Qısa bir Açıqlama!

31 mart azərbaycanlıların soyqırımı günüdür. Eyni zamanda 17 mart Urmu soyqırımının 101-ci ildönümüdür. 17-18 mart 1918-ci ildə erməni-asuri silahlı dəstələri tərəfindən təkcə Urmu şəhərində bir gün içində 12-15 min dinc Azərbaycan Türkünü tam vəhşicəsinə qətliam edilmişdir.

13 gün sonra yəni 31 mart 1918-ci ildə erməni daşnak-bolşevik qoşunları Bakı şəhərində 10,000 nəfərdən artıq Azərbaycan Türkünü bərbərcəsinə qətliam etmişdir. Azərbaycanlıların soyqırımı müasibətilə başda Bakı və urmu olmaq üzrə otaylı-butaylı demədən bütün Türk millətimizə başsağlığı deyib, Bakı, Urmu, Qarabağ, Salmas, Quba, Xoy, Şamaxı, Xocalı, Köhnəşəhər və başqa yerlərdəki adlı və adsız şəhidlərimizin qarşısında baş əyib, ulu tanrıdan onlara rəhmət və böyük Türk millətimizə dözüm və səbir diləyirəm.

ÖN SÖZ

Bu yazı 16.03.2003-cü ildə yazılmış və Güney Azərbaycan saytlarının bir neçəsində yayınlanmışdır, lakin öz tarixi önəminə görə 2005 və 2007-ci illərdə yenə bəzi saytlarda təkrar yayınlanmışdır. Yazının tarixləri dəyişilmədən olduqları kimi qalmışdır.

Ancaq bu yazı və bunun kimi yazıların hər zaman yazılıb yayılanması çox lazım və vacib bir məslədir. Çünki bu günün özündə belə bir çox yurddaşımız keçən yüz ildə Türk millətimizin istər quzeydə, istərsədə güneydə erməni-asuri quduzları tərəfindən öz doğma ata-baba torpaqlarında dünyanın heç bir yerində tayı-misli görünməmiş dəhşətli qətiamlar və etnik təmizləmələrə məruz qalmasından tamamən xəbərsiz qalmış, yaxud Türk millətinin unutqan olmasından dolayı başına gələn bütün faciələri yamamilə unutmuşdur.

Azərbaycanın yerləşdiyi coğrafiya və onun şəqlə qərb, yaxud Asiya ilə Avropa arasında bir körpü olaraq olduqca əvəzsiz və çox önəmli stratejik bir mövqeyə malik olması, həm də öz təbii zənginliyi və yeraltı-yerüstü sərvətlərinə görə tarix boyu böyük cahangirelər və gözü ac yabancı qonşularının hücumlrına məruz qalmış və bu gündə qalmaqdadır.

1815 və 1828-ci illərində Gülüstan və Türkümən Çay anlaşmaları əsasında Azərbaycanın parçalanıb Rusiya və Türk-Qacar dövlətləri arasında ikiyə bölünməsindən sonra, Rusiyanın işğalına keçən Quzey Azərbaycanın Qarabağ və Osmanlı dövlətilə sərhəd olan bölgələrinə Çar Rusiyasının planları əsasında Güney Azərbaycanın Urmu, Salmas və Marağa vilayətlərindən, eləcə də Osmanlı torpaqlarından yüzminlərlə erməni buralara köçürüərək, ilk erməni vilayətləri yaradılmışdır.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülüb və get-gedə bu bölgələrin erməniləşdirilməsi, onun məqsəd yönlü çirkin bir planın olmasını göstərərək, gələcəkdə Azərbaycan və Türk millətinə qarşı hazırlanmış iyrənc və qanlı bir senaryodan xəbər verməkdəydi.

Güzey Azərbaycanda 20-ci yüzilin başlarından etibarən ilk başda erməni daşnkları və 1917-18-ci illərdən etibarən bolşevik Stepan Şaumiyan kimi qatillərin öndərliyində Türk millətinə qarşı erməni canilərinin Qarabağ, Bakı, Gəncə, İrəvan, Zəngəzur, Quba, Şamaxı, Lənkəran, Salyan, Naxçıvan və başqa yerlərdə törətdikləri inanılmaz cinayətlər və qətiamlar nəticəsində, yüzmilərlə günahsız Azərbaycan Türkü vəhşicəsinə öldürülmüş və milyonlarla insan da öz doğm əzəli-əbədi yurdlarından qovularaq didərgin düşmüşlər.  

