ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (25-ci bölüm)

Milli şəxsiyyətlər və milli qəhrəmanlarımız!

10-Kazım Xan Quşçu

Məmməd bəy Azadgər və onun kimi bir çox fars şovinizmi və paniranizm qulluğunda olan iddialı solçu azərbaycanlıların, gərçəklərdən uzaq və sadəcə nifrətdən dolayı pantürkist damğasıyla təhqir edikləri böyük milli qəhrəmanlarımızdan biridə Kazım Xan Quşçu olmuşdur. Kazım Xan Quşçu, öz dövrünün bəzi milli şəxsiyyətləri və qəhrəmanları kimi ingiltərə və Rusiya dövlətlərinin ölkədə apardıqları müstəmləkəçi və işğalçılıq siyasətlərinə qarşı mücadilə aparmış və özəlliklədə ingilislərin hakimiyyətə gətirdiyi quldur Rza və Pəhləvi sülaləsinə qarşı olaraq, ancaq Türk Qacar dövlətini rəsmiyyətə tanıdığını bildirmişdir.

Bu səbəbdən də bir çox vətənsevər və öz milli Türk kimliyinə bağlı olan insanlar kimi, hər zaman Türk düşməni olan manqurt azərbaycanlılar başda olmaq üzrə, bütün fars şovinistlərinin qəzəb və nifrətilə qarşılaşmışdır. O, eyni zamanda cani Erməni-Asuri qoşunları və İsmayıl Ağa Simitqo kimi qan içən qatillərin qarşısında dillərdə dəstan olan göstərdiyi qəhrəmanlıqları, böyük cəsarərləri və inanılmaz fədakarlıqlarına rəğmən əfsuslar olsun ki, nəinki Azərbaycanda, hətta öz doğma yurdu olan Urmuda belə olduğu kimi tanınmamışdır.

Azərbaycan Türk milləti və ümumiyyətlə Türklərin şanlı şərəfli tarixi heç bir zaman böyük və gərçək qəhrəmanlardan boş olmamışdır. Bir çox millətlərin xəyallar aləmi, nağıllar və əfsanələrdə yox, bəlkə həqiqi mənada və gərçək aləmdə tarixləri böyük qəhrəmanlardan boş olduğuna görə, onlar tam saxtakarlıqla usturələr və əfsanələrə dayanaraq özlərinə və gələcək nəsillərə qəhrəmanlar yaratmağa çalışıb, yaxud başqa millətlərin qəhrəmanlarını oğurlayıb özlərinki kimi göstərməyə səy göstərirlər.

Eləcə də müstəmləkəçi dövlətlərin maşaları və qulluqçuları olan qatilləri, başkəsənləri, çapavulçuları, həm də bütün insani xarakter və əxlaqi dəyərlərdən yoxsun olan zavallı kəsləri böyük qəhrəmanları kimi göstərərək köksüz və boş olan tarix səhifələrini yalanlarla doldurmağa çalışırlar. Lakin təəssüflər olsun ki, sözdə aydın və qabaqçıllıq iddiasında olan paniranist solçu azərbaycanlılarımız tam şarlatanlıqla, həm də tam saxtakarlıq və yalanlarla gərçək qəhrəmanlarımıza qara yaxıb, çomur atmaqla böhtanlar yağdırıb onları Türk millətinin gözündən salmağa və hafizəsindən silməyə çalışırlar.

Kazım Xan Quşçu bölgəmizin olduqca həssas, mürəkkəb və gərgin bir dönəmi və qanlı-qadalı bir şərayitində ki, hər kəsin istər hakimiyyətdə olan ağaların, istərsədə qonşularımız olan Erməni, Asuri və Kürdlərin başında olan hər kəsin başı istisnasız bir axıra yəni İngilis, Rusiya və başqa Qərb dövlətlərinə bağlı olduğu bir dövürdə, öz şərəf, qeyrət, namus və cəsarətilə onlara qarşı mübarizə aparmış və öz millətindən başqa heç bir güc və qüvvənin qarşısında baş əyməmişdir.

