ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (24-cü bölüm)

Milli şəxsiyyətlər və milli qəhrəmanlarımız!

9-Cəmşid Xan Məcdülsəltəne Əfşare Urmu!

Məcdülsəltəne Əfşar, Rusiya və İngiltərə müstəmləkəçi dövlətlərinin işğalçı siyasətinə qarşı savaşdığı üçün dəfələrcə onlar tərəfindən tutuqlanaraq cəzalandırılıb, Tiflis, Batum, İstanbul və Tehran kimi şəhərlərə sürgün edilmişdir.

1907-ci ildə Rus ordusu tərəfindən ailəsilə birlikdə Tiflisə sürgünə göndərilən Cəmşid Xan Əfşar, 1910-cu ildə Urmuya qayıtmışdır. 1915-ci ildə Erməni və Asuri canilərinə qarşı silahlı müqavimət dəstələri yaratdığı üçün yenə Rusiya dövləti tərfindən Tiflis şəhərinə sürgün edilmişdir. Sürgün sürəsi qurtulduqdan sonra ailəsilə birlikdə İstanbula getmişdir.

1918-ci ildə Urmu və Salmasda Erməni və Asurilərin Türk millətinə qarşı apardıqları soyqırım zamanı, Cəmşid Xan Əfşar ailəsilə birlikdə İstanbulda sürgün həyatı yaşayırdı. O, neçə ay sonra bu dəhşətli faciədən xəbər tutduğunda ona dözməyib və öz millətini belə bir böyük faciədən qurtarmaq məqsədilə Osmanlı qoşunlarının tərkibində olan yerli könüllü fədayi dəstəilə birlikdə Azərbaycana qayıtmışdır.

Həyatının önəmli bir bölümünü ailəsilə birlikdə sürgündə keçirən Məcülsəltene Əfşar, 1919-cu ildə Erməni və Asurilərin ona qarşı irəli sürdükləri yersiz ittihamlarla İngilis dövlətinə müraciəti nəticəsində, Qara dənizdə olan İngilis qoşunları tərəfindən bir daha Tiflisdə yaxalanaraq Batum şəhərinə həbsə göndərilir. 10 ay ingilislərin həbsində qalıb inanılmaz çətinliklər və dözülməz əziyyətlərlə üzləşən Cəmşid Xan Əfşar, ömrünün sonuna qədər qatlandığı bu həbsin qoyduğu arizələrlə yaşamaq zorunda qalsada, nəhayət ona qarşı vurulan ittihamlara heç bir şahidin olmaması üçün azad olur.

Lakin həbsdən azad olduqdan sonra Cəmşid Xan və ailəsi ingilislərin əsarətindən qurtula bilmirlər və əsir olaraq zorla Tehrana gətirilir. Ailəsinin bütün xahiş və israrına rəğmən İgiltərə dövləti və Vüsuqüldolə başçılığında onun qulluqçusu olan İran dövləti, onların öz doğma vətənləri olan Urmuda və yaxud Tiflisdə yaşamalarına izin vermir. 2222

Cəmşid Xan Əfşare Urmu, Türk milləti və Güney Azərbaycanın çağdaş tarixində böyük və danılmaz bir rolu olmuşdur. O, istər Urmu soyqırımı zamanı Qacar ordusunda bir general kimi, istərsədə azərbaycanlı Türklərdən ibarət fədayi və partizan dəstələri yaratmaqla silahlı şəkildə Urmu, Salmas və çevrələrində Türk millətini Rusiya, Erməni və Asurilərin qarşısında müdafiə etmişdir. Cəmşid Xan Əfşar, Osmanlı ordusunun içində olan yerli könüllü fədayilərlə birlikdə Təbrizin və bütün Azərbaycanın işğalçı Rusiya və İngiltərə qoşunlarından azad edilməsində böyük rolu olmuşdur. Cəmşid Xan Əfşar Türk qoşunları tərkibində Təbrizin Rusiya qoşunlarından tamamilə təmizlənib azad edilməsində iştirak edərək zəfərlə Təbrizə varıb və Güney Azərbaycanın çağdaş və modern dövlətçilik tarixində Osmanlı dövlətinin dəstəyilə qurulan "İttihad Hökuməti"nin (8-iyun 1918-1-oktyabr 1918) baş naziri olmuşdur.

Güney Azərbaycanda ilk dəfə olaraq onun təşəbbüsü, həm də onun tərəfindən maliləşdirilən və tamamilə Türk dilində olan Azərbaycan adında həftəlik bir qəzetə Təbrizdə yayınlanır. O, eyni zamanda Mirzə Tağı Xan Rəfətlə birlikdə Azərbaycan Türkcəsi nəsrinin bu dönəm görkəmli təmsilçiləri olaraq tanınmaqdadırlar.

Cəmşid Xan Məcdülsəltəne Əfşarın başqa iddialı siyasətçilər və öz dövrünün bütün manqurt və yabancı güclərə bağlı olan bütün sağçı-solçu paniranist Türk düşmənləri olan sözdə aydınlarla fərqləndiyi önəmli bir məsələdə, onun bütün ailə üzvülərinin bir-birilə yazışma və məktublaşmaları əsasən öz Türkcəmizdə olmasıdır.

Burada Cəmşid Xan Məcdülsətəne Əfşar ailəsilə bağlı qeyd edilməsi gərəkən bir önəmli məsələdə, onun apardığı haqlı və ədalətli mücadiləsində onun bütün dəyərli aydın ailəsi hər zaman onun yanında olmasıdır.