1918-ci ildə, təxminən 10,000 qk-lik bir ərazidə daşnaklar tərəfindən Azərbaycan Türklərinin qanları üzərində qurulan Ermənistan cümhuriyyəti, onun 1920-ci ildə yıxılmasından sonra Qızıl ordu və Sovetlər Birliyinin hər tərəfli yardım və dəstəyilə yaradılan qondarma Sovet Ermənistan cümhuriyyəti, Azərbaycan torpaqları hesabına 30,000 qk-lik bir ərazidə qurulmasına rəğmən, torpaqlarımıza olan yersiz iddialarından heç bir zaman vaz keçməmişlər.

Azərbaycanla Osmanlı dövlətləri (Türkiyə) arasında Rusiya və İngiltərə, Fransa, Amerika başda olmaq üzrə Qərb dövlətlərinin istək və planları əsasında qondarma Ermənistan dövlətinin yaradılmasından məqsəd, bu iki Türk dövlətinin əlaqəsini kəsməklə yanaşı, Türkiyənin Türk dünyasıyla əlaqəsini tamamən kəsmək, bu dövlətlərin uzun vədəli planlarının sadəcə bir parçası sayılırdı. Bu məsələ, bu iyrənc məqsədin doğrultusunda atılan ilk addım olmuşdur və buda bu dövlətlərin Türk düşmənçiliyi və onlara qarşı olan dərin bir tarixi kinə və nifrətdən qaynaqlanmışdır.    

Güney Azərbaycana gəldikdə isə, bu dövrüdə Urmu başda olmaq üzrə Salmas, Xoy, Sulduz və onun çox önəmli stratejik mövqeyə malik olan başqa qərb vilayətlərində, yenə Osmanlı-Türk dövlətilə sərhəd bölgələrində xiristian erməni-asuri bir dövlətinin yaradılması da İngiltərə, Fransa, Amerika və Rusiya dövlətinin əsas amacı olmuşdur.

Uzun illərdən bəri olduğu kimi, Osmanlı-Türk və Azərbaycan Türkləri arasında Azərbaycan torpaqları hesabına başqa bir dövlətin yaradılması, bu gündə Qərb dövlətlərinin vaz geçilməz planlarından biri olmuşdur. Rusiya və Qərb dövlətlərinin bu şeytani və qanlı senaryası əsasında bir xiristian erməni-asuri dövlətinin yaradılması, Osmanlı Türk ordusu tərəfindən məğlubiyyətə uğradıqdan sonra, onlar bu dəfə bu bölgədə yaşayan kürd əşirətlərini bizə qarşı qullanmış və bir Kürd dövlətinin yaradılmasında onlara öz maddi və mənəvi yardım və hər tərəfli dəstəklərindən əsirgəmirlər.

Rusiya və Qərb dövlətləri hər zaman qondarma Ermənistan dövlətini dəstəkləyib və ermənilərin Xocalı, Qarabağ və onun ətraf bölgələrində törətdikləri bütün vəhşiliklərinə və cinayətlərinə, eyni zamanda onun Azərbaycana qarşı işğalçılıq siyasətinə göz yumaraq, onları görməməzlikdən gəlmişlər. Bu dövlətlər, Türkiyə dövlətini etmədiyi və tamamilə yalan olduğu bilinən qondarma erməni soyqırımıyla bağlı böyük basqılara məruz qoyaraq, hər zaman onu gündəmdə saxlamğa çalışırlar.

Gərçək budur ki, Ermənilər bütün Azərbaycanda olduğu kimi keçmiş Osmanlı dönəmində də yüz minlərlə Anadolu Türkünü Rusiya və Qərb dövlətlərinin yardımları və dəstəklərilə soyqırıma məruz qoymuşlar.

Ermənilər Guzey Azərbaycanda ruslarla, Güneydə isə asurilərlə birlikdə yenə rus, ingilis, amerikan və fransızlarla birləşərək Türk soyqırımı həyata keçirmişlər. Məhz buna görədə ermənilər soyqırıma məruz qalmış millət yox, bəlkə Türklərə qarşı soyqırım törətmiş millət kimi Türk milləti qarşısında və tarix qarşısında cavab verməlidirlər.