Kazım Xan bir ozan olaraq Azərbaycanın və ümmiyyətlə Türklərin bir çox qəhrəmanları kimi hər zaman silahıyla olduğu kimi, sazıylada bir silah kimi düşmənlərə qarşı mübarizə aparmışdır. Onun silahıyla sazı, hər zaman onunla birlikdə olmuşdur. O, bir böyük düyüşçü olduğu halda, eyni zamanda bir ozan kimi Ənzəl mahalının əhalisi Qırxlar qalasında keçirdiyi ağır və çətin günlərdə özəlliklə döyüşçüləri gedən ağır savaşlarda öz sazı və sözüylə ruhlandıraraq coşdurub, onların hər hansı bir umudsuzluğa getməsinə yol verməzdi. O, güllə atmaqda gülləsi əsla xəta etmədiyi qədər mahir bir atıcı və böyük bir döyüşçü olmuşdur.

Kazım Xan eyni zamanda elə bir qabil və mahir at çapdırıb və at belində elə bir xariqə hərəkətlər edib və Qırxlar qalasına Rza Xan qoşununun neçə illik hərbi eyitimi alan komandirlərinin ayaqla çıxa bilmədiyi dar keçidləri, atıyla elə çapdırıb çıxırdı ki, hər kəs ona heyran qalardı.

Kazım Xan Quşçu əməl meydanında olduqca başarılı, istedadlı və böyük bir nabiğə olduğu kimi düşüncə və fikir sahəsindədə gərçək bir aydın kimi bütün məsələləri incəliklərilə analiz etmək gücünə malik olan bir insan olmuşdur.

Kazım Xan Quşçu, öz yaxın qəhrəman silahdaşları olan qardaşı Canəli bəy və qardaşı oğlu Dadaş bəy və başqalarıyla birlikdə çiyin-çiyinə yeddi ildən artıq Erməni-Asuri canilərinə qarşı, eləcə də İsmayıl Ağa Simitqo və Ömər Xan Şəkak başçılığında Kürd əşirətlərinin basqınları və hücumlarına qarşı mücadilə aparmış və Türk millətimizi onların vəhşilikləri və qətiamları qarşısında qoruyaraq müdafiə etmişdir. Kazım Xan Quşçu, təpədən dırnağ qədər silahlanan qatillər sürüsü qarışısında heç bir qorxuya yol vermədən göstərdiyi böyük qəhrəmanlıq, şücaət, cəsarət, sədaqət, fədakarlıq, həm də öz zati istedadı, uzaqgörənliyi və başqa insani-əxlaqi dəyərlər və xüsusiyyətlərinə görə Ənzəl mahalının Quşçu, Qarabağ, Qalqaçı, Gövərçin Qala, Muğatel, Barı, Nəcəfabad və başqa kəndlərinin əhalisi tərəfindən toplandıqları Qırxlar qalasında başçı və öndər olaraq seçilir və onlar, ona öz itaətlərini elan edirlər.

Lakin Kazım Xan bu məsələni əhali ilə onun arasında bir ilqarın bağlanması şərtinə bağlayır və hər kəsin qarşısında belə deyir: "Ənzəlin müsibət görmüş əhalisi, mən Məşədi Rza oğlu Kazımam....Bu gün təqdir belə gətirmişdir ki, məhrəm və naməhrəm bir yerdə toplaşıb və gələcəkdə hadisələrin gedişatını kimsə təxmin edə bilməz və buna görədə camaət qida baxımından çox məziqə və sıxıntıda ola bilər. Öndərlik belə bir durumda çox çətin bir məsələdir. O təzə gəlin bacımız ki, Qırxlar qalasına gəldiyində namusunun təhlükədə olduğuna görə özünü gölə atır, hər kəsə pəyam vermişdir ki, namusun qorunması hər nədən üstündür və gərçəkdəndə belədir. Savaş, çatışma və çətin günlərin qarşıdan gəlməsi mümkündür. Bəlkə alınan qərarlar bəzilərinin xoşuna gəlməyib və düşmənçiliklərə səbəb oldu. Hər kəs sizlərdən belə bir sorumluluğu öz üzərinə alırsa, onun əmrində olacağıma tanrının kitabına and içirəm. Amma əgər öz istəyinizdə israr edərsiz, biləsiz ki, mən kimsənin zərrəcə xilaf iş görməsinə əsla izin verməyəcəyəm.

