URMU SOYQIRIMI (3-cü bölüm)

                                                                                 ƏHMƏD URMUOĞLU

Qazaqların Urmuda olması şəhərin bütövlükdə erməni-asuri ordusunun əlinə keçməsində böyük bir mane olaraq, onları rahatsız etmiş, onun üçündə tezliklə bu maniəni aradan qaldırmağa çalışmışlar. Onlar, qalaya hücum etdiyi zaman, qazaqlar savaşa hazırlaşır. Rus komandanı onların savaşmasına izin vermir və erməni-asuri quduzlarıyla savaşmanın iznini rus konsulu Bazil Nikitindən almasını söyləyir. Bu nədənlə də öz müavini olan Urmulu Rza Quluxanı ağ bayraqla Rusiya konsulluğuna göndərir.

Rza Quluxan qaladan həmən çıxdığında, qəddar erməni-asuri yaraqlıları tərəfindən yaxalanaraq, tutulduğu yerdə vəhşicəsinə öldürülür. Durumu belə görən düşmən qazaqların təslim olmasını zənn edərək, cürətlənib hər tərəfdən hücuma keçərək qalaya saldırmağa başlayır.

Qazaqlar, gərçəkdən igidcəsinə dayanıb qoçaqlıq göstərərək, son güllə və son nəfərə qədər savaşıb, düşmənə ağır tələfat verdikdən sonra hamısı da şəhid olur. Beləliklə qalada olan bütün silah-sursat və cəbəxana tamamilə düşmənin əlinə keçir və bununlada şəhərdə olan ordu birlikləridə aradan gedir. Nəticədə, Urmu şəhəri neçə günlük ağır döyüşlərdən sonra bütövlükdə erməni və asuri quldurlarının əlinə düşür və beləliklədə Urmuda qanlı və faciəli bir soyqırımın yolu açılır.

Şəhərdə ağır savaşlar və qanlı döyüşlərin getdiyi bir zamanda Urmunun Bərkişli mahalından 200 nəfər silahlı azərbaycanlı şəhər əhalisinə yardıma gəldiyində, yolda sözdə şəhər başçıları və rəhbərlərinin utanc verici halda ağ bayraqlarla barış üçün düşmənin ayağına getdiklərini eşidərək, yoldan qayıdıb və Osmanlı torpaqlarına getməyə məcbur qalırlar.

Soyqırıma yol açan neçə günlük savaşdan sonra erməni-asuri cinayətkarları şəhər və çevrə kendlərin kontrolunu tamamən öz əllərinə aldıqdan sonra, azərbaycanlılara qarşı elə cinayətlər törədib və elə divan tuturlar ki, qələm onları yazmağa və dil onları söyləməyə acizdi.

Onlar evləri talayıb qarət edərək, hər gün yüzlərlə insanı rəhmsizcəsinə və tam qəddarlıqla öldürüb, qız və qadınların namusuna həyasızcasına təcavüz edib, evləri oda çəkirlər. Günlər bir-birinin ardından belə acınacaqlı və dəhşətli keçdikdə, imperialist, müstəmləkəçi Rusiya, İngiltərə, Amerika, Fransa və başqa Qərb dövlətlərini öz arxalarında görən bu quduz canavarlar dahada cürətlənib, heç qorxmadan elə bir cinayət, həyasızlıq və vəhşiliklərə əl atırlar ki, insanın ağlına yuxuda da belə gələ bilməzdi.