Aşağıdaki bəlgə Qızıl Ordunun və erməni-bolşevik Stepan Şaumiyanın başçılığında Azərbaycanda törətdiyi bütün cinayətlərinə rəğmən, özü erməni olan "T.Haçikoğlyan" daşnakların Türkiyə, Azərbaycan və Gürcüstanda Türklərə qarşı törətdikləri dəhşətli cinayətləri ifşa edir.  

T.Haçikoğlyanın Sovet Ermənistanı Qızıl Ordu atıcı diviziyasının 10-cu il dönümü münasibətli ilə Qızıl Ordu tərəfindən 1930-cu ildə Tiflisdə nəşr edilən kitabçasından(s.4-6):

“Şərəfsiz daşnak “cümhuriyyəti”nin qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə Türkü məhv etdikləri, kəndlərini yandırıb külə çevirdikləri Zəngəzur, Şərur, Dərələyəz, Meğri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki Türk kəndlərində yaşanan vəhşiliklər, qətliamlar, soyğunçuluqlar hələ də yaddaşlardan silinməyib."

Əsgərlərdə yaltaqlıq, keyfiyyətsizlik, çalıb-çapmaq, başqasının hesabına yaşama, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı.”

Eləcə də Daşnak zabitinin 1920-ci ildə Türkiyənin Bəyazit bölgəsindən yazdığı hesabatda isə deyilir:

“Basar-Keçərdəki Türk əhalisini bir-birindən ayırmadan məhv etdim. Bəzən güllələr heyf olmasın deyə bu köpəklərin döyüşdən sonra sağ qalanlarını bir yerə yığıb quyuların içinə dolduraraq ağır qayalarla əzmək lazım gəlir. Mən də elə etdim. Bütün kişiləri, qadınları, uşaqları toplayıb quyulara doldurdum və sonra da qaya parçaları ilə əzərək həyatlarına son verdim.”

(A.A.Lalayan, "Daşnaksutyun partisinin əks inqilabçı rolu" Tarixi yaddaşlar, Nr. 2, s. 101, 1928

(A.A.Lalayan, “Kontrrevolyutsionnaya Rol Partii Daşnaksutyun”, İstoriçeskie Zapiski, No. 2, s. 101, 1928; A.A.Lalayan, “Kontrrevolyutsionnıy “Daşnaktsutyun” İmperialistiçeskaya Voyna 1914-1918 qq.”, Revolyutsionnıy Vostok, No.2-3, s. 92 vd, 1936.)

Ermənilərin özlərinin yayınladıqları bu bəlgələrdə açıq və aydıncasına Türklərə qarşı törətdikləri cinayətlər bütün təffəüatilə ortadadır və buda onu göstərir ki, Türklər heç bir zaman əli yalın, məzlum və günahsız insanlara özəlliklə qadın, uşaq, yaşlılara əl uzatmamışdır.

Müqayisə üçün bir örnəyin gətirilməsini məqsədə uyğun görürəm.

"Kazım Xan Quşçunun silahlılarından biri tərif edir ki, Urmuyla Qoşaçay arasında böyük bir çəmənlikdə, Osmanlı qoşununun keçici qərargahına qadın və uşaqlarda daxil olmaqla bir çox erməni- asuri silahlı qoşunlarına bağlı əsirlər də gətirilir. Urmunun Ənzəl mahalında rəhimsizlikdə məşhur olan Xanəli adlı bir azərbaycanlı Kazım Xanın Quşçunun silahlılarından biri olaraq, Türk komanderinə müraciət edərək deyir ki, cənab bunlar bizim qadın və uşaqlarımızla bağlı etdikləri cinayətlərə görə izin verin ki, məndə onlardan intiqam alım. Türk komander deyir ki, kişilərdən nə qədər öldürürsən öldür, ancaq qadın, uşaqlarla işin olmasın. Onun tüfəngindən əlavə hər zaman bir qılıncı olmuşdur. Qılıncını çəkib hər kişi əsirini öldürmək istədiyində, əsir deyir ki, qardaş Marşimun qələt elədi və Canəli onun öldürməkdən vaz keçir və ağlamağa başlayır. Onun silahdaşı və oda Kazım xanın qoçaq silahlılarından olan ona deyir ki, nədən ağlayırsan? O deyir: Erməni Kor Yusuf bizim 60 nəfər əsirimizin qarnını söküb onları öldürmüşdür, ancaq mən eliyə bilmərəm bir əsirə zərər yetirəm. Mən öncə sənə dedim, bizim din, vicdan, şərəfimiz əsir və zəyifləri öldürməzə icazə vermir. Biz onlar kimi davrana bilmərik."(bax. Kazım Xan Quşçu, Məhbub Dadaşpur s. 42-43)