Özlliklə Cəmşid Xan Əfşarın qızları Məsturə, Turan və Olcay Əfşare Urmu, öz milli kimlikləri olan Türk şüuruna malik olmaları, həm də bu zaman İran adlanan ölkədə xüsusilə Məsturə Əfşare Urmunun bir qabaqçıl və görkəmli demokrat şəxsiyyət kimi qadın haqları uğrunda mübarizə apardıqları diqqətə layiqdir.

Cəmşid Xan Məcdülsəltəne Əfşar haqqında uzun-uzadı yazılar yazmaq olar, ancaq məsələni çox uzatmadan "Urmu soyqırımı" məqaləsində bu böyük şəxsiyyət və milli qəhrəman haqqında yazdığım bölümü eynən burada gətirməyi məqsədə uyğun görürəm:

"Urmu soyqırımı zamanı Rusiya dövlətinin basqıları nəticəsində bir neçə azərbaycanlı silahdaşı və azadlıq sevər fikirdaşlarıyla birlikdə İstanbulda sürgün həyatı yaşayan Cəmşid Xan Məcdülsəltəne Əfşar, neçə ay sonra Urmu və Salmasdan dəhşətli xəbərləri eşitdikdən sonra dözə bilməyib və onlarla birlikdə Təbrizə qayıdıb. Erməni-Asuri silahlı qoşunlarının Osmanlı Türk ordusunun qarşısında məğlubiyətini və Urmunun onlar tərəfindən azad edilməsini öyrəndikdə, yaratdığı könüllü fədayi dəstəsilə birlikdə Qoşaçaya gəlib, Hüseyn Abad kəndində onların gəlməsini gözləmişdir.

Onun yaradıb başçılıq etdiyi 60 nəfərlik fədayi dəstəsinin bir Topuda olmuşdur. Bu qəhrəman fədayilərin sayca az olmalarına baxmayaraq, heç bir qorxuya yol vermədən Erməni və Asurilərin 20,000 nəfərdən çox olan qoşunun və 45,000 nəfərə yaxın olan qalabalıq bir kütlənin gəldiyi qözlənilən yolun yaxınına gəlib, Sulu Təpə, yaxud Sevgili Təpə dağının başında onların gəlməsini gözləyirlər. Erməni-Asurilər əsasən Urmu və Salmas əhalisini qətiam etdikdən sonra qarət etdikləri qiymətli əşyalar, dəyərli mallarla birlikdə Sulu Təpənin dərəsinə girdikdə, Məcdülsəltənə Əfşarın başçılığında busquda oturan Azərbaycan fədayiləri tərəfindən top və odlu silahlarla atəş altına tutulduqda, düşmənin içində böyük bir dəhşət və qorxunun yaranmasına səbəb olmuşdur.

Erməni-Asurilər gözlənilməz bu hücumdan çox sayda itgi və yaralı verərək özlərini itirmış, nə edəcəklərini bilmirlər, ancaq həmən Sulu Təpənin dərəsindən sürətlə çıxmağa çalışmışılar. Top və tüfəng güllələri ardı kəsilmədən onların başına yağır və onların dərədən çıxmasına manələr yaradır. Erməni-Asuri quduzları durumu belə gördükdə hücumun istiqamətini təyin edib, atlı dəstələri qarşı hücuma keçərək onların keçməsini sağlmaq üçün bir az müqavimət göstərməklə Sulu Təpədən çıxmalarına imkan yaratmışlar.

Azərbaycan fədayilərinin əlində olan təkcə Topun ardı kəsilmədən atəş açdığı üçün onun lüləsi çatlayib işdən düşür və düşmənin qarşı hücumunun nəticəsində bir neçə Azərbaycan fədayisi, o cümlədən Urmulu Qulam bəy Türkmanı şəhid olur. Azərbaycan fədayilərinin saylarının az olduğuna baxmayaraq onlar qalib gəlir və artıq bu cinayətkarların qaçmasında kiçikdə olsa manelər yaratmaqla bu qatil sürüsü və canilərin bir çoxunu yox etməyi bacarmışlar.

Erməni-Asurilər belə bir vəziyyətlə üzləşdikdə, çalıb çapdıqları əşyaların bir bölümüni atmaq məcburiyyətində qalaraq, yalnız öz canlarını qurtarıb qaçmağa çalışmışlar. Beləliklə Məcdülsəltəne Əfşar və onun başındakı qoçaq fədayilər öz qəhrəmanlıqları nəticəsində əldə etdikləri bu qələbə, onların törətdikləri cinayətlərlə müqayisədə azda olsa Urmu, Salmas, Xoy, Köhnə Şəhər və sulduzda şəhid olan və vəhşicəsinə öldürülən Azərbaycan Türklərinin intiqamını daşnak Erməni və Asuri qatillərindən almış və bununlada onların talayıb apardıqları əşyaların bir bölümü onlardan geri alınaraq öz sahiblərinə qaytarılmışdır.

Düşmən, gözlənilməz belə bir məğlubiyyətdən sonra çox çətinliklə özünü Sayın Qalaya çatdırmışdır. Qeyd olunmalıdır ki, qaçmağda olan Erməni və Asuri canilərinin arasında, Urmu, Salmas, Sulduz və Köhnə Şəhərin dinc və günahsız əhalisinin qatillərindən biri olan və bu dəhşətli soyqırımın planlaşdırılmasında böyük və əvəzsiz rolu olan Amerikanın Urmudaki baş konsulu Vilyam Şedd də olmuş və Sayin Qala yolunda etdiyi o qədər cinayətlərdən sonra ölmüşdür." (bax. "Urmu Soqırımı" Əhməd Urmuoğlu mart 2003)

19.03.2019

Ardı var