Əgər birisindən bir yorqan oğurlanırsa, onun sahibi mənim yaxamı tutmalıdır və əgər kimsəyə zülm olursa məzlum mənə müraciət edib və xitab etməlidir. Bizim cəmimiz eynən nümunəvi bir şərəfli ailə kimi olacaqdır.....Kazım Xanın danışdığı zaman hər kəsin göz yaşları axırdı və özəlliklə onun bu sözləri pənahsız qadınlar və zəyif insanlarda böyük umudlara səbəb oldu. Bütün insanlar birdən bir ağızla haray çəkərək, Kazım Xan, sən bizim başçı və ağamızsan. Sizin fərman və əmirlərinizi canla başla yerinə gətirəcəyik....Bu gündən etibarən hamı sayqı əsasında Kazım bəyi ağa xitab edərək ona Kazım Xan ləqəbini verirlər. (bax. Kazım Xan Quşçu, s.34-35 Məhbub Dadaşpur)

Kazım Xan öz sözünü tutan bir insanıydı və Qırxlar qalasaında yeddi ildən artıq hamı bir şərəfli ailə kimi yaşayırdı. Əgər aclıqdan öləcəyiksə birincisi mən, sonra silahlılarımız və sonra qadınlar, uşaqlar və ən sonunda zəyif insanlar olacaqlar.

O, bütün insani və əxlaqi dəyərlərə malik olaraq, Erməni-Asurilərin törətdiyi bütün cinayətlərinə rəğmən, onların silahlı dəstələrinə qarşı hücum etdiyi zaman öz silahlılarına təkidən uşaq, qadın və zəyif insanlara ziyan və xəsarət vermələrini istərdi.

Kazım Xan Quşçu haqqında ortadaolan və azda olsa yazılan bütün gərçəklərə rəğmən bir çox manqurt azərbaycanlıların olduğu kimi, bütün fars şovinistləridə onun kimi böyük qəhrəmanlarımızın şəxsiyyətini təxrib etməyə çalışmışlar.

Rza Xan qoşunlarının komandnlarından olan general Məhəmməd Məzhəri, Kazım Xan Quşçunu təhqir edərək haqqında belə yazır: "O, bir ozan olaraq Quşçu kəndindən olub.....O sonra yol kəsənliklə məşğul olub və bir çox qətl və qarətdən sonra Quşçu qalasında pənah tutmuş.....Kazım Xan yol kəsənliyinə görə dövlət qarşısında məğlub olmuşdur....."(bax. həmən kitab, s.126)

Kazım Xan Quşçu, bu dövürdə olan bir çox iddialı siyasətçilərin tam əksinə heç bir zaman nə pul və dünya malı, nə məqam və nədə şan-şöhrət vurğunu və bir çox insanın zəyif nöqtəsi olan belə aldadıcı və göz qamaşdıran şeylərin düşgünü olmamış və hər cürə fəsadlara yol açan bu mövzulardan hər zaman uzaq durmuşdur. O, elə bir qoçaq və qorxmaz bir insan olmuşdur ki, vaxti ilə dünyanın ən süper güc dövləti olan İngilisin qarşında hər kəsin tir-tir titirdiyi bir dövürdə, onun konsulunun dəfələrlə etdiyi bütün təhdidləri və hədə qorxularına etina etmədən təklif etdiyi məqam, pul və şöhrətidə kəsinliklə rədd etmişdir.

Kazım Xan savadsızlığına rəğmən siyasəti gözəl bilən bir insan olmuşdur və bütün ömür boyu şərəf, izzət və namusla yaşayan vətənsevər bir insan olmuşdur və heç bir zaman bir çoxları kimi işğalçı yabancıların qulu və maşası olmamış və onların bayrağı altında yaşamağı alçaqlıq və şərəfsizlik bilmişdir. Bu səbəbdəndə çox açıq şəkildə vədə-vəidlərlə onu almağa çalışan ingilis konsuluna yox diyərək, onun təhdid və hədə qorxuları qarşısında da öz kəskin mövqeyini bildirmişdir. O, iki kərə İngilis elçisinin Qırxlar qalasına gəlib və bu müstəmləkəçi dövlətin himayəsi altına keçərək onun bayrağının bu qalanın üzərində sancılmasına heç tərəddüd etmədən yox cavabı demişdir.

Mən əgər hər gün min kərə öldürülüb yenidən dirilsəm və bu qayalar mənim qanıma boyansa da, heç bir zaman bu....təslim olmaram. Təslim kimə və nə üçün!?

22.04.2019

Ardı var