Qeyd etməliyəm ki, Kor yusuf Ənzəl mahalında erməni-asuri silahlı dəstələrinə bağlı və bölgədə məsul olan Urşan adlı birisinin kürəkəni olaraq, İsmayıl Ağa simitqonun göstərişilə öldürülüb və elə göstərilirl ki, azərbaycanlılar tərəfindən öldürülmüşdür. Urşanın kürəkəni olan Kor yusuf, onun intiqamını almaq üçün Ənzəl mahalından əsir alınan 60 nəfər azərbaycanlını öldürdüyündə bu sözü təkrar edərək, Urşanı sənmi öldürdün! deyə, xəncərlə əsirin qarnını söküb öldürürdü." (bax. Kazım Xan Quşçu, Məhbub Dadaşpur, s.32)

Yəqiliklə deyə bilərik ki, əgər bu gün ermənilər və onu başında olan hakimiyyət, Azərbaycanla olan münaqişəni barış yoluyla həl edib anlaşsalar belə, bu dövlətlər barışın həyata keçirilməsinə manələr yaradıb və çeşitli təxribatlar və fitnəkarlıqlarıyla onun qarşısını alıb, millətlərin barış, huzur və əmin amanlıq şərayitində yaşamalarına əngəl olacaqlar.

31.03.2019

Əhməd Urmuoğlu

                                                                          ƏHMƏD URMUOĞLU

                                       URMU SOYQIRIMI ( 1-ci bölüm)

Mart ayının 17-si (26-isfənd 1296) Urmu soyqırımının 85-ci ildönümüdür. 85 il bundan öncə 17 mart 1918-ci ilin ilaxır çərşənbəsi vətənimiz Azərbaycanın güneyində, Türk milləti "Ciloluq" adıyla tanınıb tariximizə keçən qanlı hadisələrdə erməni və asurilər tərəfindən olduqca qəddar, dəhşətli və vəhşi bir soyqırıma məruz qalmışdır. Azərbaycan Türk milləti 20-ci yüzilin başlarından etibarən həm quzeydə, həm də güneydə böyük qətiamlara məruz qalmışdır!

Vətənimizin quzey bölümündə Rus müstəmləkəçilərinin istər çar, istərsə də Sovet Rusiyasının cinayətkar erməni daşnaklarına hər tərəfli dəstək və yardımları nəticəsində yüzminlərlə Azərbaycan Türkü soyqırıma məruz qalmış, yüzminlər isə öz doğma yurd-yuvalarından qovularaq didərgin düşmüşdür. Bu soyqırım Quzey Azərbaycanda yenə də rusların dəstəyilə bu gündə davam etməkdədir.

Güney Azərbaycanın qərb bölgələrində Urmu başda olmaq üzrə Salmas, Köhnə Şəhər, Xoy, Sulduz və başqa şəhərlərdə birinci dünya savaşı illərindən etibarən (1914-1918) bu dəhşətli soyqırım yenə Rusiya, İngiltərə, Amerika və Fransa imperialistləri və müstəmləkəçi dövlətlərinin göstərişi və hər tərəfli maddi, mənəvi yardım və dəstəklərilə erməni və asuri (cilo) quduzlarının ortaqlığıyla həyata keçirilmişdir.

Güney Azərbaycanda yalnız Urmu şəhəri və çevrəsində 200 min və toplam 300 min Azərbaycan Türkünün tam vəhşicəsinə öldürülməsilə sonuclanan bu faciəli soyqırımın qanlı senaryosı İngiltərə başda olmaq üzrə onun planlaşdırılması müttəfiqləri olan Rusiya, Amerika, Fransa və başqa Qərb dövlətləri və xristian təşkilatları tərəfindən birlikdə həyata keçirilmişdir.

Urmu Güney Azərbaycanın başkəndi olan Təbrizdən sonra ən böyük və ən önəmli Azərbaycan şəhəri sayılır. Eyni zamanda Urmu vilayəti Güney Azərbaycanın ən gözəl və abad vilayətlərindən biridir. Təbiətin ona armağan etdiyi uca qarlı dağlar və bu dağlardan axan bir neçə çay, barlı-bərəkətli torpaq, eləcə də Azərbaycan Türklərinin Urmuda ən əski çağlardan bağa, bağçaya, əkinə olan həvəsi, zövqi və hər nədən önəmlisi xalqın qoyduğu əmək, bu diyarı doğrudanda bir cənnətə çevirmişdir.

