarıyla məhz bu vəhşi canilərin qarşısında dayanıb və qəhrəmancasına müqavimət göstərən bu dəyərli insanları xayin, nökər və pantürkist damğasıyla ağır ittihamlara məruz qoyaraq təhqir edirlər.
Kimdir Cəmşid Xan Məcdülsəltəne Əfşare Urmu!
Məmaleke Məhruseye Qacar ordusunda bir əmir tuman (general) olaraq xidmət göstərən və Məcdülsəltəne Əfşar ləqəbilə tanınan Cəmşid Xan Subataylı Əfşare Urmu, yaxud Cəmşid Xan Ərdəşir Əfşare Urmu, Urmunun Əfşar elinə mənsub olaraq bu şəhərin başda gedən tanınmış əəyan, zadiqan və seçilmiş böyük ailələrindən biri olmuşdur. Cəmşid Xan Məcdülsəltəne Əfşar eyni zamanda 20-ci yüzildə Azərbaycanın yetişdirdiyi böyük qəhrəman və görkəmli milli şəxsiyyətlərimizdən biri olmuşdur.
Cəmşid Xan Məcdülsəltne Əfşar, bir general olaraq ləyaqətli bir hərbi, siyasi və dövlət xadimi, yazıçı və 20-ci yüzilin başlarında Azərbaycan elitəsinin şərəfli təmsilçilərindən biri olmaqla yanaşı, həm də azadlıq sevər bir aydın və eyni zamanda laik və sekular dünya görüşunə malik olan olduqca dəyərli bir milli şəxsiyyət olmuşdur.
Böyük siyasi təcrübə və dövlətçilik qabliyyətinə malik olan Məcdülsəltənə Əfşar keçmişdə Xoy hakimi və Urmunun nayib hökuməti vəzifəsində işləmişdir. O, eyni zamanda böyük bir hərbi sərkərdə olaraq birinci dünya savaşı illərində kürd əşirətlərinin ardı-arası kəsilməyən hücumlarına qarşı, eləcə də Erməni-Asuri quduzları və Rus, İngils işğalına qarşı mübarizə aparmışdır.
Cəmşid Xan Məcülsəltəne Əfşar, milli bir düşüncə və məfkurəyə malik olub Azərbaycançılıq və öz Türk milli kimliyi və milli varlığı əsasında dərin bir milli şüura sahib olan vətən sevər birisi kimi, dövrünün iddialı olan sözdə bütün inqilabçı və aydınlarından fərqlənərək Azərbaycanın dəyərli və görkəmli aydınlarından biri sayılır.
Eyni zamanda Erməni və Asuri caniləri və onları silahlandırıb hər tərəfli dəstələyən Rusiya və ingiltərə işğalçılarına qarşı apardığı mücadiləyə və göstərdiyi böyük cəsarət, qeyrət, fədakarlıq və qəhrəmanlıqlarına görə Azərbaycanın böyük milli qəhrəmanlarından biri sayılır.
13.03.2019
Ardı var