16 mart 1918-ci ildə (25-isfənd 1296) erməni-asurilərin cani başçısı və dini rəhbəri olan Benyamin Marşimun 140 nəfərlik seçilmiş öz silahlı atlı dəstəsilə birlikdə Azərbaycanın Türkiyə ilə sərhəddində yaşayan Şəkak kürd əşirətinin ağası və sonrakı Urmu və Salmas əhalisinin qatili olan İsmayıl Ağa Simitqo ilə birləşmək və Güney Azərbaycanın gələcəyi, özəlliklə onun qərb bölgələrilə bağlı bəzi danışıqlar üçün Salmasın qərbində yerləşən Köhnə Şəhər qəsəbəsinə gedir. Danışıqlardan sonra onun əmrilə və öncədən planlaşdırıldığı kimi Marşimun və bütün atlıları bir-iki nəfər istisna olmaqla öldürülür. Zaman-zaman Rusiya, İngilis və Amerikanın maşası və oyuncağı olan İsmayıl Ağa Simitqonun belə bir ağır və gərgin şərayitdə bu təhər axmaq işə əl atması, əslində öncədən hər tərəfli düşünülmüş və Azərbaycan Türklərinə qarşı planlaşdırılmış bir tötiə olmuşdur. Çünki bu işilə Simitqo bir daşla iki quş vurmuş olurdu. Birincisi, erməni-asurilərin başçısı və dini rəhbərini öldürməklə bu bölgələrdə böyük bir rəqibini aradan aparıb və rəqibsız qalacaq. İkincisi, bunların əlilə Azərbaycan Türklərini öz doğma torpaqlarında öldürüb və yaxud didərgin düşmələrinə şərayit yaradıb bu bölgələrdə tam çoxluqda olan azərbaycanlıları aradan qaldırıb, yaxud tam azlığa düşürəcəkdir.

Beləliklə də onun öndərliyində Urmu və Salmas vilayətlərində kiçik bir azlıq olan, həm də əşirə-qəbilə şəkılində yaşayan kürdlər, Azərbaycan Tüklərini öz doğma yurdlarından qovub didərgin salmaqla, Güney Azərbaycanın başqa bölgələrində yaşayan kürd əşirətlərilə birlikdə bu bölgələrin ixtiyarını öz əllərinə alıb, bir Kürd dövlətinin yaratmasına nail olacaqlar. İsmayıl Ağa Simitqonun planlaşdırdığı bu çirkin tötiənin bir hissəsi tam onun düşündüyü və istədiyi kimi oldu və erməni- asurilər, kürdlərin əlilə öldürülən öz dini və siyasi öndərlərinin intiqamını Urmu, Salmas və Köhnə Şəhərin günahsız Türk əhalisindən aldılar. Benyamin Marşimunun öldürülməsi, 45 min Azərbaycan Türkünün tam vəhşicəsinə öldürülməsinə səbəb olur.

Marşimunun öldürdüyü günün axşamı yəni 16 mart 1918-ildə(25 ısfənd)erməni-asurilər, Köhnə Şəhərə hücum edərək öz öndərlərinın meyidini alıb, yolda qarşılarına çıxan hər kəsi tam qəddarlıqla öldürürlər. Bir günd sonra onlar ağır və yüngül silahlarla şəhrə hücum edib, lakin şəhər əhalisinin qəhramancasına müqviməti nəticəsində onlar, ancaq neçə gün ağır döyüşlərdən sonra şəhrin bir hissəsini ələ keçirməyi bacara bilirlər.

Köhnə Şəhərin qoçaq əhlisinə heç bir yandan yardım gəlmədiyinə görə artıq müqavimət mümkün olmamış və bu səbəbdən də əhalinin çoxu Salmas, Xoy və başqa yerlərə qaçmaq zorunda qalmışdır. Lakin əhalinin böyük hissəsinin qaçmağa imkanı olmadığından dolayı, minlərlə günahsız insan qadın, uşaq, qoca və gənc erməni-asuri silahlı dəstələri tərəfindən qəddarcasına qətliam edilmişdir.

Bu hadisədən bir gün sonra yəni Köhnə Şəhərdə soyqırım gedən gün, ölüm qorxusu və böyük iztirablar keçirən urmulular, o qədər ölü və itkilərdən sonra ilaxır çərşənbəsi (17 mart 1918-ci il) olmasına baxmıyaraq, acılar içində hər nədən xəbərsiz öz fəlakət və kədərlərilə qalmışlar.