Urmu Azərbaycan Türklərinin ən qədim məskənlərindən və mədəniyyət ocaqlarından biri olmuşdur. Bu vilayətdə Türklər tarix boyu çoxluqda olaraq başqa azlıqlarla, o sıradan asurlar, ermənilər, yəhudilər və Urmu vilayətinin Türkiyə-İraq sərhəddində olan Silvana (Mərgəvər, Tərgəvər, Dəşt) və Somay Bradost mahallarında köçəri kürd əşirətləri bu gündə əsasən köçəri şəkildə yaşamaqdadırlar. Kürdlər, ümumiyyətlə 17-18-ci yüzillərdən etibarən Urmu vilayətinin Osmanlı dövlətilə sərhəd dağlıq köçürülərək zaman-zaman bu torpaqlarda yerləşib və özəlliklədə Rza Xanın hakimiyyətə gətirilməsindən sonra kürdləşdirmə siyasəti ciddi şəkildə davam etmiş və hazırda faşist İran İslam rejimi tərəfindən bütün şidətilə, həm də planlı şəkildə davam etməkdədir.

1917-18-ci illərdə Urmu vilayətinin 300 min əhalisi olmuşdur ki, onların 85 faizindən çoxunu Azərbaycan Türkləri təşkil edirdi. Onların təxminən 50 min nəfəri şəhərdə və qalanıda bu vilayətin 699 kəndində yaşayırdılar. Bu zaman Urmu və onun çevrəsində özəlliklədə Silvananın bu gün tamamilə kürd olan Tərgəvər və Mərgəvər mahallarında 33 asuri kəndi, eləcə də azərbaycanlılar yaxud kürd ve asurilərlə qarışıq bir çox kənddə 23 min civarında asuri və 6 minə yaxın erməni də Urmu şəhəri və 3-4 kəndində yaşamaqdaydılar. Yəhudilər kiçik bir azlıq kimi təkcə şəhərin cüvüdlər adli bir məhəlləsində yaşamışlar.

Avropa və Amerikalıların məzhəbi misiyonerləri 19-cu yüzilin 30-cu illərindən etibarən Güney Azərbaycanın qərbində, özəlliklə Urmu və Salmasda xristian asuri və ermənilərin arasında onların öz əski məzhəblərinə bağlı olduqları üçün sözdə öz məzhəblərini təbliğ etmək, lakin əməldə casusluq və müstəmləkəçilik məqsədilə Urmuya gəlmişlər. Amerikalılar ilk olaraq 1834-ci ildə və onun ardından Fransa, Rusiya, Vatikan, Almaniya və başqaları gəlmişlər. Məzhəbi misiyonerlərin gəlməsi və onların Türklərə olan böyük nifrətdən dolayı apardıqları zəhərli təbliğatları nəticəsində xristian erməni-asurilər və müsəlman Azərbaycan Türklərinin neçə yüzillik barış və huzur içində yaşamalarında gərginliklər yaratdı və get-gedə bu gərginliklər artmağa başlayaraq onların arasında böyük nifrət və qarşı durmalara səbəb olub və nəhayət Türk millətinə qarşı dəhşətli bir soyqırımla nəticələnmişdir.

Birinci dünya savaşı illərində erməni və asurilər, müttəfiq dövlətlərin özəlliklə İngiltərə, Fransa və Rusiyanın maşaları və oyuncaqları olaraq öz düşmənçilik siyasəti üzərində dayanıb, bu dövlətlərin qoşunları sırasında Osmanlı Türk dövlətinə qarşı savaşıb, həm də onların buyuruq və göstərişlərilə Güney Azərbaycanın qərb bölgələrində böyük qətiamlar törədərək Türklərə qarşı etnik təmizləmə siyasəti aparmışlar.

İngiltərə, Fransa, Rusiya və başqa müttəfiq dövlətlərin amacı Türk- Osmanlı imperyasını zəyiflədib, onu parçalamaq və nəhayət aradan qaldıraraq ucsuz bucaqsız torpaqlarını öz aralarında bölüşdürüb və zəngin neft yataqlarını əldə etməkdən ibarət olmuşdur. Onun üçün də, onlar əskidən və belə bir siyasətin doğrultusunda Osmanlı dövlətinə qarşı hər cürə tötiə, təxribat və fitnəkarlıqlardan əsirgəməmiş, lakin onu bacara bilməmişlər. Erməni və asurilərin xiristian olduqları faktorundan faydalanan müttəfiqlər, onlara Türk Osmanlı imperyasını içindən parçalamaq üçün hər cürə maddi-mənəvi yardımlardan əsirgəməmişlər.

Birinci dünya savaşı illərində Urmu öz siyasi və stratejik mövqeyinə görə rusların ən önəmli hərbi mərkəzlərindən biri olmuşdur. Urmu və Salmas Türk əhalisinin böyük qatillərindən biri olan Rusiyanın Urmu baş konsulu Bazil Nikitin-in yazdığına görə birinci dünya savaşı illərində rusların Urmuda 80 min nəfərlik bir bordusu olmuşdur. Rus ordusu Urmu əhalisinin hesabına yaxşı yeyib-içib istirahət etmişdir.

O yazır ki, rus əsgərləri gündə 3 kərə şəhrin bazarın qarət etmiş və hətta 4 iyun 1918-ci ildə (14 tir 1296 ildə) Urmu bazarını tamamilə qarat etdikdən sonra yandırmış, kimsəni də oraya yaxın buraxmamışlar və bazar bir gün yandıqdan sonra tamamən külə dönmüşdür. Rus ordusunun Türk əhaliyə qarşı zülmü saysız hesabsız olmuşdur.

Onlar burada heç bir muxalif səsə dözməyib və rus əsgərlərinin günahsız yerli əhaliyə qarşı etdiyi zülmlərə və onların həyasızlıqlarına etiraz edənləri yaxalayaraq həmən sürgünə göndərib, yaxud həbs etmişlər. Rusiya, İngiltərə, Fransa və başqa müttəfiq dövlətlərin və onların elan edilməmiş müttəfiqi sayılan Amerikanın əsas amacı Osmanlı Türk imperyasının torpaqlarını işğal edib, onun zəngin neft yataqlarını əldə edərək onu neçə yerə parçalayıb və nəhayət bir dəfəlik yox etməkdən ibarət olmuşdur.

Bu səbəbdən dolayı onlar, əskidəndə də olduğu kimi hər zaman Osmanlı imperyasını dizə çökdürmək amacıyla ona qarşı çeşitli hiylələr və hər cürə fitnəkarlıqlara və təxribatalara əl atsalarda ancaq onu bacara bilməmişlər. Birinci dünya savaşı bütün Türk düşmənləri olan Qərb dövlətlərinə belə bir şərayiti yaratmışdır. Erməni və asurilərin xristyan olduqları faktorundan faydalanan müttəfiq dövlətlər, onlara Osmanlı Türk imperyasını içindən parçalıyib yıxmaq üçün hər cürə maddi, mənəvi yardım və siyasi dəstəkdən əsirgəmirlər.

1915-ci ilin payızında Benyamin Marşimunun rəhbərliyində 40-min nəfər Həkkari, Van, Colaməlik və Nusəybin asuriləri (ciloları) Osmanlı qoşunları və kürd silahlı dəstələrilə savaşda yenilərək, Rusiya və İngiltərə dövlətlərinin izinilə Güney Azərbaycannın qərb bölgələrində və özəlliklədə Urmu və Salmasın erməni və asuri kəndlərində yerləşmişlər. Eyni zamanda Vandan neçə min nəfər erməni, həm də İrəvan və Naxçıvandan da beş min erməni gəlib Urmuda yerləşmişlər. Azərbaycan Türkləri Urmu və Salmasda bacardıqları qədər bu qaçqınlara yardım edib öz qonaqpərvərliyini göstərmişdir. Lakin bütün bunlara baxmıyaraq, onlar gəldiyi günlərdən etibarən azərbaycanlılara qarşı əllərindən gəldiyi hər türlü cinayət və vəhşilikdən əsirgəməmişlər.

Onlar xalqın canına, malına və namusuna həyasızcasına təcavüzə başlayıb, qarət və çəpavul etməklə həyatlarını sürdürüb, qulluq etdiyi ağaları olan Rusiya, İngiltərə, Fransa və Amerika dövlətlərinin göstərişı və təlimatı əsasında yerli erməni və asurilərlə birləşib, öz böyük hədəf və planları üçün hazırlıqlar görməyə başlayırlar.

02.04.2019