Urmunun bu qanlı qadalı günlərindən tam 33 gün keçirdi, xəbər ildırım sürətilə Marşimunun bir-iki nəfər sağ qalan atlılarının vasitəsilə Urmuya çatır və erməni-asurilər, rəhbərlərinin intiqamını kürdlərdən deyil, Azərbaycan Türklərindən almağa qərar verirlər. 1918-ci il martın 17-dən 18-nə qədər bu cani quduzlar, şəhərin bütün məhəllələrində xalqın evlərinə tökülüb dinc insanları acımasıcasına öldürüb, qadın və qızlara təcavüz edərək evləri yandırıb, qadın, kişi, uşaq, gənc və yaşlıları diri-diri quyulara dolduraraq böyük daşları üzələrinə atımaqla bu günahsız insanları əzərək vəhşicəsinə öldürüb və əllərindən gələn heç bir cinayətdən əsirgəmirlər. Urmuda bu gün qətl, qarət, talan və təcavüz adi bir mənzərə idi. Onların cani və qan içən öndərləri 12 saatlıq şəhərin qətliam fərmanı versələrdə, qırğınlar 24 saat yəni ilaxır çərşənbə axşamından (17-mart) başlayaraq, ertəsi gün çərşənbə gününə qədər yəni 18 marta qədər bütün şiddətilə davam etmişdir.

Bəşəriyyət tarixində tayı-misli görünməmiş bu vəhşi soyqırım nəticəsində yalnız bir gün içində Urmu şəhrində uşaq, gənc, qoca və qadın daxil olmaqla 12-15 min azərbaycanlı Türk, heç bir insanlığa sığmayan şəkildə erməni-asuri caniləri tərəfindən tam qəddarlıqla qətiam edilmişdir. Onlar bu gün kimsəyə, hətta heyvanlara belə rəhm etməmişlər.

Günahı olmayan çarəsiz insanlar, qız-gəlinlər, uşaqlar, ağ saçlı analar, atalar canlarını bu canilərin əllərindən qurtarmaq üçün özlərini evlərinin damlarından aşağı atılıb çox acınacaqlı bir vəziyyətdə həlak olurlar. Sağ qalanlar və yaralanlar isə bu vəhşi canavarların güllələrinə qurban gəlib öldürülürlər!

Erməni-asurilərin silahlı dəstələrinin Urmuda dinc əhaliyə qarşı bu gün törətdikləri cinayətlər və etdikləri vəhşiliklər o dərəcədə olmuşdur ki, Fransa katolik kilsəsinin keşişi və eyni zamanda Roma papasının burada olan təmsilçisi misiyoner Munsiniyor Sontaq, şahidlərin söylədiyinə görə dilə gəlib və qəzələ başını göyə qaldıraraq bu qatillərə qarşı öz kəskin etirazını bildirib və belə deyir: "Ey İysa Məsih, əgər sən göylərdəsən və gərçəkdən tanrının oğlusan, Urmu şəhərinə bir baxıb və özlərini sənə bağlayan bu canavarları gör ki, sənin təlimlərindən əbəda heç nə öyrənməmişlər və necə səni abırsız edirlər. O, şiddətlə ağladığı halda deyir ki, İlahi bir bəla göndər və məni də bunlarla birlikdə yox eylə, çünki mən bir kəsə daha xrist olduğumu deməkdən utanıram. "(bax. Urmu tarixçəsi, s.58 Rəhmətüllah Tofiq)  

O acınacaqlı və fəlakətli günlərin şahidi olan Rəhmətullah Tofiq, Rəhmətullah xan Mötəməd ülvozare, Əli Dehqan, Məhəmməd Təməddün və başqalarının yazdığına görə Urmunun bu günnü hər kəsə gərçəkdən məhşər gününü xatırladır. Onlar yazırlar ki, bütün şəhərin çarəsiz əhalisi birlikdə ağlayır, birlikdə ahu nalə edir. Belə bir qorxulu, belə bir dəhşətli mənzərə ancaq və ancaq məhşər və qiyamət günündə ola bilərmiş.

12.04.2019

Ardı var